Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
28/03 | 11:06 Azərbaycanın daha 4 boksçusu Bakıdakı beynəlxalq turnirin finalına vəsiqə qazanıb
27/03 | 17:44 Azərbaycanın qadınlardan ibarət boks millisi Bakıdakı beynəlxalq turniri 9 medalla başa vurub
27/03 | 14:40 Azərbaycanın 5 ağırlıqqaldıranı Dünya Kubokunda çıxış edəcək
27/03 | 10:41 Minifutbol çempionatı: “Zirə” növbəti qələbəsini qazanıb
27/03 | 09:59 Azərbaycanın 2 boksçusu "Böyük İpək Yolu"nda bürünc medal qazanıb
26/03 | 22:36 Azərbaycan Kuboku: "Neftçi" qrup lideri kimi yarımfinala yüksəlib
26/03 | 16:40 Azərbaycanın iki qadın boksçusu Bakıdakı turnirdə finala vəsiqə qazanıb
26/03 | 15:39 Azərbaycan avarçəkəni İtaliyadakı turnirdə gümüş medal qazanıb
26/03 | 10:36 AVRO-2024-ə vəsiqə qazanacaq sonuncu komandalar müəyyənləşəcək
26/03 | 09:37 Azərbaycanın U-21 millisi bu gün Ukraynanı qəbul edəcək
25/03 | 22:00 Azərbaycan millisi Bolqarıstan yığması ilə heç-heçə edib
25/03 | 14:21 Azərbaycanın bədii gimnastı Qazaxıstanda bürünc medal qazanıb
25/03 | 13:32 Azərbaycanın daha bir gimnastı Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
25/03 | 11:43 Azərbaycan voleybol çempionatı: XVIII turun proqramı açıqlanıb
25/03 | 10:24 Azərbaycanın üç boksçusu Bakıdakı turnirə qələbə ilə başlayıb
24/03 | 20:25 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"ni 4 medalla başa vurublar
24/03 | 17:26 Azərbaycan gimnastları Portuqaliyada gümüş medal qazanıblar
24/03 | 15:57 Bakıda "Böyük İpək Yolu" turnirinin açılış mərasimi keçirilib
24/03 | 13:19 Azərbaycanın basketbol millisi Gürcüstanda daha iki qələbə qazanıb
24/03 | 10:31 Azərbaycanın daha bir atıcısı Almaniyada beynəlxalq turnirdə qızıl medal qazanıb
23/03 | 20:42 Azərbaycan atıcısı Almaniyada beynəlxalq turnirdə qızıl medal qazanıb
23/03 | 16:34 Bakıda 11 ölkənin iştirakı ilə “Böyük İpək Yolu” turniri keçiriləcək
23/03 | 14:55 Azərbaycan gimnastları Qazaxıstanda keçirilən turnirdə 6 medal qazanıblar
22/03 | 19:37 “Böyük Dəbilqə”: Azərbaycan cüdoçuları ilk gündə 2 medal qazanıblar
22/03 | 11:27 Azərbaycan tamblinq millisi beynəlxalq turnirdə birinci yeri tutub
22/03 | 11:15 Göygöldə həndbol üzrə Azərbaycan birinciliyinin zona yarışlarına start verilib
22/03 | 10:59 Azərbaycan paraatletika millisi Qran-pridə çıxış edəcək
22/03 | 10:11 Azərbaycanın U-21 yığması bu gün İngiltərə ilə qarşılaşacaq
22/03 | 09:37 Azərbaycan futbol millisi bu gün Monqolustanla üz-üzə gələcək
21/03 | 21:34 "Qarabağ"ın U-14 komandası Minskdə keçirilən turnirdə çempion olub
21/03 | 18:38 Fərid Fərhadzadə Madriddə Dünya Triatlon İttifaqının rəsmiləri ilə görüşüb
21/03 | 17:29 Azərbaycan stolüstü tennisçiləri Ankarada beynəlxalq toplanışa qatılıblar
21/03 | 14:31 Azərbaycan Premyer Liqasında XXIX və XXX turun proqramı açıqlanıb
21/03 | 13:30 Bədii gimnastika üzrə 29-cu Azərbaycan çempionatının açılış mərasimi keçirilib
21/03 | 13:28 Azərbaycan gimnastları beynəlxalq turnirdə finala yüksəliblər
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Nazirin Nöqteyi-Nəzəri
Tarix: 09.05.2022 | Saat: 12:24:00 | E-mail | Çapa göndər
Ötən ay yüksək nəticələr, kütləvilik, sistemli yaradıcılıq və fəallaşma dövrü oldu. İdmançılarımızın növbəti beynəlxalq uğurlarına şahid olduq. Komandalarımızın medal qazanmaları bizi bir daha qürurlandırdı.

İdmana dövlət qayğısı: Aprelin 8-də Azərbaycan Prezidenti İlham Əliyev Avropa çempionatından qalib qayıtmış güləşçilərimizi qəbul etdi. Güləş komandalarımızın Avropa birincisi olmasını yüksək qiymətləndirən cənab prezident xüsusi olaraq qeyd etdi ki, həm gənclər, həm böyüklər arasında Avropada birinci yeri tutmaq, böyük nailiyyətimizdir və onu göstərir ki, güləşdəki ənənələrimiz yaşayır, güclü gənc nəsil yetişir. Böyüklər arasında biz öz gücümüzü hər dəfə təsdiqləyirik, ölkəmizin idman şöhrəti və bütövlükdə ölkəmizin nüfuzu artır.

Görüşdən sonra Azərbaycan Prezidentinin Güləş Federasiyasına maliyyə ayrılması haqqında sərəncamı dövlətin idmana qayğısının növbəti nümunəsi oldu.

Beynəlxalq uğurlar: İdmanımızın beynəlxalq uğurları baxımından da ötən ay yaddaqalan oldu. Cüdoçularımızın Bolqarıstanda qitə çempionatını bir qızıl, iki bürünc medalla başa vurması idmançılarımızın qitə uğurlarının davamlı olmasına zəmin yaratdı. Bədii gimnastika üzrə FİG dünya kubokunun ölkəmizdə təşkili və gimnastlarımızın uğurlu çıxış edərək qızıl medal qazanmaları ötən ayın uğurları siyahısına yazıldı. Çexiyanın Ostrava şəhərində üzgüçülərimizin 5 medal qazanması, bu idman növündə mövcud şəraitdən səmərəli istifadəyə rəvac verməsinə inam yaradır.

Beynəlxalq əməkdaşlıq: Ötən ay İsrail Dövlətinin turizm naziri Yoel Razvazovla danışıqlar aparılıb, iki ölkə arasında idman sahəsində əməkdaşlıq haqqında “Birgə Bəyannamə” imzalanıb. Əlcəzairin və Qətərin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirləri, Gürcüstan Basketbol Federasiyasının rəhbərliyi, Malayziya Olimpiya Şurasının baş katibi, Gimnastika Federasiyasının prezidenti və Malayziyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüşlər keçirilib.

Qalib idmançılarla görüşlər: Nazirlikdə də bir sıra idmançılarla görüşüb, növbəti qələbələri münasibətilə təbrik etdik. Avropa çempionatında uğurla çıxış etmiş gənc boksçularımız, “Isuzu Ironman” turnirində uğurla çıxış edərək, Azərbaycanın ilk “dəmir qadını” adını qazanmış Rəbiyyə Orucova, Azərbaycan triatlonçusu Rostislav Pevtsov, qitələrarası boccia çempionatında 2 qızıl və 1 bürünc medal qazanmış paralimpiyaçılarımız, eləcə də, Azərbaycan əsilli UFC döyüşçüsü Rafael Fizievlə görüşlərdə Azərbaycan idmanının bu günü və sabahı mövzusunda müzakirələr aparılıb.

Gənclərlə görüşlər: Aprelin 9-da Saatlı, Sabirabad, Tərtər, Bərdə, Yevlax, İmişli rayonları, Naftalan və Şirvan şəhərlərinin fəal gəncləri ilə görüş keçirilib. Toplantıda qeyd edilən rayonların gənclər və idman idarələrinin, müxtəlif gənclər təşkilatlarının rəhbərləri və nümayəndələri iştirak ediblər. Regionda yaşayan gənclərin ictimai fəallığının daha da artırılması, yeni ideyaların həyata keçirilməsi və digər məsələlər barədə müzakirələr aparılıb.

Aprelin 18-də isə, fəaliyyəti sosial məsələləri əhatə edən gənclər təşkilatlarının nümayəndələri ilə Xırdalan şəhərində görüş olub. Narkomaniyaya qarşı birgə mübarizə, erkən nikah, gənclərin məşğulluğu, regionlarda yaşayan gənclərin qarşılaşdıqları problemlər, gənc ailələrə dəstək, internat məzunları ilə iş, əlil gənclərin idmana cəlb edilməsi və s. istiqamətlər üzrə birgə layihələrin icrası ilə bağlı müzakirələr aparılıb.

Daha bir görüş isə, aprelin 29-da, əsas fəaliyyəti iqtisadi biliklər və hüquqi maarifləndirmə olan gənclər təşkilatları ilə keçirilib. Gənclərin ictimai fəallığının daha da artırılması, yeni ideyaların həyata keçirilməsi və digər mühüm məsələlər barədə müzakirələr aparılıb.

Bölgələrə səfərlər: Yevlax, Bərdə, Tərtər, Naftalan, İmişli, Saatlı, Sabirabad və Şirvandakı Olimpiya İdman Kompleksləri, stadion, UGİM və digər idman infrastrukturuna baxış keçirilib. Qurğuların səmərəli fəaliyyəti və əhali üçün əlçatanlığı yerli mütəxəssislərlə müzakirə edilib. Həmçinin Xırdalan şəhərində şahmat məktəbinin fəaliyyəti və Abşeron Olimpiya İdman Kompleksinin şəraiti ilə tanış olub, buradakı məşq zallarına, stadiona və mehmanxanaya baxış keçirilib.

Qəbullar: Aprelin 8-də Naftalan şəhərində Naftalan, Xocalı və Goranboy sakinləri, eləcə də hər həftə nazirlikdə Bakı və yaxın rayonlardan vətəndaşları qəbul etmişik. Bu, əhalini qayğılandıran əsas məsələləri görmək, onlara dəstək göstərməklə yanaşı, ölkənin bəzi sosial sahələrdə apardığı siyasəti izah etmək imkanını verir.

Ölkədaxili yarışlar: Kişi voleybolçular arasında keçirilən “Zəfər kuboku”nun final matçında, ağırlıqqaldırma, həndbol, bodibildinq, şaquli qaçış və digər idman növləri üzrə Azərbaycan çempionatlarında iştirak etdik, bir sıra dəyişikliklərin, yeniliklərin şahidi olduq. II Azərbaycan Autizm Festivalında, xüsusi diqqətə ehtiyacı olan uşaqlar üçün stolüstü tennis yarışlarında, Pirallahı qəsəbəsində “Ironwind duatlon” turnirində də iştirak etdik. Daxili yarışların səviyyəsinin yüksəlməsi və rəqabətin artması fonunda beynəlxalq uğurlara nikbin baxmaq olar.

Federasiyaların akkreditasiyası və hesabat-seçkiləri: Aprel ayında 3 federasiyanın akkreditasiyası təsdiqlənib, 3 federasiyanın isə statusu dayandırılıb. İnanırıq ki, bu fəaliyyət yekunda daha optimal idman sisteminin qurulmasına və milli komandaları formalaşdıran federasiyaların güclənməsinə kömək edəcək.
Bu ay Kamandan Oxatma Federasiyasının və Azərbaycan Yelkənli İdman Federasiyasının ümumi yığıncaqları keçirilib, qurumların rəhbərlikləri seçilib.

Kütləvilik: Yeniyetmə və gəncləri, bütövlükdə əhalini bədən tərbiyəsi tədbirlərinə cəlb etməklə sağlamlığını qorumaq olar. Aprelin 6-dan 10-dək Dənizkanarı Bulvarda “Sağlam həyat” günləri keçirildi. Beynəlxalq idman günü çərçivəsində təşkil edilən tədbir 4000-dək iştirakçı və geniş tamaşaçı kütləsini yığdı, topladığımız məlumatlar isə əhalinin ümumi fiziki hazırlığı haqqında ilkin nəticələri əldə etmək imkanı verdi. Biz ardıcıllıqla bu tədbirlərin sayını, kütləviliyini artıracaq, fiziki aktivliyə, sağlam həyat tərzinə marağı gücləndirəcəyik.

Yeni layihələrimiz: “Məşqçilərimizi tanıyaq” layihəsi çərçivəsində ilk tədbir - Azərbaycan Voleybol Federasiyasının 1-ci vitse-prezidenti, voleybol üzrə qadınlardan ibarət milli komandamızın baş məşqçisi Faiq Qarayevlə görüş idman ictimaiyyətinin marağı ilə qarşılandı. İctimaiyyət nümayəndələri ilə birgə, yunan-Roma güləşçimiz Rafiq Hüseynova həsr olunan "26 il arzuladıqlarımı 6 aya həyata keçirdim" adlı verilişin təqdimat mərasimində iştirak edik. Bu cür verilişlər və sənədli filmlər gənc idmançıların motivasiyası üçün çox vacibdir.

İstər gənclər siyasətində, istərsə də, idmanın inkişaf etdirilməsində qarşıda bizi məsuliyyətli və ciddi sınaqlar gözləyir. Məqsədimiz vətənpərvər, müasir düşüncəyə malik olan və sağlam cəmiyyət üçün ən yaxşı xüsusiyyətləri özündə cəmləşdirən gəncliyin formalaşmasını təmin etməkdir. Bu yolda tərəqqiyə nail olmaq üçün strategiyanın düzgün qurulması vacib şərtdir.

Fərid Qayıbov,
Gənclər və idman naziri



Xəbər 2673 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
15.03.2024 Gənclər və İdman Nazirliyinin Kollegiya iclası keçirilib
14.03.2024 Nazir idman federasiyalarının nümayəndələri ilə görüşüb
13.03.2024 Azərbaycan Reqbi Federasiyasının rəhbər orqanlarına seçkilər keçirilib
10.02.2024 Dövlət qurumlarının əməkdaşları arasında üzgüçülük yarışı keçirilir
08.02.2024 İlk dəfə Xankəndi–Bakı ultra marafonu keçiriləcək
06.02.2024 Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanmış idmançılarla görüşüb
03.02.2024 Fərid Qayıbov “Lənkəran” İdman Klubunun fəaliyyəti ilə tanış olub
01.02.2024 Bəhruz Nəbiyev Beynəlxalq Çövkən Federasiyasının prezidenti seçilib
31.01.2024 Azərbaycan və İsveçrə arasında idman sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
24.01.2024 “Komando” hərbi-idman oyununun Əsasnaməsi qəbul olunub


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru