Manuel Noyer: "Arsenal"ı çox yaxşı tanıyırıq"
"Bavariya" klubunun qapıçısı Manuel Noyer Çempionlar Liqasının 1/8 finalında qarşılaşacaqları "Arsenal" haqda danışıb.

Almaniyalı qolkiper "Arsenal"ı yaxşı tanıdıqlarını bildirib:

"Arsenal"ı yaxşı tanıyırıq. Çox cəlbedici komandadır. Ötən mövsüm öz meydanımızda onlara məğlub olmuşduq. "Arsenal"ın heyətində çıxış edən Almaniya yığmasının futbolçularını görmək üçün səbirsizlənirəm. Ötən mövsüm Londonda qalib gəldiyimiz üçün ora ilə bağlı xoş xatirələrim var".

Qeyd edək ki, ötən mövsüm 1/8 finalda səfərdə "Arsenal"a 3:1 hesabı ilə qalib gələn "Bavariya" öz meydanında 0:2 hesabı ilə uduzmuşdu. Lakin Münhen təmsilçisi səfər qolu sayəsində mərhələ adlayan tərəf olmuşdu.

Xəbər 847 dəfə oxundu.