"Anji"nin sahibi beynəlxalq axtarışda
Rusiyanın "Uralkali" şirkətinin və "Anji" klubunun sahibi Süleyman Kərimovun adı İnterpolun beynəlxalq axtarış sihayısında yer alıb.

Bu barədə məlumatı "Belarus 1" telekanalı yayıb.

Kərimov Belarusiya şirkətinin 100 milyon dollara yaxın səhmlərinin mənimsənilməsində təqsirli bilinir. Rusiyalı iş adamı barəsində cinayət işinin açıldığı bildirilir.

Xatırladaq ki, iki ay öncə "Uralkali" şirkətinin baş direktoru Vladislav Baumqertner həbs edilmişdi.

Xəbər 1012 dəfə oxundu.