Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
23/03 | 15:00 Millimizin yoldaşlıq oyunlarını yerli hakimlər idarə edəcəklər
23/03 | 14:59 “Qarabağ” - “Qalatasaray” oyununu Türkiyənin “Haber Global” televiziya kanalı canlı yayımlayacaq
23/03 | 14:58 Stolüstü tennisçilərimiz Antalyada daha bir medal qazanıblar
23/03 | 14:57 Aynur Rzayeva Azərbaycanın boks tarixinə düşüb
23/03 | 14:56 İtaliyalı futbolçu MLS klubu ilə müqavilə imzalayıb
23/03 | 14:54 Bu gün “Avro-2024”ün seçmə mərhələsinə start veriləcək
23/03 | 14:53 Azərbaycan millisi Bosniya və Herseqovina yığması ilə qarşılaşacaq
23/03 | 09:32 Argentinalı qapıçının vurduğu qol “Ginnesin rekordlar” kitabına düşə bilər
23/03 | 09:28 Azərbaycanın U-17 millisi Qazaxıstan yığmasına qalib gəlib
23/03 | 09:26 “Barselona"nın sabiq futbolçusu Boyan Krkiç karyerasını bitirib
23/03 | 09:24 İlqar Aslanov: Fransa millisi ilə oyun bizim üçün çətin keçdi
23/03 | 09:23 İtaliya Super kuboku yarışları növbəti mövsümdən yeni formatda keçiriləcək
22/03 | 19:19 KONKAKAF Millətlər Liqasının finalı Las-Veqasdakı “Allecent” stadionunda keçiriləcək
22/03 | 16:05 Mesut Özil futbolçu karyerasını bitirib
22/03 | 16:04 Azərbaycan şahmatçıları üçüncü Avropa Oyunlarında mübarizə aparacaqlar
22/03 | 16:01 "Turan Tovuz" klubu heyətinə yeni futbolçu cəlb edib
22/03 | 16:00 Yığmamız Bosniya və Herseqovinada Qazaxıstan seçməsi ilə qarşılaşacaq
22/03 | 15:58 Millimiz Avropa çempionatının əsas mərhələsinin qrup oyunlarında mübarizəyə başlayır
22/03 | 09:16 “Sevilya”nın yeni baş məşqçisi müəyyənləşib
22/03 | 09:11 Basketbol üzrə Azərbaycan kuboku yarışlarının qrup oyunlarına start verilib
22/03 | 09:10 Bakıda keçiriləcək dünya kuboku yarışlarında 46 ölkədən bədii gimnastlar iştirak edəcəklər
21/03 | 19:43 AFFA-nın prezidenti millimizin üzvləri ilə görüşüb
21/03 | 15:28 Bolqarıstan – Monteneqro oyunu azərbaycanlı hakimlər briqadasına həvalə olunub
21/03 | 15:19 Avstriya – Azərbaycan oyununu polşalı hakimlər briqadası idarə edəcək
21/03 | 15:17 U-23 Avropa çempionatında iştirak edən güləşçilərimiz Vətənə qayıdıblar
21/03 | 15:16 Karate üzrə millimiz Avropa çempionatına yollanıb
21/03 | 10:24 Otuz səkkiz bədii gimnast ölkə çempionu adı uğrunda mübarizə aparacaq
21/03 | 10:23 “Neftçi”nin müdafiəçisi Gürcüstan millisinə dəvət olunub
21/03 | 09:41 Bakıda kikboksinq üzrə “Bahar turniri” keçiriləcək
21/03 | 09:39 Cüdo üzrə “Böyük dəbilqə” turniri üçün millimizin heyəti açıqlanıb
21/03 | 09:38 La Liqa təmsilçisi baş məşqçisi ilə yollarını ayırıb
21/03 | 09:36 Ağır atletika üzrə millimizin dünya birinciliyi üçün heyəti açıqlanıb
21/03 | 09:34 Azərbaycan təmsilçiləri Avropa Cüdo Birliyinin seminarına qatılıblar
21/03 | 09:32 Həndbol: "İdman Akademiyası" ölkə çempionatında liderliyini davam etdirir
21/03 | 09:31 MMA döyüşçümüz Nəriman Abbasov növbəti qələbəsini qazanıb
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Qazaxıstan 6 4 1 1 8-6 13
2 Azərbaycan 6 3 1 2 7-4 10
3 Slovakiya 6 2 1 3 5-6 7
4 Belarus 6 0 3 3 3-7 3
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 21 18 3 0 55-12 57
2 Sabah 21 16 4 1 49-13 52
3 Neftçi 21 14 2 5 38-21 44
4 Zirə 21 9 5 7 25-28 32
5 Qəbələ 21 7 6 8 24-25 27
6 Turan-Tovuz 21 5 5 11 15-27 20
7 Şamaxı 21 3 7 11 17-33 16
8 Sumqayıt 21 3 6 12 13-36 15
9 Kəpəz 21 2 8 11 19-39 14
10 Səbail 21 3 4 14 15-36 13
Baş məşqçi: Yay Olimpiya Oyunlarında daha çox idmançı ilə təmsil olunmağa çalışacağıq
Tarix: 29.01.2023 | Saat: 13:44:00 | E-mail | Çapa göndər
Taekvondo üzrə Azərbaycan yığma komandası yanvarın 5-dən etibarən təlim-məşq toplanışındadır. Fevralın 2-dək davam edəcək toplanışa 17 idmançı dəvət etmişik. Onlardan səkkizi sonuncu ölkə çempionlarıdır. Həmin taekvondoçuların döyüşlərini ötən ilin dekabrında Azərbaycan çempionatında izləmişdik və uğurlu çıxışlarına görə yığmaya dəvət etmişik. Bu il onlardan yeni nailiyyətlər gözləyirik. İlboyu gərgin qrafiklə işləyəcəyik. Məşqlərin bəhrəsini dünya çempionatında görəcəyimizə, taekvondoçularımızın Azərbaycanı layiqincə təmsil edəcəklərinə inanıram. Sonra isə “Paris-2024” Yay Olimpiya Oyunlarında bu uğuru davam etdirməliyik.

Fevralın 3-də yığma komandamız Türkiyədəki yarışlara qatılmaq üçün qardaş ölkəyə yola düşəcək. Biz burada fevralın 4-9-da keçiriləcək “Prezident kuboku”, ayın 10-14-də isə "Turkish open" turnirlərində iştirak edəcəyik.

Bunu taekvondo üzrə kişilərdən ibarət Azərbaycan milli komandasının böyük məşqçisi Elnur Amanov Bakıda keçiriləcək dünya çempionatına və 2024-cü ildə baş tutacaq Paris Yay Olimpiya Oyunlarına yığmamızın hazırlığı ilə bağlı danışarkən deyib.

Qeyd edib ki, yığmanın baş məşqçisi Reza Mehmandoust ilə ölkə çempionatında seçdiyimiz idmançıları sınamağa qərara almışıq. Bundan sonra da bir neçə turnirdə, o cümlədən Qran-Pri yarışlarında iştirak etməyi planlaşdırırıq. Çoxsaylı turnirlərə qatılmağımızın məqsədi idmançılarımızın reytinqini yüksəltmək və onların Olimpiadada iştirakını təmin etməkdir. Biz reytinq xalları ilə də Olimpiadaya lisenziya əldə etməyi planlaşdırırıq. Çalışacağıq ki, yüksək xal verən yarışlarda daha çox iştirak edək, idmançılarımızı formada saxlayaq və Olimpiya Oyunlarında daha çox idmançı ilə təmsil olunaq. Dünya çempionatına qatılacaq yığmanın heyətini həmin turnirlərə cəlb olunan idmançılar arasından formalaşdıracağıq.

Azərbaycan mayda mötəbər yarışa - taekvondo üzrə dünya çempionatına ev sahibliyi edəcək. Bu idman növündə dünya çempionatları iki ildən bir keçirilir. Bu il komandamızın məqsədi dünya çempionatına həm kişilər, həm də qadınlar olmaqla daha çox idmançı ilə qatılmaqdır. O vaxta qədər beş turnirdə iştirak etməyi nəzərdə tuturuq. Həm dünya çempionatının Bakıda keçirilməsi, həm də bu il Dünya Taekvondo Federasiyasının 50 illiyinin qeyd olunacağı üçün məqsədimiz odur ki, ev sahibi ölkə kimi bu idman növündə sözümüzü deməkdir. Ümumiyyətlə, Azərbaycan millisinin dünya çempionatı üçün heyəti müəyyəşdirmək üçün beynəlxalq turnirlər mühüm əhəmiyyət kəsb edir. Federasiya rəhbərliyi tərəfindən yığmanın üzərinə doğma divarlar arasında yüksək nəticələr qazanmaq vəzifələri qoyulub. Odur ki, paytaxtımızda yaxşı nəticələr əldə etmək, xalqımızı sevindirmək, üçrəngli bayrağımızı yüksəltmək üçün əlimizdən gələni edəcəyik.

Bu il taekvondo üzrə böyüklərdən ibarət millimizin iştirak etməsi nəzərdə tutulan əsas yarışlara toxunan məşqçi qeyd edib ki, yığmamız mayın 29-dan iyunun 4-dək paytaxtımızda keçiriləcək dünya çempionatında qüvvəsini sınayacaq. Bu il Azərbaycanın taekvondo üzrə milli komandasının dörd Qran-Pri yarışında iştirak etməsi nəzərdə tutulur. “Yığmamızın iyunun 9-11-də İtaliyanın paytaxtı Romada Qran-Pri turnirində iştirakı gözlənilir. Taekvondoçularımız Bakıdakı dünya çempionatından sonra iyunun 23-26-da Polşada təşkil olunacaq Avropa Oyunlarında güclərini sınayacaqlar. Avropa Oyunları dörd ildən bir keçirilən böyük yarışdır. Həmçinin avqustun 31-dən sentyabrın 2-dək Parisdə Qran-Pri turnirində mübarizə aparacaqlar. İdmançılarımızın oktyabrın 15-17-də Çində Qran-Pri turnirinə qatılması da planlaşdırılır. Eləcə də onlar dekabrın 2-3-də İngiltərənin Mançester şəhərində final Qran-Prisində döyüşəcəklər. Atletlərimizin Qran-Pri turnirlərinin qalibi və mükafatçısı kimi də Olimpiadaya birbaşa qatılması mümkündür”, - Elnur Amanov vurğulayıb.
Xəbər 166 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
20.03.2023 Taekvondoçularımız Belçikadan üç medalla qayıdırlar
16.03.2023 Belçika çempionatında 17 taekvondoçumuz iştirak edəcək
13.03.2023 Taekvondo üzrə dünya çempionatı “Baku Crystal Hall”da keçiriləcək
12.03.2023 Taekvondoçularımız Niderlandda 2 qızıl və 1 gümüş medal qazanıb
12.02.2023 Taekvondoçularımız hazırlıq üçün Cənubi Koreyaya yollanıblar
06.02.2023 Taekvondoçumuz Türkiyədə keçirilən Prezident kubokunun qalibi olub
02.02.2023 Kişi taekvondoçulardan ibarət milli komandamız Türkiyədə iki beynəlxalq yarışda mübarizə aparacaq
27.01.2023 Baş məşqçi: Ötən il taekvondoda ən böyük nailiyyəti yeniyetmə idmançılarımız qazanıb
27.01.2023 Niyaməddin Paşayev: Qarşıda komandalarımızı mötəbər yarışlar gözləyir
20.12.2022 Yeniyetmə taekvondoçular arasında Azərbaycan birinciliyi start götürüb


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru