Qaret Beyl "Qalatasaray"la oyundan danışdı
"Hər klub "Real"ı məğlub etmək istəyər. Biz də sadəcə Çempionlar Liqasını deyil, bütün kubokları qazanmaq istəyirik. "Real" kimi klubların hər matçda üzərində təzyiq olur. ÇL-na "Qalatasaray"ı məğlub edərək başlamaq istəyirik".

Bu sözləri "Real"ın (Madrid) yeni transferi Qaret Beyl deyib.

Zədəsinə görə bir müddət futboldan uzaq qalan uelsi yarımmüdafiəçi artıq özünü yaxşı hiss etdiyini bildirib: "Bir həftə milli ilə məşqlərə çıxdım. Madriddə Ançelotti məni yaxşı qarşıladı. Sadəcə iki gündür burdayam, amma oynamaq üçün hazıram. Ümid edirəm ki, qısa müddət ərzində forma geyərəm".

Xəbər 1307 dəfə oxundu.