"Traktor Sazi"dən növbəti qələbə | |
Futbol üzrə İran çempionatının 12-ci həftəsinin oyunları keçirilib. Tehranın Təxti adına stadionunda Təbrizin "Traktor Sazi" klubu ilə yerli "Rah ahən" ("Dəmiryolu") komandası arasında keçirilən oyun qonaqların xeyrinə başa çatıb. Qarşılaşmanın birinci hissəsində "Traktor Sazi" 2 qol vurub. İkinci hissədə isə ev sahibələri bir qola fərqlənib. Beləliklə, ümumi hesab 1:2 hesabı ilə təbrizlilərin xeyirinə başa çatıb. Bu qələbədən sonra "Traktor Sazi" 22 xalla turnir cədvəlində 2-ci yerə yüksəlib. |
|
Xəbər 886 dəfə oxundu. |
|
|