"Qızıl Qran Pri" turnirinə həsr olunmuş mətbuat konfransı / DƏVƏT | |
Sabahdan Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran Pri” beynəlxalq turnirinin final mərhələsi başlayır. “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçiriləcək və turnirdə 35 ölkədən dünyanın 400-ə yaxın ən güclü pəhləvanları mübarizə aparacaq. Proqrama əsasən, yarışların ilk günündə sərbəst güləşçilər mübarizə aparacaq. Turnirin rəsmi açılış mərasimi iyulun 25-də saat 17:00-da baş tutacaq. İlk yarış günündə saat 13:00-da FİLA nümayəndələri, AGF rəsmiləri və qonaqlar ümummilli lider Heydər Əliyevin abidəsini (Heydər Əliyev Sarayının qarşısında) ziyarət edəcək, abidənin önünə əklil qoyacaq, ulu öndərin xatirəsini ehtiramla yad edəcəklər. Sabah saat 16:30-da "Sərhədçi" Olimpiya İdman Mərkəzində FİLA Prezidenti Nenad Laloviçin iştirakı ilə “Qızıl Qran Pri” beynəlxalq turnirinin final mərhələsinə həsr olunmuş mətbuat konfransı keçiriləcək. |
|
Xəbər 932 dəfə oxundu. |
|
|