"Atletiko" və "Bavariya" 1/4 finalda | |
Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start verilib. İlk oyun gününə iki qarşılaşma nəzərdə tutulub. "Land of Fire Azerbaijan" formalı "Atletiko" (Madrid) klubu öz meydanında "Milan"ı sınağa çəkib. Səfərdə rəqibini 1:0 hesabı ilə məğlub edən Madrid təmsilçisini bu görüşdən də qalib ayrılıb - 4:1. Bununla da "Atletiko" 1/4 finala yüksəlib. Günün digər matçı Münhendə baş tutub. Burada yerli "Bavariya" klubu "Arsenal"la üz-üzə gəlib. İlk görüşdə Londonda 2:0 hesabı ilə qələbə qazanan Pep Qvardiolanın komandasının 1/4 finala adlamaq şansı daha yüksək qiymətləndirilirdi. Nəticə də gözlənilən olub. Görüş 1:1 hesabı ilə yekunlaşıb və "Bavariya" növbəti mərhələyə vəsiqəni təmin edib. Qeyd edək ki, bu gün 1/8 finalın daha iki qarşılaşması keçiriləcək. 11 mart Çempionlar Liqası, 1/8 finalın cavab oyunları 23:45. "Atletiko" (Madrid, İspaniya) - "Milan" (İtaliya) (İlk oyun - 1:0) - 4:1 Qollar: Dieqo Kosta, 3 (1:0), Kaka, 27 (1:1), Arda Turan, 41 (2:1), Raul Qarsiya, 71 (3:1), Dieqo Kosta, 85 (4:1) 23:45. "Bavariya" (Almaniya) - "Arsenal" (İngiltərə) (İlk oyun - 2:0) - 1:1 Qollar: Şvaynştager, 55 (1:0), Padolski, 57 (1:1) 12 mart 23:45. "Barselona" (İspaniya) - "Mançester Siti" (İngiltərə) (İlk oyun - 2:0) 23:45. PSJ (Fransa) - "Bayer" (Leverkuzen, Almaniya) (İlk oyun - 4:0) 18 mart 23:45. "Çelsi" (İngiltərə) - "Qalatasaray" (Türkiyə) (İlk oyun - 1:1) 23:45. "Real" (Madrid, İspaniya) - "Şalke" (Almaniya) (İlk oyun - 6:1) 19 mart 23:45. "Borussiya" (Dortmund, Almaniya) - "Zenit" (Rusiya) (İlk oyun - 4:2) 23:45. "Mançester Yunayted" (İngiltərə) - "Olimpiakos" (Yunanıstan) (İlk oyun - 0:2) |
|
Xəbər 857 dəfə oxundu. |
|
|