“Azəryol” – “Fakro” voleybol görüşünü idarə edəcək hakimlər müəyyənləşib
Qadın voleybolçular arasında Avropa Voleybol Konfederasiyası (CEV) kuboku yarışlarının çellenc raundu mərhələsinin cavab oyunlarını idarə edəcək hakimlər müəyyənləşmişdir.

CEV Bakının “Azəryol” komandası ilə Polşanın “Fakro” kollektivinin görüşünü ukraynalı Sergey Qulkaya həvalə etmişdir. Onun köməkçisi isə Aleksandr Tubilov (Rusiya) olacaqdır.
Qarşılaşma fevralın 11-də Azərbaycan Voleybol Mərkəzində keçiriləcəkdir.

Xəbər 927 dəfə oxundu.