Mariya Şarapovadan yenilik
Rus tennisçisi Mariya Şarapova gələn il Soçidə təşkil olunacaq qış olimpiya oyunlarında Amerikanın NBC televiziya kanalında aparıcı kimi çıxış edəcək.

İdman.com.az saytının məlumatına görə, bir müddətdir zədə səbəbində yarışlarda iştirak edə bilməyən tennisçinin 7-23 fevral 2014-cü il tarixlərində Rusiyanın Soçi şəhərində keçiriləcək qış olimpiada oyunları ərəfəsində televiziyada aparıcılıq edəcək.

NBC kanalının olimpiya oyunlarının tanınmış aparıcısı Jim Bell Şarapovanın idman sahəsində dünyanın ən çox tanınan ulduzlarından biri olduğunu ifadə edərək, "Soçidə böyüyən, ailəsi və yaxınlarının bir hissəsi hələ orada yaşayan Mariya şəhəri yaxından tanıyan biri olaraq bənzərsiz şərhləriylə bizləri valeh edəcəyinə əminəm." -deyə bildirib.

Xəbər 1367 dəfə oxundu.