"Simurq" Gürcüstandan sülhlə ayrıldı
Gürcüstanda təlim-məşq toplanışında olan “Simurq” bu gün qonşu ölkədəki hazırlıq prosesi çərçivəsində yoxlama oyunu keçirib.

Zaqatala təmsilçisi yerli “Metallurq”la (Rustavi) üz-üzə gəlib.

Qarşılaşma hesabı komandamız açıb. Amma zaqatalılar qələbə hesabını qoruya bilməyiblər.

Georgi Çixradze komandasını bu oyuna aşağıdakı heyətlə çıxarıb:

Pavel Kapsa, İlkin Qırtımov, Dilaver Zrnanoviç, Anderson Oliveyra, Tural Axundov, Nenad Kiso, Stepan Polyak, Raul Kostin, Nicat Qurbanov, Orxan Səfiyaroğlu, Draqan Çeran.

"Metallurq" - "Simurq" 1:1 (0:0)
Qol: Ballo, 69.

Xəbər 1026 dəfə oxundu.