Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
04/12 | 15:57 Karate üzrə Azərbaycan çempionatına yekun vurulub
04/12 | 15:35 Azərbaycanın həndbol millisi Avropa çempionatının hazırlığına başlayıb
04/12 | 15:28 Azərbaycanın daha bir paracüdoçusu Tokioda fəxri kürsüyə qalxıb
04/12 | 15:23 Fərid Qayıbov Avropa Gimnastikasının konqresində xüsusi medal və mükafata layiq görülüb
04/12 | 14:36 Azərbaycan avarçəkəni nüfuzlu yarışın qalibi olub
04/12 | 14:04 Azərbaycan paracüdoçuları Qran-Pridə iki gümüş medal qazanıblar
04/12 | 12:55 Ulu Öndər Heydər Əliyevin yubileyinə həsr olunmuş ciu-citsu turniri keçirilib
04/12 | 12:37 Azərbaycanın 15 şahmatçısı dünya çempionatında iştirak edəcək
04/12 | 12:29 Azərbaycanın voleybol millisi beynəlxalq turnirə yollanıb
04/12 | 12:19 Azərbaycan millisinin boksçuları ölkə çempionatına qələbə ilə başlayıblar
04/12 | 11:24 Azərbaycan Premyer Liqasının XV turu heç-heçə seriyası ilə əlamətdar olub
04/12 | 11:10 Futzal üzrə Avropa çempionatının seçmə mərhələsinin oyun təqvimi açıqlanıb
04/12 | 09:23 Premyer Liqa: "Qarabağ" "Qəbələ" ilə üz-üzə gələcək
03/12 | 13:35 Azərbaycan cüdoçuları Böyük Dəbilqə turnirini 3 medalla başa vurublar - YENİLƏNİB
03/12 | 13:24 Azərbaycanın fiqurlu konkisürəni beynəlxalq yarışda 1-ci yeri qazanıb
03/12 | 11:26 Azərbaycan çempionatında 41 komandadan 167 boksçu mübarizə aparacaq
03/12 | 10:32 Azərbaycan Premyer Liqasında XV tur heç-heçə ilə başlayıb
02/12 | 17:07 Bakıda hərbçilər arasında güləş üzrə dünya çempionatına yekun vurulub
02/12 | 16:10 Bakıdakı dünya çempionatında son günün qalibləri mükafatlandırılıblar
02/12 | 15:23 Həndbol üzrə Azərbaycan çempionatı: "Qarabağ" inamlı qələbə qazanıb
02/12 | 14:42 Minifutbol üzrə Azərbaycan çempionatında yeni mövsümün püşkü atılıb
02/12 | 12:09 Azərbaycan idmançılarının ilin son ayı üçün reytinq cədvəli bəlli olub
02/12 | 12:01 Azərbaycan parataekvondoçusu İngiltərədə bürünc medal qazanıb
02/12 | 11:36 Böyük Dəbilqə: Hidayət Heydərov qızıl, Zelim Tçkayev bürünc medal qazanıb
02/12 | 10:59 Bakıdakı mundialın sonuncu günündə Azərbaycanın beş güləşçisi mübarizə aparacaq
02/12 | 10:09 Böyük Dəbilqə: Azərbaycan cüdoçusu finala yüksəlib
02/12 | 09:47 Azərbaycan Premyer Liqasında XV tura iki oyunla start verilir
02/12 | 09:24 Həndbol üzrə Azərbaycan çempionatı: IV turun təqvimi müəyyənləşib
02/12 | 09:09 Qadın futbolçulardan ibarət Azərbaycan millisi B Liqasına yüksəlib
01/12 | 20:00 Azərbaycanın kişi güləşçiləri dünya çempionatında 5 medal qazanıblar
01/12 | 18:05 Karate üzrə Azərbaycan çempionatına start verilib
01/12 | 17:52 Minifutbol üzrə Azərbaycan çempionatında yeni mövsümün püşkü atılıb
01/12 | 17:02 Azərbaycanın daha iki güləşçisi Bakıdakı dünya çempionatında medal qazanıb
01/12 | 16:57 Azərbaycan ağırlıqqaldıranları Doha Qran-prisində iştirak edəcəklər
01/12 | 16:16 FIDE reytinqi: Rauf Məmmədov irəliləyib, Teymur Rəcəbov geriləyib
Digər xəbərlər 
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Zirə 11 6 3 2 11-7 21
2 Qarabağ 11 6 2 3 21-10 20
3 Səbail 11 6 2 3 15-11 20
4 Araz-Naxçıvan 11 5 3 3 19-17 18
5 Neftçi 11 4 3 4 11-10 15
6 Turan-Tovuz 11 4 3 4 18-13 15
7 Sumqayıt 11 4 3 4 10-13 15
8 Sabah 11 3 4 4 15-14 13
9 Qəbələ 11 2 2 7 7-20 8
10 Kəpəz 11 1 3 7 5-17 6
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
Dünyada yeganə: İsraildə kişilərdən ibarət yığma şahmat komandasının kapitanı əslən Bakıdan olan qadındır
Tarix: 23.11.2022 | Saat: 13:12:00 | E-mail | Çapa göndər
Bu günlərdə Yerusəlimdə şahmat üzrə dünya çempionatı keçirilir. 61 yaşlı İlana David dünya çempionatında milli yığma komandaya başçılıq edən ilk qadındır.

Bu çempionatda İsrail milli yığmasına ilk dəfə qadın başçılıq edir.

İlana David İsraildə çıxan “La-İşa” qadın jurnalına müsahibəsində bu statusa necə nail olması barədə danışıb.

Şahmatçı qadın deyib: “Mən şahmat oynamağı oğlanların əhatəsində, kişi müəllimlərdən öyrənmişəm. Mənə həmişə deyirdilər ki, kişi kimi düşünürəm, kişi kimi oynayıram. Mən bunu kompliment kimi qəbul edirdim. 2016-cı ildə İsrailin qadınlardan ibarət yığma komandasında çıxış edərkən komandanın kapitanı təyin edildim. 3 il həmin komandaya başçılıq etdim, onun statusunu möhkəmlətdim, bizim şahmatçı qadınların məşqləri üçün layiqli şərait yaradılmasına (turnirlərə gediş-gəlişlə bağlı xərclərinin ödənilməsi və pul mükafatları verilməsi) nail oldum. Bu vəzifədə özümü yaxşı göstərdiyim üçün 2019-cu ildə məni kişilərdən ibarət yığma komandanın kapitanı təyin etdilər”.

İlananın sözlərinə görə, bu qərar böyük hay-küyə səbəb olmuşdu, “çünki mən dünyada yeganə qadınam ki, kişilərdən ibarət yığma şahmat komandasına başçılıq edirəm. Bu, bir tərəfdən mənə xoş idi, amma digər tərəfdən fikirləşirdim ki, əgər qadınlardan ibarət yığma komandanın kapitanı kimi kişini təyin etsəydilər, bu, sanki belə də olmalı imiş kimi qəbul edilərdi. Hesab edirəm ki, kişilər kimi qadınlar da istənilən yüksəkliyə nail ola bilər”.

Yığma komandanın kapitanı şahmat aləmində keçdiyi yol barədə söhbət açaraq deyib: “Mən Bakıda doğulmuşam, 18 yaşında İsrailə köçüb getmişəm. 4 yaşım olanda atam mənə şahmat oynamağı, anam isə fortepianoda çalmağı öyrədib. Demək olar ki, bütün həyatım boyu musiqi və şahmatla məşğul olmuşam. İsrailə köçüb gedəndən yarım il sonra qadınlar arasında ölkə çempionatının qalibi oldum və az sonra olimpiya yığma komandasına qəbul edildim. Dörd şahmat olimpiadasında oynamışam, bir neçə beynəlxalq turnirdə birinci yeri tutmuşam”.

İsrailin kişilərdən ibarət yığma komandasının kapitanı ümidvar olduğunu bildirib ki, yığma komanda 90-cı illərdə olduğu kimi ən yaxşı günlərinə qayıdacaq. İlana David deyib: “O vaxt biz müntəzəm olaraq ən güclü komandaların ilk onluğuna daxil idik, hətta Avropa birinciliklərindən medallarla qayıdırdıq. Budəfəki çempionata dünyanın aparıcı şahmatçılarının daxil olduğu 12 ən güclü komanda gəlib. Əgər dörddəbir finala çıxa bilsək, özümü xoşbəxt hesab edərəm”.
Xəbər 206 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
04.12.2023 Azərbaycanın 15 şahmatçısı dünya çempionatında iştirak edəcək
01.12.2023 FIDE reytinqi: Rauf Məmmədov irəliləyib, Teymur Rəcəbov geriləyib
01.12.2023 Qadın şahmatçılar arasında Azərbaycan çempionatının qalibi müəyyənləşib
27.11.2023 Şahmat üzrə Azərbaycan çempionatının qalibi müəyyənləşib
24.11.2023 Azərbaycan şahmatçısı dünya çempionu olub
23.11.2023 Avropa çempionatında ilk dəfə gümüş medal qazanan qadın şahmatçılarımız Vətənə dönüblər
21.11.2023 Avropa çempionatı: Azərbaycan şahmatçıları xalların sayına görə ikinci olub
21.11.2023 Qadın şahmatçılardan ibarət Azərbaycan yığması Avropa çempionatında tarixi uğura imza atıb
20.11.2023 Vüqar Həşimov Memorialı ilk dəfə Qəbələdə keçiriləcək
19.11.2023 Marneulidə Ulu Öndər Heydər Əliyevə həsr olunmuş şahmat turniri keçirilib


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru