Sərbəst güləş üzrə yığma komandanın mətbuat üçün açıq məşqi / DƏVƏT | |
25-27 iyul 2014-cü il tarixdə Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsi keçiriləcək. Yarışda iştirak edəcək güləş üzrə ölkə yığma komandaları təlim-məşq toplanışlarını davam etdirir. Sərbəst güləş üzrə ölkə yığma komandası hazırlığın ilkin mərhələsini Xaçmaz Olimpiya İdman Kompleksində başa vurub. Hal-hazırda Olimpiya Güləş Mərkəzində davam edən təlim-məşq toplanışında yığmamızın üzvləri ilə yanaşı, ABŞ sərbəst güləşçiləri də iştirak edir. 18 iyul 2014-cü il tarixdə saat 11:00-da Olimpiya Güləş Mərkəzində hazırlığı davam etdirən sərbəst güləş üzrə yığma komandanın mətbuat üçün açıq məşqi keçiriləcək. Bütün KİV nümayəndələri dəvətlidir. |
|
Xəbər 959 dəfə oxundu. |
|
|