Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
29/06 | 13:04 “Turan Tovuz” klubu heyətini yeni futbolçu ilə gücləndirib
29/06 | 12:13 Jurnalistlər üçün beynəlxalq seminar keçirilir
29/06 | 11:35 Dünya çempionatı: Bu gün qadın həndbolçulardan ibarət millimizin rəqibi müəyyənləşəcək
29/06 | 11:33 Uelsli futbolçu Qaret Beylin “Los-Anceles” klubunda debüt edəcəyi vaxt açıqlanıb
29/06 | 11:32 Bu gün “Zirə” klubu Rumıniyanın “Hermanştadt” komandası ilə qarşılaşacaq
29/06 | 11:04 İddiaçılar turniri: Teymur Rəcəbov növbəti turda Yan Nepomnyaşi ilə qarşılaşacaq
29/06 | 11:03 Türkiyə - Azərbaycan oyununda qalib müəyyənləşməyib
29/06 | 09:13 “Qarabağ” klubu bu gün Almaniya və Rumıniya klubları ilə yoxlama oyunları keçirəcək
29/06 | 09:11 İraq millisinin 19 yaşlı üzvü "Mançester Yunayted" klubu ilə yeni müqavilə imzalayıb
29/06 | 09:10 Basketbol üzrə milli komandamız Avropa çempionatında ilk oyununu keçirib
29/06 | 09:06 "Liverpul"un hücumçusu Takumi Minamino "Monako"ya keçib
28/06 | 20:09 Bakı Dövlət Cıdır Meydanında atçılığın konkur növü üzrə paytaxt çempionatı keçirilib
28/06 | 20:09 “Sağlam böyümək istəyirəm” devizi ilə sadə idman növləri üzrə açıq turnirlərə start verilib
28/06 | 18:47 Pauerliftinqçimiz Ramil Əhmədov Avropa çempionatında iki qızıl medal qazanıb
28/06 | 18:45 Bakının “Azərreyl” voleybol klubunun Çağırış kuboku yarışındakı rəqibi müəyyənləşib
28/06 | 18:44 AFFA-nın Lisenziyalaşdırma qrupunun rəhbəri UEFA-nın seminarında iştirak edib
28/06 | 18:43 “Turan Tovuz” klubu növbəti transferlərini açıqlayıb
28/06 | 18:42 İdman gimnastikası üzrə Sumqayıt birinciliyinin qalibləri müəyyənləşib
28/06 | 18:40 Azərbaycan nümayəndə heyəti Beynəlxalq Ağır Atletika Federasiyasının hesabat-seçki konfransında iştirak edib
28/06 | 18:39 “Neftçi” klubunun məşqçilər korpusuna daha bir təyinat olub
28/06 | 18:37 “Səbail” Braziliya klubunun yetirməsini transfer edib
28/06 | 18:36 Su polosu üzrə dünya çempionatında iştirak edəcək Azərbaycan millisinin heyəti müəyyənləşib
28/06 | 16:12 Bakının “Sabah” klubu Bolqarıstanda üç yoxlama oyununda qüvvəsini sınayacaq
28/06 | 16:00 “Turan Tovuz” klubu iki futbolçu ilə müqavilə imzalayıb
28/06 | 14:34 Azərbaycanda keçirilən Olimpiya Günü haqda Beynəlxalq Olimpiya Komitəsi məlumat yayıb
28/06 | 11:52 Azərbaycan Premyer Liqasının 2021/2022-ci il mövsümündə fərqlənən referi və referi köməkçisinə “Tofiq Bəhramov mükafatı” təqdim olunub
28/06 | 09:28 Xüsusi Olimpiya: Voleybol üzrə oğlanlar arasında seçmə yarışları keçirilib
28/06 | 09:26 Rauf Kazımov: Avrasiya çempionatındakı qələbəmlə dördüncü mütləq çempionluğa sahib oldum
28/06 | 09:24 Eltac Səfərli İtaliyada şahmat turnirində üçüncü yeri tutub
28/06 | 09:21 Cüdoçularımız Avropa kuboku yarışında 1 gümüş, 1 bürünc medal qazanıblar
28/06 | 09:20 “Qarabağ” – “Lex” oyununu ingiltərəli hakimlər briqadası idarə edəcək
28/06 | 09:17 Tamblinqçimiz Mixail Malkin Portuqaliyada dünya kuboku yarışında birinci olub
28/06 | 09:16 Para-atletimiz Tunis Qran-Prisində qızıl medal qazanıb
27/06 | 18:47 Stolüstü tennis üzrə Polad Həşimovun xatirəsinə həsr olunan Azərbaycan birinciliyi keçirilir
27/06 | 16:53 Yeniyetmə badmintonçularımız Serbiyada 2 bürünc medala sahib olublar
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Qazaxıstan 4 3 1 0 6-2 10
2 Slovakiya 4 2 0 2 3-3 6
3 Azərbaycan 4 1 1 2 2-3 4
4 Belarus 4 0 2 2 1-4 2
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 28 21 6 1 72-13 69
2 Neftçi 28 15 5 8 42-31 50
3 Zirə 28 13 8 7 33-27 47
4 Qəbələ 28 12 9 7 38-34 45
5 Sabah 28 12 5 11 41-33 41
6 Sumqayıt 28 5 7 16 42-34 22
7 Şamaxı 28 5 7 16 22-46 22
8 Səbail 28 4 3 21 17-57 15
Bakıda Beynəlxalq Olimpiya Günü ilə bağlı tədbir keçirilib
Tarix: 23.06.2022 | Saat: 15:18:00 | E-mail | Çapa göndər
İyunun 23-də Bakıda Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin təşkilatçılığı ilə müasir Olimpiya hərəkatının yaranması, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) təsis olunması və Azərbaycan Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə Beynəlxalq Olimpiya Günü tədbiri keçirilib.

Tədbirin əsas məqsədi sağlam həyat tərzinin əhali arasında geniş təşviq etməklə insanları, xüsusən uşaqları və gəncləri Olimpiya hərəkatının fəal üzvlərinə çevirməkdən ibarətdir.

Tədbirdə Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidentləri Çingiz Hüseynzadə və Zemfira Meftaxetdinova, qurumun Baş katibi Azər Əliyev, gənclər və idman nazirinin müavini Mariana Vasileva, olimpiyaçılar, gənc idmançılar və digərləri iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bildirib ki, idmanın bir çox növlərində Azərbaycan idmançıları öz güclərini göstərib, müxtəlif yarışlarda medallar qazanıb, bayrağımızı ucaldıblar. Bildirib ki, onlar Azərbaycanın beynəlxalq aləmdə tanınmasında böyük rol oynayıblar. “İdmançılarımız bizim fəxrlərimizdir. Bu gün bu tədbirdə bizim görkəmli idmançılarımız, olimpiya çempionlarımız iştirak edirlər. Onların bu cür tədbirlərdə iştirakı gənc idmançıları yeni qələbələrə ruhlandıracaq”, - deyə Ç.Hüseynzadə qeyd edib.

Vitse-prezident gənclərə idmanla məşğul olmağı, idmanı sevməyi və sağlam həyat tərzi keçirməyi tövsiyə edib, keçirilən tədbirin Azərbaycan gənclərini idmana cəlb edəcəyini, idmana həvəslərini artıracağını deyib. O, bundan sonra da Azərbaycanda böyük idmançıların yetişəcəyini söyləyib.

Azərbaycanın Olimpiya çempionu Fərid Mansurov qeyd edib ki, Olimpiya dəyərlərini yeniyetmə və gənc idmançılara ötürmək olimpiyaçıların müqəddəs borcudur. O, tədbirdə iştirak edən gənc idmançıların gələcəyin Olimpiya çempionları olacağına ümid etdiyini deyib. “Biz özümüz də yeniyetmə yaşlarımızda bu cür tədbirlərdə, qaçış yarışlarında iştirak etmişik. Bu tədbirlərin keçirilməsi həm də yeniyetmələrin idmana cəlb edilməsi üçün çox vacibdir”, - deyə F.Mansurov qeyd edib.

Həmçinin bildirilib ki, Azərbaycan müstəqil dövlət olaraq Olimpiya hərəkatına 1992-ci ildən qoşulub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 1997-ci ildə Milli Olimpiya Komitəsinin Prezidenti seçildikdən sonra Azərbaycan Olimpiya Hərəkatında sürətli inkişaf başlayıb. Hazırda idmançılarımız Paralimpiya, Qış Olimpiya Oyunları, Yeniyetmələrin Yay və Qış Olimpiya Oyunları, Avropa Oyunları, Avropa Gənclərinin Yay və Qış Olimpiya festivalları və İslam Həmrəyliyi Oyunlarında uğurla iştirak edirlər. Otuz il ərzində idmançılarımız Yay Olimpiya Oyunlarında 8 qızıl, 14 gümüş və 29 bürünc medal qazanıb.

Tədbirdə Çirlidinq, Gimnastika, Karate və Velosiped federasiyalarının gənc idmançılarının nümunəvi çıxışları təqdim olunub.

Sonra Olimpiya bayramında qaçış yarışları təşkil edilib. Yarışlar iki nominasiya üzrə - oğlanlar və qızlar arasında keçirilib. Oğlanlar arasında yarışın qalibi adını Əliağa Novruzov qazanıb. İkinci yeri Nizam Hamidulin, üçüncü yeri Səid Məmmədov tutublar.

Qızlar arasında keçirilən yarışda birinci yeri Məlikə Məmmədova, ikinci yeri Lina Qurbanova, üçüncü yeri isə Aynur Axundova tutublar.

Qaliblərə medallar, diplomlar və hədiyyələr təqdim edilib.
Xəbər 43 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
28.06.2022 “Sağlam böyümək istəyirəm” devizi ilə sadə idman növləri üzrə açıq turnirlərə start verilib
28.06.2022 Pauerliftinqçimiz Ramil Əhmədov Avropa çempionatında iki qızıl medal qazanıb
28.06.2022 “Səbail” Braziliya klubunun yetirməsini transfer edib
28.06.2022 Su polosu üzrə dünya çempionatında iştirak edəcək Azərbaycan millisinin heyəti müəyyənləşib
28.06.2022 Bakının “Sabah” klubu Bolqarıstanda üç yoxlama oyununda qüvvəsini sınayacaq
28.06.2022 Azərbaycanda keçirilən Olimpiya Günü haqda Beynəlxalq Olimpiya Komitəsi məlumat yayıb
28.06.2022 Rauf Kazımov: Avrasiya çempionatındakı qələbəmlə dördüncü mütləq çempionluğa sahib oldum
28.06.2022 Para-atletimiz Tunis Qran-Prisində qızıl medal qazanıb
27.06.2022 Samux rayonunda qazilər və gənclər arasında “Airsoft praktiki atəş” hərbi-simulyasiya oyunları üzrə yarış keçirib
27.06.2022 Bakıda güc idman növləri üzrə Avrasiya çempionatına yekun vurulub


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru