Azərbaycanın beynəlxalq dərəcəli voleybol hakimi Zaur Hacıyev növbəti təyinat alıb.
O, 21 - 24 apreldə Türkiyənin Bursa şəhərində keçiriləcək 17 yaşadək qızlar arasında Avropa çempionatının A qrupunun oyunlarını idarə edən referilərdən biri olacaq.
Z.Hacıyevlə yanaşı, yunanıstanlı Nikolas Angelidis, litvalı Audrius Qarqasas və serbiyalı Svetlana Zotoviç bu qrupda ədaləti qoruyacaq.
Qeyd edək ki, A qrupunda Türkiyə, Albaniya, Macarıstan və Ukraya voleybolçuları çıxış edəcəklər.
|