İsmayıllıda futbol üzrə turnir keçiriləcək | |
Azərbaycanda qadın futbolunun inkişaf etdirilməsi məqsədilə AFFA “UNICEF Azerbaijan” və “AccessBank” ilə birgə mayın 4-də qızlar arasında üç yaş qrupu üzrə “3x3 qızlar turniri” keçirəcəkdir. İsmayıllı Olimpiya İdman Kompleksində təşkil olunacaq turnirin qaydalarına görə, hər komandanın iştirak ərizəsində 5 futbolçunun adı qeyd edilməlidir. Oyun zamanı hər komandanın heyətində meydana üç futbolçu çıxmalıdır. Onlardan biri indiyədək hər hansı komandanın heyətində çıxış etməyən, adı AFFA-nın qeydiyyat bazasında olmayan oyunçu olmalıdır. |
|
Xəbər 1054 dəfə oxundu. |
|
|