"Sumqayıt"dan daha bir transfer
Yeni mövsümün transfer çalışmalarını davam etdirən "Sumqayıt" klubu daha bir futbolçu ilə müqavilə imzalayıb.

İdman.com.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Sumqayıt futbol məktəbinin yetirməsi olan Tofiq Mikayılov komanda ilə iki illik müqavilə imzalayıb.

Qeyd edək ki, 28 yaşlı Mikayılov karyerası ərzində "İnter", "Simurq" və "Rəvan"ın şərəfini qoruyub.

Xəbər 794 dəfə oxundu.