Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
04/10 | 17:11 “Azərreyl” voleybol klubu yeni mövsümün hazırlığına başlayıb
04/10 | 17:09 “Hekken”in baş məşqçisi: “Qarabağ” avrokuboklarda böyük təcrübəyə malikdir
04/10 | 17:07 Azərbaycanın U-21 yığması oyunlarını “Azersun Arena”da keçirəcək
04/10 | 17:05 AVRO-2032 Türkiyə və İtaliyada keçirilə bilər
04/10 | 17:04 Bakıda dünya çempionu olan koreyalı taekvondoçu Azərbaycan millisinin məşqinə qatılıb
04/10 | 13:11 “Araz-Naxçıvan”ın futbolçusu: Dövrəni major notlarla yekunlaşdırmaq istəyirik
04/10 | 13:09 Qadın basketbolçulardan ibarət Azərbaycan millisinə yeni baş məşqçi təyin olunub
04/10 | 13:07 Dünya çempionatı: İlk gündə Azərbaycanın beş cüdoçusu mübarizə aparacaq
04/10 | 13:06 “Qəbələ”nin U-19 komandası UEFA Gənclər Liqasında mübarizəyə başlayır
04/10 | 08:42 Çempionlar Liqası: “Qalatasaray” İngiltərədə “Mançester Yunayted”ə qalib gəlib
04/10 | 08:41 Avropa Kuboku: "Sabah" basketbol klubu ardıcıl ikinci qələbəsini qazanıb
03/10 | 19:25 Kəmər güləşi üzrə Azərbaycan millisi Avropa ikincisi olub
03/10 | 19:19 “Sumqayıt”ın hücumçusu Azərbaycan millisi ilə oyuna dəvət alıb
03/10 | 16:36 Azərbaycanın daha 13 güləşçisi Bakıdakı yarışda medal qazanıb
03/10 | 16:35 Azərbaycan millisinin sabiq futbolçusu məşqçi kurslarına qatılıb
03/10 | 15:09 “Qəbələ” UEFA Gənclər Liqasının oyunları üçün iştirak ərizəsini açıqlayı
03/10 | 15:07 Andersson Avropa Çempionatına vəsiqə qazana bilməyəcəyi təqdirdə İsveç futbol yığmasını tərk edəcək
03/10 | 15:06 Bədii gimnastika üzrə 28-ci Bakı çempionatı keçiriləcək
03/10 | 15:06 Avropa Kuboku: “Sabah” basketbol klubu bu gün növbəti oyununu keçirəcək
03/10 | 13:28 Bakıda avarçəkmə təlimi keçiriləcək
03/10 | 13:27 Avropa Liqası: “Qarabağ”ın oyunu avstriyalı hakimlərə tapşırılıb
03/10 | 13:25 “Sabah” klubunun futbolçusuna 4 oyunluq cəza verilib
03/10 | 13:25 Bakıdakı Avropa çempionatının ilk günündə Azərbaycanın 17 güləşçisi fəxri kürsüyə qalxıb
03/10 | 13:24 AFFA rəsmiləri FIFA-nın tədbirində iştirak edirlər
03/10 | 13:23 Azərbaycanın FIFA referiləri beynəlxalq oyunlara təyinat alıblar
03/10 | 13:22 Avstriya yığmasının Azərbaycan millisi ilə oyun üçün heyəti bəlli olub
03/10 | 10:56 Çempionlar Liqası: “Qalatasaray” “Mançester Yunayted”ə, “Real Madrid” “Napoli”yə qarşı
03/10 | 10:21 Federasiya prezidenti Ağır Atletika Mərkəzində yaradılan şəraitlə tanış olub
03/10 | 08:30 Azərbaycan idmançılarının növbəti reytinq cədvəli açıqlanıb
03/10 | 08:25 Beynəlxalq Olimpiya Komitəsi Parisdə keçiriləcək Olimpiadada idmançıların hicab geyinməsi məsələsinə aydınlıq gətirib
03/10 | 08:21 “Sabah”ın baş məşqçisi: Qələbəmizi Azərbaycan basketboluna həsr edirik
02/10 | 18:13 “Qarabağ”ın legioneri Liviya və Serbiya yığmaları ilə oyunlara dəvət alıb
02/10 | 18:04 “Gəncə” voleybol klubu argentinalı məşqçi ilə anlaşıb
02/10 | 18:03 Azərbaycan millisinin voleybolçusu Rumıniyada kubok qazanıb
02/10 | 18:01 Bakıda kəmər güləşi üzrə Avropa çempionatının açılış mərasimi keçirilib
Digər xəbərlər 
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Zirə 8 5 1 2 7-4 16
2 Qarabag 8 5 1 2 16-6 16
3 Turan 8 3 2 3 11-9 11
4 Sebail 8 4 2 2 14-11 14
5 Araz-Naxçıvan 8 4 1 3 8-8 13
6 Nefci 8 3 3 2 7-5 12
7 Sumqayit 7 2 2 3 7-10 8
8 Sabah 7 1 3 3 10-11 6
9 Kəpəz 6 1 1 4 3-9 4
10 Qəbələ 8 1 2 5 5-12 5
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 5 4 1 0 13-1 13
2 Avstriya 5 4 1 0 12-4 13
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 0 1 3 2-11 1
5 Estoniya 5 0 1 4 2-16 1
Çunqvon Ço: Bakı taekvondo ailəsi üçün doğma şəhərə çevrilib
Tarix: 27.05.2023 | Saat: 19:56:00 | E-mail | Çapa göndər
Taekvondo ailəsinin üzvləri Azərbaycanın bizim üçün mötəbər yer olduğunu bilirlər. Azərbaycan 2006-cı ildən mötəbər yarışlara ev sahibliyi edir. Tədricən Bakı hamımız üçün doğma şəhərə çevrilib. Dünya çempionatı 50 illik yubileyimizə təsadüf edir. Bu bizim üçün böyük əhəmiyyət kəsb edir.

Bu sözləri Dünya Taekvondo Federasiyasının prezidenti Çunqvon Ço mayın 27-də Bakıda təşkil olunan mətbuat konfransında qeyd edib.

Çunqvon Ço Azərbaycanda taekvondonun inkişafı üçün hər cür şəraitin yaradıldığını xüsusi vurğulayaraq deyib: “Bakıya ilk dəfə 2004-cü ildə gəlmişəm. Sonra da bir neçə dəfə burada olduğumdan deyə bilərəm ki, ölkədə hər şey sürətlə dəyişir, inkişaf edir. Azərbaycanda taekvondonun inkişafına böyük dəstək göstərilir. Burada olduğum müddətdə Azərbaycan Prezident İlham Əliyevlə bir neçə dəfə görüşmüşəm. Fəxrlə deyə bilərəm ki, ölkədə taekvondonun inkişafına hərtərəfli dəstək göstərilir”.

Dünya çempionatında Rusiya və Belarus idmançılarının neytral bayraq altında çıxış edəcəklərini deyən federasiya prezidenti vurğulayıb ki, Beynəlxalq Olimpiya Komitəsi onların çıxışına qadağa qoyub. İlin əvvəlində isə neytral bayraq altında mübarizə aparmalarına və yarışlara qatılmalarına icazə verilib. Qadağa aradan qaldırıldıqdan sonra ilk dəfə taekvondo yarışlarına qatılacaqlar. Bakıda Rusiya yığması 14, Belarus 9 idmançı ilə təmsil olunacaq.

Azərbaycanın gənclər və idman nazirinin müavini Mariana Vasileva bildirib ki, Bakının belə bir mötəbər yarışa ev sahibliyi etməsindən qürur duyuruq: “İnanıram ki, yarış mübarizə aparacaq komandalar üçün çox maraqlı olacaq. Azərbaycan üçün Dünya Taekvondo Federasiyasının 50 illik yubileyini keçirmək böyük şərəfdir. Yarışın Təşkilat Komitəsi böyük işlər görüb. Əminəm ki, bunun nəticəsi olaraq çox maraqlı yarışın şahidi olacağıq”.

Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov ölkəmizdə idmana və taekvondoya göstərilən dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib. Onun sözlərinə görə, dövlət qayğısı olmadan bu yarışın təşkili mümkün olmazdı: “Yarış ölkəmizdə Ümummilli Lider Heydər Əliyevin 100 və Dünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edir. Sabah Müstəqillik Günümüzdür. Onun üçün bunlar bizim üçün böyük əhəmiyyət kəsb edir. Yarışda əsas hədəfimiz yüksək səviyyədə mübarizə aparmaqdır”.

Millimizin taekvondoçusu Fəridə Əzizova əsas hədəfinin qızıl medal olduğunu deyib. Dünya çempionatının bürünc mükafatçısının sözlərinə görə, çempion olmaqla doğma divarlar arasında xalqımıza sevinc yaşatmaq istəyir.

Yığmamızın digər üzvü Əliəskər Əliyev isə dünya çempionatının Bakıda keçirilməsini özü üçün motivasiya hesab edir. O bildirib ki, komanda kimi doğma azarkeşlər önündə dayanq üzərinə 1:0 hesabı ilə öndə çıxacaqlar və medallarla onlara sevinc bəxş edəcəklər”.

Qeyd edək ki, dünya çempionatı mayın 29-da start götürüb, iyunun 4-də başa çatacaq. Mundialda 145 ölkədən 949 idmançı 16 dəst medal uğrunda qüvvəsini sınayacaq. “Öz gücünü alovlandır” şüarı altında təşkil olunacaq dünya çempionatında, ümumilikdə, 150-dən çox ölkədən 2000-ə yaxın qonaq ölkəmizə gələcək. Bu münasibətlə çempionat çərçivəsində silsilə tədbirlər və yubiley konserti də baş tutacaq. Dünya çempionu olacaq idmançı aktivinə 140 reytinq xalı əlavə edəcək.
Xəbər 63 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
04.10.2023 Bakıda dünya çempionu olan koreyalı taekvondoçu Azərbaycan millisinin məşqinə qatılıb
24.09.2023 Azərbaycan parataekvondoçusu dünya çempionu olub
20.09.2023 Azərbaycan parataekvondoçuları Qran-Pri turnirini üç medalla başa vurublar
18.09.2023 Parataekvondoçularımız Qran-Pri və dünya çempionatında mübarizə aparacaqlar
18.09.2023 Taekvondoçularımız beynəlxalq turniri 12 medalla başa vurublar
16.09.2023 Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə mübarizə aparacaqlar
31.08.2023 İdman festivalı: Taekvondo üzrə yığmamız komanda yarışlarında yarımfinala yüksəlib
30.08.2023 Azərbaycanın üç parataekvondoçusu Qran-Pridə medal qazanıb
29.08.2023 Taekvondoçumuz Beynəlxalq Festivalda qızıl medal qazanıb
29.08.2023 Azərbaycanın üç taekvondoçusu beynəlxalq yarışda finala yüksəlib


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru