“Sərhədçi” İdman Olimpiya Mərkəzinə baxış keçirilib
Martın 12-də “Hilton Baku” mehmanxanasında futzal üzrə UEFA kuboku yarışlarının yerli və UEFA təşkilat komitələrinin iclası keçirilmişdir.

İclasda final mərhələsində mübarizə aparacaq “Barselona” (İspaniya), “Dinamo” (Rusiya), “Kayrat” (Qazaxıstan) və “Araz” (Naxçıvan) klublarının nümayəndələri də iştirak etmişlər.

Sonra tədbir iştirakçıları oyunların təşkil olunacağı “Sərhədçi” İdman Olimpiya Mərkəzinə baxış keçirmişlər.

Xəbər 752 dəfə oxundu.