"Qarabağ" "Qəbələ" ilə oyuna hazırlaşır | |
Azərbaycan kubokunun 1/4 finalında "Qəbələ"nin qonağı olacaq "Qarabağ" bu oyunun hazırlıqlarını davam etdirir. İdman.com.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, komanda bu gün yeganə çalışma gerçəkləşdirib Qəbələyə yollanacaq. Qeyd edək ki, kubokun ilk görüşü sabah, Qəbələ şəhər stadionunda saat 14:30-da keçiriləcək. Cavab qarşılaşması isə martın 19-da baş tutacaq. |
|
Xəbər 764 dəfə oxundu. |
|
|