Serbiyanın paytaxtı Belqradda məktəblilər arasında Avropa Döyüş Oyunlarında karate, cüdo və taekvondo idman növləri üzrə yarışlarda idmançılarımız yüksək nəticələr əldə ediblər.
Ümumilikdə, 5000-ə yaxın idmançının qatıldığı yarışlarda 3 idman növü üzrə yarışlarda iştirak edən məktəblilərimiz 29 medal qazanıblar.
Cüdo yarışlarında təmsilçilərimiz 6 qızıl, 2 gümüş, 2 bürünc olmaqla 10 medala sahib olublar. Karate üzrə şəxsi-kumite yarışında məktəblilərimiz 6 qızıl, 2 gümüş, 2 bürünc, 2004-2007-ci il təvəllüdlülər arasında komanda-kumite üzrə 1 qızıl olmaqla, 11 medala yiyələniblər. Taekvondo üzrə turnirdə isə idmançılarımız yarışı 5 qızıl, 3 bürünc medalla başa vurublar.
|