"Sumqayıt" klubundan yeni transfer | |
"Sumqayıt" klubu 2013/14 mövsümü üçün transfer çalışmalarını davam etdirir. Ötən mövsümü klubda icarə əsasında keçirmiş Slavik Alxasov daha 1 il "Sumqayıt"da qalacaq. 20 yaşlı müdafiəçi Sumqayıt təmsilçisi ilə bir illik müqavilə imzalayıb. Qeyd edək ki, Slavik Alxasov ötən mövsüm Topaz Premyer Liqasında 29 oyunda 2610 dəqiqə meydanda olub. |
|
Xəbər 902 dəfə oxundu. |
|
|