"Qarabağ"ın rəqibi qalib gəldi
İsveç çempionatında növbəti turun oyunları keçirilib.

Avroliqanın III təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan “Gefle” öz meydanında turnir cədvəlinin ikinci pilləsində yer alan “Malmö”nü qəbul edib. və 2:0 hesabı ilə qalib gəlib. Qolları oyunun 14-cü dəqiqəsində Lundevall, 48-ci dəqiqədə isə Oremo vurub.

Xallarını 17-ə çatdıran "Gefle" turnir cədvəlində 11-ci pilləyə yüksəlib.

Xəbər 842 dəfə oxundu.