Dünya Budo Döyüş Növləri Federasiyasının prezidenti Eyup Zafer Gökbilen Bakıda səfərdədir.
Eyup Zafer Gökbilen mayın 27-28-də Bakıda keçiriləcək budo döyüş növləri üzrə beynəlxalq turnirin fəxri qonağı olacaq.
Turnirdə Azərbaycan ilə yanaşı, Pakistan, İraq, Tacikistan, Türkiyə, Qırğızıstan, Özbəkistan və Türkmənistandan 300-dək idmançı medallar uğrunda yarışacaq.
Yeniyetmə, gənc və böyüklər arasında təşkil olunacaq turnir “fri kontakt”, “full kontakt” və “submission” qaydaları üzrə baş tutacaq.
|