Prezident İlham Əliyev Soçidə konkisürmə oyunlarına baxıb | |
Rusiya Federasiyasının Soçi şəhərində keçirilən XXII Qış Olimpiya Oyunlarının ilk günü idmanın bir çox növlərində maraqlı məqamlarla yadda qalıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva fevralın 8-də kişilər arasında 5000 metr məsafəyə sürətli konkisürmə yarışlarına baxıblar. Qeyd edək ki, 1998-ci ildən Qış Olimpiya Oyunlarında iştirak edən Azərbaycan budəfəki olimpiadada idmanın dağ xizəyi və fiqurlu konkisürmə növləri üzrə dörd idmançı ilə təmsil olunur. AzərTAc |
|
Xəbər 2860 dəfə oxundu. |
|
|