Braziliyalı qapıçı "Xəzər Lənkəran"da | |
Bu gün səhər saatlarında Bakı şəhərini tərk edən “Xəzər Lənkəran” Bakı-İstanbul, İstanbul- Münhen aviareysləri ilə mənzil başına çatıb. İdman.com.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, komanda təlim-məşq toplanışını keçirəcəyi Bavariya vilayətinin Misbah şəhərciyinə qədər olan məsafəni avtobusla qət edərək 1 saatlıq yoldan sonra Bakı vaxtı ilə saat 15-də oteldə yerləşib. Sabah saat 10:00-da ilk məşqinə çıxacaq “Xəzər Lənkəran” hazırlığa start verəcək. Xatırladaq ki, hazırda komanda düşərgəsinə braziliyalı qapıçı Duqlas Leyte baxışa gəlib və onun haqqında yekun qərarı hazırlıq müddətində məqşçilər korpusu qərar verəcək. |
|
Xəbər 883 dəfə oxundu. |
|
|