"Barselona" yeni qapıçı alır
"Barselona" mövsümü sonunda komandadan ayrılacağı gözlənilən qapıçısı Viktor Valdesin yerinə yanvar ayında yeni futbolçu transfer etməyi planlaşdırır.

"RAC1" radiosuna danışan klubun vitse-prezidenti Xosep Mariya Bartomeu deyib ki, ilk hədəfləri qış transferi pəncərəsində komandaya yeni qapıçı gətirməkdir: "Bu barədə danışıqlarımız davam edir. Seçimimiz azdır".

Klub rəsmisi maraqlandıqları qapıçıların adlarını da açıqlayıb:"Əsas namizədlər Ter Steqen və Pepe Reynadır".

Xəbər 850 dəfə oxundu.