"Yuventus" Pol Poqba ilə müqavilə yeniləyir | |
"Yuventus" klubunun rəhbərliyi futbolçusu Pol Poqba ilə sözləşməni uzatmaq üçün görüşlərə start verib. Fransız futbolçunun meneceri Mino Rayola artıq danışıqlar üçün Torinoya gedib. Komandasıyla 2016-cı ilə qədər müqavilə olan 20 yaşlı futbolçunun sözləşməsi daha iki il uzadılacaq. Poqba da uzun müddət "Yuventus"da oynamaq istədiyini açıqlayıb. Qeyd edək ki, Poqba bu mövsüm keçirdiyi 23 oyunda 6 qola imza atıb. |
|
Xəbər 1015 dəfə oxundu. |
|
|