Məsut Özil: "Real"da qalacağam"
Son zamanlar baş məşqçisi Karlo Ançelotti ilə problemlər yaşayan "Real" (Madrid) klubunun futbolçusu Məsut Özil komandadan gedib-getməyəcəyi haqqında danışıb.

Alman yarımmüdafiəçi Madrid klubunda qalacağını deyib:

"Real"la 2016-ci ilə qədər müqaviləm var və burada çox yaxşıyam. Komanda yoldaşlarımla münasibətlərim əladır. Burada qalacam. Kubokları qazanmaq üçün komandama kömək etmək istəyirəm".

Qeyd edək ki, Almaniya millisinin futbolçusu 2010-cu ildən "Real"ın şərəfini qoruyur.

Xəbər 1302 dəfə oxundu.