"Simurq" "Sumqayıt"la oyunun hazırlıqlarını davam etdirir | |
Artıq dünəndən məşqləri bərpa edən "Simurq", "Sumqayıt"la oyunun hazırlıqlarını davam etdirir. İdman.com.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Bədən Tərbiyəsi və İdman Akademiyyasının meydançasında çalışmalara başlayan "sarı-qaralar", məşqə isinmə hərəkətlərilə start verib. Bundan sonra iki qrupaya bölünərək "kvadrat" oynayıblar. Hazırlığın əsas hissəsində isə taktiki tapşırıqlardan ibarət təmrinlər yerinə yetirilib. Qeyd edək ki, Topaz Premyer Liqasının V turu çərçivəsində "Simurq" "Sumqayıt"ı Qəbələ şəhər stadionunda qonaq edəcək. Sentyabrın 15-də keçiriləcək qarşılaşma, saat 17:00-da start götürəcək. Oyunun baş hakimi isə Rəhim Həsənov olacaq. |
|
Xəbər 1019 dəfə oxundu. |
|
|