Yığmamız Moldova ilə iki yoldaşlıq oyunu keçirəcək | |
İyunun 12-dən etibarən Moldovanın paytaxtı Kişinyovda 15 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçiriləcək. İdman.com.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, hazırlıq prosesi çərçivəsində Moldovanın müvafiq yaş qrupuna aid yığması ilə 2 yoldaşlıq oyununun keçirilməsi nəzərdə tutulub. İyunun 20-də başa çatacaq toplanışa dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq: Əhmədov Məhərrəm - Neftçi Mürşüdov Soltan - Neftçi Hüseynzadə Hüseyn - Neftçi Mustafayev Vüsal - Neftçi Bünyadov İsmayıl - Neftçi Əliyev Seymur - Neftçi Mahmudov Fərid - Neftçi Abbasov Nicat - Bakı Abbaszadə Riad - Bakı Əliyev Rəşid - BAKI Mehbalıyev Nicat - Bakı Seyidov Şakir - Bakı Məmmədzadə Əli - Bakı Nadirov Fərid - Bakı Quliyev Kamran - Qəbələ Abbaslı Məhəmməd - Qəbələ Quluzadə Nicat - Qarabağ Məmmədov Nicat - Qarabağ Zeynalov Tahir - Əlincə Vəlizadə Turan - Əlincə |
|
Xəbər 930 dəfə oxundu. |
|
|