"Qalatasaray" ciddi itki ilə üzləşdi | |
Çempionlar Liqasının qrup mərhələsinin II turu çərçivəsində səfərdə "Yuventus"la qarşılaşan "Qalatasaray" klubu ciddi itki ilə üzləşib. "Cim Bom"un əsas müdafiəçisi Semih Kaya zədələnərək sıradan çıxıb. Matçın 25-ci dəqiqəsində zədələnən müdafiəçi S.Kaya oyunu davam etdirə bilməyib. Belədə baş məşqçi Roberto Mançini Gökhan Zanı meydana buraxıb. Qeyd edək ki, itkiyə baxmayaraq "Qalatasaray" fasiləyə 1:0 hesabı ilə üstün yollanıb. |
|
Xəbər 930 dəfə oxundu. |
|
|