Maradonaya 5-ci divizionda iş verildi | |
Ötənlərin məşhur futbolçusu Dieqo Maradona Argentinanın 5-ci divizionunda çıxış edən “Deportivo Riestra” klubunda məsləhətçi işləyəcək. 53 yaşlı mütəxəssis komanda qarşısında emosional çıxış edərək, 4-cü diviziona vəsiqə qazanmağın vacibliyini bildirib. O, Buenos-Ayresə səfərləri vaxtı boş vaxt tapan kimi “Deportivo Riesta”ya məsləhətlərini verəcək. Maradonanın əsas iş yeri isə BƏƏ-də idman səfiri vəzifəsidir. Bunadək mütəxəssis “Əl-Vasl” və Argentina millilərinin baş məşqçisi olub. Qeyd edək ki, bu ilin əvvəllərində Dieqo Maradona məşqçi işinə qayıtmaq niyyətində olmadığını açıqlayıb. “Deportivo Riesta” 1931-ci ildə Buenos-Ayresdə təsis olunub. Bu komanda tarixi ərzində heç vaxt 4-cü diviziondan yuxarı qalxa bilməyib. Lent.az |
|
Xəbər 897 dəfə oxundu. |
|
|