"İdman paytaxtı" Qubada təşkil olunan lll İdman Festivalının növbəti günündə səhər idmanında festival iştirakçılarına “İdman Səfirləri” tərəfindən futbol, gimnastika, cüdo, milli idman növləri və taekvondo üzrə təlimlər keçirilib.
13-15 yaşlı idmançılar günə skautinq, rəsm və ingilis dilindən danışıq dərsləri ilə davam ediblər. Gün ərzində AMADA tərəfindən iştirakçılar üçün "Steroidlərə yox de!" mövzusunda təlim təşkil olunub.
Günün sonunda Olimpiya mükafatçıları - Hidayət Heydərov, Qaşım Maqomedov, Alfonso Dominqes tonqal ətrafında festival iştirakçıları ilə görüşüb, onların suallarını cavablandırıblar. Səmimi görüşün sonunda yeniyetmə idmançılar üçün Olimpiya çempionları tərəfindən avtoqraf sessiyası təşkil edilib.
Festivalın 4-cü gününə uşaqların yallı rəqsi ilə yekun vurulub.
|