"Bavariya" hücumçusu ilə müqavilə yenilədi | |
Klaudio Pizarro daha bir il "Bavariya"nın şərəfini qoruyacaq. 35 yaşlı oyunçu Münhen təmsilçisi ilə bu ayın sonu başa çatacaq müqaviləni bir il müddətinə uzadıb. Perulu futbolçu imzalanma mərasimindən bunları bildirib: "Bir il daha burada oynayacağım üçün qürur hissi keçirirəm. "Bavariya" dünyanın ən böyük klubudur". Qeyd edək ki, K.Pizarro 2012-ci ildə "Verder"dən "Bavariya" klubuna transfer olunub. |
|
Xəbər 822 dəfə oxundu. |
|
|