Qvardiola: “Barselona”nın oyunundan məmnun deyiləm” | |
"Bavariya"nın baş məşqçisi Pep Qvardiola keçmiş komandası "Barselona"nın La Liqada "Real"la oynayacağı matçdakı şanslarını dəyərləndirib. İspan mütəxəssis Kataloniya klubunun qələbə qazanacağına ümid etdiyini deyib: "Barsa" "El Klassiko"da nə istədiyini çox yaxşı bilir. Ümid edirəm ki, onlar qalib gələcəklər. Bu qarşılaşma hər iki tərəf üçün çətin olacaq". "Barsa"nın hazırkı çıxışını da qiymətləndirən Qvardiola komandanın oyunundan məmnun qalmadığını deyib: "Bu səbəbdən "Real"la matçda daha yaxşı oynamalıdırlar. Hazırkı çıxışları "Nou Kamp"da istədiklərini etmək üçün yetərli deyil". |
|
Xəbər 827 dəfə oxundu. |
|
|