İtaliya kuboku: "Napoli" finala yüksəldi
Futbol üzrə İtaliya kubokunun yarımfinal mərhələsinin cavab oyunlarına yekun vurulub.

Son oyun günündə "Napoli" və "Roma" komandaları üz-üzə gəlib.

İlk görüşdə səfərdə rəqibinə 2:3 hesabı ilə uduzan "Napoli" bu məğlubiyyətin əvəzini çıxa bilib. Rəqibini 3:0 hesabı ilə məğlub edən Neapol təmsilçisi finala adlayıb.

Qeyd edək ki, "Napoli" finalda "Fiorentina" ilə qarşılaşacaq.


12 fevral

İtaliya kuboku, yarımfinal mərhələsi

"Napoli" - "Roma" (İlk oyun - 2:3) - 3:0
Qollar: Kallehon, 33 (1:0), İquain, 48 (2:0), Jorginyo, 51 (3:0)



11 fevral

"Fiorentina" - "Udineze" - 2:0 (İlk oyun - 1:2)
Qollar: Paskual, 14 (1:0), Quadrado, 61 (2:0)

Xəbər 908 dəfə oxundu.