Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
08/08 | 13:39 MOK “Azərbaycanda Olimpiya Hərəkatı” mövzusunda fotomüsabiqəyə start verib
08/08 | 12:50 Stolüstü tennisçilərimiz “Eurotalents pre-selectıon camp”ın seçim turunda iştirak edəcəklər
08/08 | 12:48 Ağırlıqqaldırma üzrə Avropa birinciliyində ölkəmizi 5 idmançı təmsil edəcək
08/08 | 10:35 Beşinci İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edəcək əsas nümayəndə heyəti Türkiyəyə yola düşüb
08/08 | 10:04 Fuad Quliyev: Bölgələrdə stronqmen idman növünə maraq böyükdür
08/08 | 10:02 Ümumdünya Şahmat Olimpiadası: Komandalarımız Ermənistan təmsilçiləri ilə qarşılaşacaqlar
08/08 | 10:01 “Sabah”ın baş məşqçisi: Oyunun nəticəsindən razı qaldım
08/08 | 10:00 Laurentsiu Regekampf: Çox vacib üç xal qazandıq
07/08 | 18:40 Azərbaycan komandasının V İslam Həmrəyliyi Oyunlarında bayraqdarları bəlli olub
07/08 | 16:33 Fudokan karate-do üzrə seminar keçirilib
07/08 | 16:31 AAAF-ın rəhbərliyi beynəlxalq yarışlara yollanan komandaların üzvləri ilə görüşüb
07/08 | 16:30 Komandalarımız Ümumdünya Şahmat Olimpiadasında Hindistan və Monqolustan yığmaları ilə mübarizə aparırlar
07/08 | 14:08 V İslam Həmrəyliyi Oyunlarında stolüstü tennisçilərimiz mübarizəyə başlayıblar
07/08 | 14:07 Mahir Məmmədov yenidən FIDE-nin vitse-prezident seçilib
07/08 | 14:03 Güləşçilərimiz ASAPES-də fiziki və psixoloji testlərdən keçiriliblər
07/08 | 12:25 Velosipedçilərimiz V İslam Həmrəyliyi Oyunlarının növbəti yarışlarında iştirak ediblər
07/08 | 12:23 “Avro-2023”: Azərbaycan millisi Türkiyə yığmasına məğlub olub
05/08 | 19:02 Yana Batırşina: Azərbaycan gimnastlarının elastik və dinamikliyi onların qazanacaq nailiyyətlərinin göstəricisidir
05/08 | 18:57 Nurlana Məmmədzadə: Azərbaycan V İslam Həmrəyliyi Oyunlarında 4 gimnastika növü üzrə yarışlarda təmsil olunacaq
05/08 | 18:56 “Kəpəz” klubunun kapitanı dəyişib
05/08 | 18:54 “Zirə”nin fəxri prezidenti Orxan Məmmədov klubun Müşahidə Şurasının sədri seçilib
05/08 | 18:53 Bədii gimnastlarımızın V İslam Həmrəyliyi Oyunları öncəsi yoxlama məşqi keçirilib
05/08 | 15:51 Məşhur gimnast Yana Batırşina Bakıya gəlib
05/08 | 15:49 Stolüstü tennis üzrə millimiz İslamiadada iştirak etmək üçün Türkiyəyə yola düşüb
05/08 | 14:39 Bu gün Azərbaycan Premyer Liqasında 2022/2023-cü il mövsümünə start veriləcək
05/08 | 14:38 Çimərlik futbolu üzrə Azərbaycan millisi Səudiyyə Ərəbistanı yığmasına qalib gəlib
05/08 | 14:36 Azərbaycan UEFA reytinqində 2022/2023-cü il mövsümü üçün xal ehtiyatını yenidən artırıb
05/08 | 14:35 Türkiyədə V İslam Həmrəyliyi Oyunları start verilib
05/08 | 14:33 Ümumdünya Şahmat Olimpiadası: Şahmatçılarımız Hindistan və İsrail yığmaları ilə mübarizə aparacaqlar
05/08 | 10:52 AFFA rəhbərliyi V İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək milli komandanın üzvləri ilə görüşüb
05/08 | 10:50 Şəhid övladları üçün ustad dərsi təşkil edilib
05/08 | 10:32 İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı 7 kişi cüdoçu təmsil edəcək
05/08 | 08:43 Ferdinand Feldhofer: Rəqib hər addımda bizim planlarımızı pozurdu
05/08 | 08:42 UEFA Avropa Liqasının 2022/2023-cü il mövsümünə start verilib
05/08 | 08:40 Bakının "Neftçi" klubu Avstriyaya üstün yollanacaq
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Qazaxıstan 4 3 1 0 6-2 10
2 Slovakiya 4 2 0 2 3-3 6
3 Azərbaycan 4 1 1 2 2-3 4
4 Belarus 4 0 2 2 1-4 2
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 28 21 6 1 72-13 69
2 Neftçi 28 15 5 8 42-31 50
3 Zirə 28 13 8 7 33-27 47
4 Qəbələ 28 12 9 7 38-34 45
5 Sabah 28 12 5 11 41-33 41
6 Sumqayıt 28 5 7 16 42-34 22
7 Şamaxı 28 5 7 16 22-46 22
8 Səbail 28 4 3 21 17-57 15
Nazirin Nöqteyi-Nəzəri
Tarix: 06.01.2022 | Saat: 11:00:00 | E-mail | Çapa göndər
Əziz gənclər və idmançılar!

Nazir kimi fəaliyyətimin dördüncü ayı ötən ilin sonuna təsadüf etdi. Hesabat ayında ölkənin Şimal-Qərb və Dağlıq Şirvan bölgəsinə səfər çərçivəsində Qəbələ, Oğuz, Qax, Zaqatala, Balakən, Şəki, İsmayıllı, Şamaxı, Qobustan Olimpiya kompleksləri və digər idman qurğularının fəaliyyətləri ilə tanış olduq. Müxtəlif idman növləri üzrə bölmələrin məşq proseslərini izlədik, idmançılarla görüşdük, məşqçi-müəllimlərlə fikir mübadiləsi aparıb, onların problemləri ilə maraqlandıq. Bu idman qurğularının potensialından, xüsusən də üzgüçülük hovuzlarından səmərəli istifadə imkanlarını müzakirə etdik.

Güləş, Badminton, Basketbol, Atıcılıq, Triatlon, Avarçəkmə, Stolüstü Tennis və Taekvondo federasiyalarının hesabat-seçki yığıncaqları keçirildi. Federasiyaların işi təhlil edildi, nöqsan və problemlər səsləndirildi, növbəti dövr üçün məqsəd və vəzifələr müəyyən olundu. Yeni rəhbərlik və seçilmiş idarə heyətləri ilə birgə regionlarda işin genişləndirilməsi, kütləviliyin artırılması, nəticələrə əsaslanan fəaliyyətin təşkili barədə müzakirələr aparıldı.

Stolüstü tennis və Atçılıq federasiyalarında vəziyyətlə tanış olduq, Pauerliftinq Federasiyası milli yığma komandasının təlim-məşq bazasının açılışında iştirak etdik.

Uğur qazanmış idmançılar da diqqət mərkəzindədir – onlar Azərbaycanı layiqincə təmsil edir, arxasınca onlarla gənci idmanla məşğul olmağa səsləyirlər. Ötən ay həmçinin şahmat, reqbi, MMA və digər növlər üzrə idmançı və mütəxəssislərlə görüşlərdə idman potensialımızın imkanlarını müzakirə etdik.

Gənclər siyasətini yerlərdə həyata keçirən qurumların fəaliyyəti, orada çalışan insanlar, onların bilik və bacarıqları, koordinasiyalı işi xüsusi əhəmiyyət kəsb edir. Balakən, Qobustan, Suraxanı və Xəzər Gənclər Evlərinin fəaliyyəti, oradakı klub və dərnəklərin işi, xidmətlərin keyfiyyəti ilə də əyani tanış olduq. Mərdəkan qəsəbəsində yerləşən Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzində yaradılmış şəraitlə də maraqlandıq. Əlbəttə ki, bu müəssisələrdə gənclərin maraqlarına cavab verən, daha peşəkar və zəruri xidmətlər təşkil edilməli, mövcud imkanlar daha səmərəli istifadə edilməlidir.

Regionda yaşayan gənclərin inkişaf imkanlarının, cəmiyyətin işində iştirakçılığının və onları düşündürən məsələlərin müzakirəsi bu dəfə İsmayıllıda keçirilən zona görüşündə aparıldı. İsmayıllı, Şəki, Zaqatala, Qax, Balakən, Qəbələ, Şamaxı, Oğuz, Qobustan və Ağsu rayonlarının gənclər və idman idarələrinin, Gənclərin İnkişaf və Karyera Mərkəzlərinin, müxtəlif gənclər təşkilatlarının rəhbərləri ilə 4 saatdan artıq davam edən açıq və səmimi müzakirə keçirildi. İsmayıllı səfəri çərçivəsində “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə Regional Kubokunun açılışında iştirak etdik, şəhid ailələri və Vətən müharibəsi qaziləri ilə görüşdük.

Konfederativ və iri gənclər təşkilatlarının rəhbərləri ilə təkrar görüşdə gənclər evlərinin fəaliyyətinin təkmilləşdirilməsi, gənclər təşkilatlarının fəaliyyətinə dair qanunvericilik, regionlarda gənclərin rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi, özəl sektorun gənclərin fəaliyyətini dəstəkləməsi, gənclərin könüllülük fəaliyyəti və s. istiqamətlər üzrə gənclər təşkilatlarının təqdimatlarını müzakirə etdik. Gənclər təşkilatlarının qərarların verilməsi prosesində iştirakı üçün yeni imkanlar yaradacağıq.

Milli-mənəvi dəyərlərin təbliği və vətənpərvərliyin tərbiyəsi istiqamətində fəaliyyət göstərən gənclər təşkilatlarının rəhbərləri ilə də görüşüb müzakirələr apardıq. Yeni çağırışlar mərhələsində gənclərin məşğulluğunu Gənc Sahibkarların II Forumunda müzakirə etdik. Keçirilməsinə 2022-ci ildə başlayacağımız sosioloji tədqiqat və “Yerli” gənclərin bacarıqlarının artırılması layihələri əməli nəticələr verəcək.

Dekabrın son həftəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə idmançıların, yaradıcı gənclərin və könüllülərin iştirakı ilə Xocasən gölünün ətrafında ağacəkmə tədbiri keçirdik. Bütövlükdə gənclərin sosial, ölkə üçün əhəmiyyətli layihələrə böyük maraq və fəallığını əməli işlərə çevirmək zamanıdır.

Beynəlxalq əməkdaşlıq sahəsində də bir sıra görüşlərimiz oldu. Malayziya, Kubanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirləri ilə görüşlər keçirdik, ölkəmizdə səfərdə olan Beynəlxalq Boks Assosiasiyasının və Avropa Şahmat İttifaqının prezidentlərini, Dünya Etnosport Konfederasiyası və Beynəlxalq Abilimpiya Federasiyasının nümayəndələrini qəbul etdik.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti seçilməyim ictimai fəaliyyətimdə daha bir pəncərənin açılması ilə yanaşı, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Olimpiya Hərəkatına töhfə vermək baxımından da qarşımıza yeni məqsədlər qoyur.

İnanıram ki, inamla, diqqətlə və ümidlə görülən işlər təmsil etdiyimiz hər iki sahənin inkişafında faydalı olacaq. Yeni ildə gənclərimizə və idmançılarımıza möhkəm can sağlığı, əzmkarlıq, inam və yeni nailiyyətlər arzulayıram!

Fərid Qayıbov,
Gənclər və idman naziri

Xəbər 299 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
27.07.2022 Beşinci İslam Həmrəyliyi Oyunlarına hazırlıqla bağlı Gənclər və İdman Nazirliyində iclas keçirilib
30.06.2022 Gənclər və İdman Nazirliyinin Kollegiya iclası keçirilib
24.06.2022 Gənclər və idman naziri İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun prezidenti ilə görüşüb
20.05.2022 Fərid Qayıbov gənclər və idman idarələrinin rəisləri ilə görüşüb
10.05.2022 Azərbaycan idmançılarının reytinq cədvəli açıqlanıb
09.05.2022 Nazirin Nöqteyi-Nəzəri
08.05.2022 Nazir Fərid Qayıbov Ağcabədi şəhərində vətəndaşları qəbul edib
15.04.2022 Gənclər və idman naziri Azərbaycanın ilk “dəmir qadını” adını qazanmış Rəbiyyə Orucova ilə görüşüb
13.04.2022 Azərbaycanın gənclər və idman naziri UFC döyüşçüsü Rafael Fiziyev ilə görüşüb
05.04.2022 Gənclər və idman naziri Gürcüstan Basketbol Federasiyasının rəhbərliyini qəbul edib


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru