"Qalatasaray"dan rəsmi transfer
"Qalatasaray" heyətini daha bir futbolçu ilə gücləndirib.

İstanbul təmsilçisi ötən mövsüm "Trabzonspor"da oynayan Olcan Adını transfer edib. 28 yaşlı yarımmüdafiəçi ilə dörd illik müqavilə imzalanıb. Bu transfer üçün klub Trabzon təmsilçisinə dörd milyon avro təzminat ödəyib.

"Cim-Bom" futbolçusu Salih Dursunu isə "Trabzonspor"a iki illik icarəyə verib.

Qeyd edək ki, O.Adın "Trabzonspor"dan oynadığı 113 matçda 30 qol vurub və 35 qolun ötürməsini verib.

Xəbər 812 dəfə oxundu.