Bakının “Səbail” klubu futbolçusu Nihad Qurbanlı ilə yollarını ayırıb.
Oyunçu ilə mövsümün sonunda başa çatan müqavilə yenilənməyib. Bununla da mövsüm başa çatdıqdan sonra "Səbail"in yolları ayırdığı futbolçuların sayı 9-a çatıb.
Nihad Qurbanlı ötən ilin sentyabrında Bakı təmsilçisinə transfer olunmuşdu. O, 2022-2023-cü il mövsümündə meydana çıxdığı 15 oyunda 1 qol ötürməsi edib.
Xatırladaq ki, "Səbail" bundan əvvəl Luvaqa Krizito, Qustavo de Fransa, Qoba Zakpa, Franko Mazurek, Petro Stasyuk, Emil Martinov, Ruslan Hacıyev, Mirabdulla Abbasovla vidalaşıb.
|