Gənclər və idman naziri Azad Rəhimov Şamaxıda vətəndaşları qəbul edib | |
Bu gün Gənclər və İdman naziri Azad Rəhimov Şamaxı, Abşeron, Qobustan, Xızı rayonları və Sumqayıt şəhərindən olan vətəndaşları qəbul edib. 40-a yaxın vətəndaşın iştirak etdiyi görüş Şamaxı Olimpiya İdman Kompleksində baş tutub. 20-ə yaxın müraciət Olimpiya İdman Komplekslərinin, idman zallarının tikintisi və təmiri, stadionların və idman qurğularının idman avadanlıqları ilə təchiz edilməsi, fəxri adlarin verilməsi və digər mövzularla bağlı olub. 20-dən artıq müraciət isə gənclər mərkəzlərinin tikintisi və təmiri, ipoteka kreditlərinin verilməsi, sahibkarkarlara güzəştli kreditlərin verilməsi, gənclərin qeyri-hökumət təşkilatlarının yaradılması istiqamətində olub. Digər müraciətlər isə işlə təminat və şəxsi məsələlərlə bağlı olub. Bəzi məsələlər yerindəcə həllini tapmış, araşdırılması tələb edən məsələlər isə nəzarətə götürülmüşdür. |
|
Xəbər 1702 dəfə oxundu. |
|
|