Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
05/12 | 17:50 “Sumqayıt” klubu 197 gündən sonra qələbə qazanıb
05/12 | 15:23 Ayşən Abduləzimova Macarıstanda çıxış edən ən yaxşı xarici oyunçu seçilib
05/12 | 15:22 Robert Levandovski Peleni qabaqlayıb
05/12 | 14:04 Zubirdən “Qarabağ”da yubiley qolu
05/12 | 14:02 Avarçəkmə idmanı yenidən Xəzər sularında
05/12 | 12:02 “Neftçi” – “Qarabağ” oyununu 7 min tamaşaçı izləyib
05/12 | 12:00 Stolüstü tennis üzrə ölkə kubokunda ən güclülər bəlli olub
05/12 | 11:59 Formula 1 Azərbaycan Qran-Prisi üçün könüllülərin qeydiyyatı başlayıb
05/12 | 11:58 İngiltərə yığması mundialın ən intizamlı komandasıdır
05/12 | 11:57 Yaponiya millisi Xorvatiyaya, Braziliya seçməsi Koreya Respublikasına qarşı
05/12 | 10:04 İngiltərə yığmasının yenilənən rekordu
05/12 | 10:03 İngiltərə millisi dörddəbir finalda Fransaya rəqib olub
04/12 | 18:29 Şəhriyar Məmmədyarov “Tata Steel” turnirində bürünc medal qazanıb
04/12 | 18:23 Rapid üzrə Azərbaycanın ən güclü şahmatçısı müəyyənləşib
04/12 | 14:26 “Qətər 2022”nin ilkin rekordları
04/12 | 14:25 Azərbaycanın fiqurlu konkisürəni İstanbulu “fəth edib”
04/12 | 10:17 Fransa millisi Polşaya, İngiltərə yığması isə Seneqala qarşı
04/12 | 10:16 WBC çempionu Tayson Fyuri titulunu qoruyub
04/12 | 10:15 Birinci hissədə iki məhsuldar ötürmə edən ilk niderlandlı futbolçu – Denzel Dümfriz
04/12 | 10:13 Kriştiano Ronaldo qrup mərhələsinin ən zəif futbolçuları sırasında yer alıb
04/12 | 10:12 Argentina yığması mundialın dörddəbir final mərhələsində
04/12 | 10:11 Messi karyerasında ilkə imza atıb
03/12 | 21:00 Azərbaycan Premyer Liqası: “Sabah”-“Şamaxı” oyunu heç-heçə yekunlaşıb
03/12 | 21:00 Uşu üzrə millimizin İndoneziya sınağı
03/12 | 20:51 AGF Avropa Gimnastikasında 3 nümayəndə ilə təmsil olunacaq
03/12 | 18:51 “Qəbələ” turnir cədvəlində dördüncü pilləyə yüksəlib
03/12 | 18:48 Niderland-ABŞ: Start heyətlər açıqlanıb
03/12 | 18:47 Peleyə respirator infeksiyası diaqnozu qoyulub
03/12 | 18:46 Şahmatçımız İspaniya açıq turnirində liderlər qrupundadır
03/12 | 18:44 Natiq Bağırov: Cüdoçularımız yeni qaydaları yaxşı mənimsəyiblər
03/12 | 18:43 Markus Reşford mundialın bombardirləri siyahısına başçılıq edir
03/12 | 11:55 Cüdo üzrə mütləq çəki dərəcələrində limit tətbiq oluna bilər
03/12 | 11:54 Cerdan Şakiri İsveçrə futbol tarixinə düşüb
03/12 | 11:53 Niderland millisi ABŞ-a, Argentina isə Avstraliyaya qarşı
03/12 | 11:52 Kosta-Rika - mundialın qrup mərhələsində ən çox qol buraxan komanda
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Qazaxıstan 6 4 1 1 8-6 13
2 Azərbaycan 6 3 1 2 7-4 10
3 Slovakiya 6 2 1 3 5-6 7
4 Belarus 6 0 3 3 3-7 3
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 16 14 2 0 44-8 44
2 Sabah 16 12 3 1 33-11 39
3 Neftçi 16 10 2 4 31-19 32
4 Zirə 16 8 2 6 18-22 26
5 Qəbələ 16 7 3 6 20-17 24
6 Turan-Tovuz 16 4 4 8 11-21 16
7 Şamaxı 16 2 6 8 14-25 12
8 Səbail 16 2 4 10 13-25 12
9 Kəpəz 16 2 4 10 12-31 10
10 Sumqayıt 16 1 6 9 8-24 9
Azərbaycanın 4 boksçusu Avropa birinciliyinin finalına yüksəlib
Tarix: 03.10.2022 | Saat: 11:55:00 | E-mail | Çapa göndər
İtaliyanın Montesilvano şəhərində yeniyetmə oğlan və qız boksçular arasında Avropa birinciliyində yarımfinal mərhələsinə yekun vurulub.

Azərbaycan millisinin 4 üzvü qələbə qazanaraq finalda iştirak hüququ qazanıb.

Məhəmmədəli Aşurəliyev Armandas Kreqzden (Litva) və Artur Avetikyanın (Ermənistan) ardınca gürcüstanlı Levan Demurovi ilə qarşılaşıb. Yarışda 54 kiloqram çəki dərəcəsində mübarizə aparan boksçumuz bu dueldən də qalib ayrılıb. O, gərgin idman mübarizəsi şəraitində keçən döyüşdə 4:1 hesabı ilə qələbə qazanaraq finala vəsiqə əldə edib. M.Aşurəliyev həlledici döyüşdə ingiltərəli Adam Maca ilə üz-üzə gələcək.

Yığmamızın üzvü Məhəmmədəli Qasımzadə (57 kq) də finala yüksəlib. Nik Smirnov (Almaniya) və Kallum Karrageri (İrlandiya) mübarizədən kənarlaşdıran boksçumuz yarımfinalda latviyalı Nikolayes Zamyatinsi də məğlub edib – 5:0. O, finalda bolqarıstanlı Viktorio İliyevlə döyüşəcək.

Oğlanlardan ibarət yığmamız kimi, qızlardan ibarət millimiz də həlledici görüşlərdə 2 idmançı ilə təmsil olunacaq. Yarışda 48 kiloqram çəki dərəcəsində mübarizə aparan Nərmin Əlizadə çempionluq görüşünə vəsiqə əldə edib. Mahur Marikyana (Ermənistan) qalib gələn idmançımız yarımfinalda polşalı Silva Formeladan da güclü olub. O, 5:0 hesablı qələbəyə sevinib. N.Əlizadə finalda ingiltərəli Rubi Vaytla qüvvəsini sınayacaq.

Emili Rzayeva (70 kq) Olqa Filipçuk (Ukrayna) səddini keçdikdən sonra Gül Yılmazla (Türkiyə) üz-üzə gəlib. Boksçumuz yarımfinal görüşünü 5:0 hesabı ilə aktivinə yazıb. O, finalda polşalı Yoanna Araszevskanı sınağa çəkəcək.

Digər boksçumuz Aynur Mikayılova (50 kq) isə bürünc medalla kifayətlənib. Byanka Balintin (Almaniya) və Lamprini Giannakopoulounu (Yunanıstan) məğlub edən idmançı finala gedən yolda ingiltərəli Katerin Pumfri ilə qüvvəsini sınayıb. Rəqib mərhələ adladığından təmsilçimiz 3-cü yeri tutub.

Bu, oğlan və qız boksçuların çempionatının birgə keçirilməyə başladığı 2018-ci ildən sonra yığmamızın rekordudur. Bu müddətdə heç vaxt 4 idmançımız finala yüksəlməyib. Millinin Avropa birinciliyini 5 medalla bitirəcəyinin rəsmiləşməsi də bu müddət üçün rekord göstəricidir. Həmçinin 2 qız boksçumuzun finala yüksəlməsi tariximizdə ilk dəfə qeydə alınıb.

Qeyd edək ki, 33 ölkədən 378 (250 oğlan, 128 qız) idmançının mübarizə apardığı yarışda final döyüşləri oktyabrın 4-də olacaq.
Xəbər 59 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
04.12.2022 WBC çempionu Tayson Fyuri titulunu qoruyub
28.11.2022 Yeniyetmə boksçular arasında Azərbaycan birinciliyinə yekun vurulub
28.11.2022
21.11.2022 Bu gün yeniyetmə boksçular arasında Azərbaycan birinciliyi start götürür
21.11.2022 Türk boksçu Bakıda UBO dünya kəmərinə sahib olub
20.11.2022 Boksçumuz dünya çempionatının dörddəbir finalına yüksəlib
18.11.2022 Boksçumuz dünya çempionatında ikinci qələbəsini qazanıb
16.11.2022 İki boksçumuz dünya çempionatına qələbə ilə başlayıb
15.11.2022 Boksçularımız dünya çempionatında mübarizəyə başlayırlar
14.11.2022 Boksçularımız beynəlxalq turnirdə 7 qızıl və 4 bürünc medal qazanıblar


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru