Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
22/04 | 22:56 Azərbaycan parataekvondoçuları Qubada hazırlıq keçirlər
22/04 | 22:38 Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb
22/04 | 19:08 Kişi voleybolçulardan ibarət "Azərreyl" komandası ölkə çempionu olub
22/04 | 18:03 1/8 final mərhələsinin oyunları keçirilib
22/04 | 12:21 Bakıda bir sıra idman qurğularının fəaliyyəti ilə tanışlıq
22/04 | 09:51 Kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi bu gün bəlli olacaq
22/04 | 09:29 Azərbaycan paraüzgüçüsü Avropa çempionu olub
21/04 | 21:28 Azərbaycan Premyer Liqasında XXXI tura yekun vurulub
21/04 | 20:35 "İdman Paytaxtı" seçilmək üçün Bakı şəhərinin namizədliyi irəli sürülüb
21/04 | 09:23 Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 2 medal qazanıb
20/04 | 22:21 Azərbaycanın iki boksçusu Avropa çempionatında mərhələ adlayıb
20/04 | 21:38 Azərbaycanın gimnastika komandası Bakıdakı turnirdə bürünc medal qazanıb
20/04 | 14:37 Veteran stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib
20/04 | 12:26 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib
20/04 | 10:15 Basketbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olacaq
19/04 | 21:13 Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
19/04 | 20:10 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
19/04 | 14:08 Azərbaycan atıcıları Olimpiya Təsnifat Çempionatında çıxış edəcəklər
19/04 | 11:27 Premyer Liqa: XXXI turun təyinatları açıqlanıb
19/04 | 11:27 Premyer Liqa: XXXI turun təyinatları açıqlanıb
19/04 | 10:35 Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb
19/04 | 10:32 Azərbaycan Premyer Liqasında tura Tovuzda start veriləcək
18/04 | 14:22 Azərbaycan şahmatçıları Avropa çempionatında iştirak edəcəklər
18/04 | 14:21 Azərbaycanlı hakim Paralimpiadanın cüdo yarışlarına dəvət alıb
18/04 | 11:39 Azərbaycan millisinin kapitanı Macarıstan çempionu olub
18/04 | 10:47 Azərbaycanın U-17 millisi İnkişaf turnirində iştirak edəcək
18/04 | 10:16 Azərbaycan cüdo millisinin Polşa toplanışı başa çatıb
18/04 | 09:17 Azərbaycan gimnastları Dünya Kubokunda finala yüksəliblər
17/04 | 20:34 Qadın voleybolçular arasında Azərbaycan çempionatında ilk finalçı bəlli olub
17/04 | 18:32 17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək
17/04 | 16:48 Azərbaycan voleybol çempionatında ilk finalçı müəyyənləşib
17/04 | 15:36 Azərbaycanın güləş yığmaları Avropa çempionatına hazırlaşır
17/04 | 12:40 İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçiriləcək
17/04 | 11:49 Azərbaycan bilyardçısı Avropa çempionu olub
17/04 | 11:18 Azərbaycanın gənc avarçəkənləri Türkiyədə turnirə qatılacaqlar
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
2021-ci il Azərbaycan Gimnastika Federasiyası üçün bir sıra əlamətdar hadisələrlə yadda qalıb
Tarix: 28.12.2021 | Saat: 11:12:00 | E-mail | Çapa göndər
Yola saldığımız 2021-ci il Azərbaycan Gimnastika Federasiyası (AGF) üçün bir sıra əlamətdar hadisələr və mühüm tədbirlərlə yadda qalıb. Nəhayət ki, bütün dünyada, eləcə də ölkəmizdə bir çox sahələrdə canlanma baş verib. Bir illik sərt karantin rejimindən sonra idman həyatımız qismən yenidən öz axarına qayıdıb, zallarda məşqlərə icazə verilib, eləcə də yerli və beynəlxalq yarışların təşkili bərpa edilib. Bu sahədə baş vermiş canlanma gimnastikada da özünü göstərib.

Azsport.az AGF-yə istinadla xəbər verir ki, ilin əvvəlində keçirilən federasiyanın hesabat-seçki xarakterli ümumi yığıncağında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva növbəti 5 il müddətinə yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib. Fəxr hissi ilə qeyd etmək lazımdır ki, Mehriban xanımın federasiyaya rəhbərlik etdiyi 19 illik dövr ərzində AGF nəinki ölkəmizdə, eləcə də beynəlxalq aləmdə ən nümunəvi idman təşkilatlarından birinə çevrilib. Bu sahədə hərtərəfli inkişafa üstünlük verilərək həyata keçirilən strategiya nəticəsində AGF 6 il ardıcıl olaraq Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən mükafatlandırılan 10 milli federasiyanın reytinq siyahısında yer alıb və son illərdə bu siyahıya liderlik edib.

Ötən illərdəki ənənənin davamı olaraq, 2021-ci ildə Azərbaycan gimnastika növləri üzrə 5 dünya səviyyəli yarışa uğurla ev sahibliyi edib. Mötəbər yarışların təşkili, hamının səbirsizliklə gözlədiyi yarış əhvali-ruhiyyəsini, həyəcanını yenidən Milli Gimnastika Arenasına qaytarıb.

2020-ci ildə keçirilməsi planlaşdırılan, lakin pandemiya səbəbindən təxirə salınan bədii gimnastika üzrə dünya kuboku yarışlarının bu il baş tutması həm ölkə təmsilçilərinin, həm də xarici gimnastların sevincinə səbəb olub. Mayın 7-dən 9-dək Milli Gimnastika Arenasında keçirilən və “Tokio-2020” Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyan yarışda 35 ölkədən 150-dən çox gimnast fərqlənmək üçün mübarizə aparıb. Qrup komandamız gərgin mübarizədən medalsız ayrılmayıb. Qızlarımız 5 topla final çıxışına görə fəxri kürsünün üçüncü pilləsində yer almağı bacarıblar.

Planeti əhatə edən pandemiya hər bir sahədə olduğu kimi idman sahəsinə də təsirsiz ötüşməyib. Bu vəziyyət bütün dünyada ənənəvi şəraitdən tam fərqli üsulların, yeniliklərin tətbiqini zəruri edib. Yarışlar tamaşaçılar olmadan və sanitar-epidemioloji tələblərə uyğun olaraq təşkil olunub. Yerli Təşkilat Komitəsi tərəfindən bu sahədə bir sıra yeniliklər həyata keçirilib.

Diqqətçəkən məqamlardan biri də məhz Bakıda keçirilmiş bədii gimnastika üzrə dünya kuboku yarışlarında idmançılara medalların dronlarla təqdim edilməsi olub. Daha bir yenilik isə media ilə bağlı olub. Belə ki, jurnalistlər arenaya gəlmədən də onlayn qaydada istədikləri gimnastdan müsahibə almaq imkanı əldə ediblər.

Mayın 21-23-də Milli Gimnastika Arenası dünyanın müxtəlif ölkələrindən yeniyetmə və gənc aerobika gimnastlarını qonaq edib. Azərbaycanda ilk dəfə keçirilən aerobika gimnastikası üzrə 9-cu dünya yaş qrupları yarışlarında 18 ölkədən təxminən 200 idmançı birincilik uğrunda mübarizə aparıb. Ölkəmizdə son dövrlərdə inkişaf etdirilməsinə baxmayaraq, gimnastika tariximizdə ilk dəfə olaraq bu miqyaslı yarışda 12-14 yaş qrupunda gimnastımız Məryəm Topçubaşova fərdi proqramda bürünc medal qazanıb.

Aerobika gimnastikası üzrə 16-cı dünya çempionatı paytaxtımızda eyni ayda keçirilən üçüncü beynəlxalq yarış olub. Ölkəmizin ilk dəfə ev sahibliyi etdiyi yarışda idmançılarımız dünya çempionu titulunu qazanmağa müvəffəq olublar. İyirmi iki ölkədən 166 idmançının iştirak etdiyi yarışda Avropa çempionu adını daşıyan aerodans komandamız bu dəfə də onlara bəslənilən inamı doğruldaraq fəxri kürsünün ilk pilləsinə yüksəlib.

İlin sonuna doğru, noyabrın 18-dən 21-dək Azərbaycan daha bir mötəbər yarışa - batut gimnastikası, tamblinq və ikili mini-batut üzrə 35-ci dünya çempionatına ev sahibliyi edib. Ölkəmizdə bu növ üzrə daha əvvəl Avropa çempionatı və çoxsaylı dünya kuboku yarışları keçirilsə də, “küləklər şəhəri” havada pərvazlanan dünya ulduzlarını ilk dəfə belə bir irimiqyaslı yarışda toplayıb. Otuz üç ölkədən 250-dən çox gimnastın iştirak etdiyi yarış Avropa çempionu, dünya yaş qrupları yarışlarının qalibi olan təmsilçimiz Mixail Malkinin gümüş medal qazanması ilə yadda qalıb.

Bakıda ilk dəfə keçirilən batut gimnastikası, tamblinq və ikili mini-batut üzrə 28-ci dünya yaş qrupları yarışları 2021-ci ildə ölkəmizdə təşkil edilən beşinci beynəlxalq turnir olub. Noyabrın 25-28-də 32 ölkədən 650 idmançının iştirakı ilə keçirilmiş dünya birinciliyində Azərbaycanı fərdi və sinxron batut, tamblinq və ikili mini-batut proqramı üzrə ümumilikdə 15 gimnast təmsil edib. Gərgin idman mübarizəsində ötən dünya yaş qrupları yarışlarının qalibi olmuş Maqsud Mahsudov 13-14 yaş kateqoriyasında bütün rəqiblərini üstələyərək ikiqat dünya birincisi tituluna yiyələnib.

2021-ci il dünyada həm də Olimpiya ili kimi yadda qalıb. Məlum səbəbdən təxirə salınan “Tokio-2020” Yay Olimpiya Oyunlarında Azərbaycan 3 gimnastika növü üzrə 4 yarışda təmsil olunub. İdman gimnastikası üzrə yarışlarda ölkəmizi kişilər arasında İvan Tixonov, qadınların mübarizəsində isə gimnastika tariximizdə ilk dəfə olaraq Marina Nekrasova təmsil edib. Bədii gimnastika üzrə fərdi proqramda Yay Universiadasının ikiqat gümüş medalçısı, İslam Həmrəyliyi Oyunlarının mükafatçısı Zöhrə Ağamirova iştirak edib. On doqquz yaşlı Zöhrə Azərbaycan gimnastika tarixində Olimpiya Oyunlarında bədii gimnastika üzrə fərdi proqramda iştirak etmiş ilk azərbaycanlı gimnast olub. “Tokio-2020” Yay Olimpiya Oyunlarında Azərbaycan 13 ildən sonra yenidən qrup hərəkətləri proqramında mübarizə aparıb. Qrup komandası tərkibində Tokioda Zeynəb Hümmətova, Ləman Əlimuradova, Yelizaveta Luzan, Darya Sorokina və Nərminə Səmədova çıxış ediblər.

Bu il batut gimnastikası üzrə Avropa çempionatında da gənc və böyükyaşlı gimnastlarımızın çıxışları uğurlu olub. Belə ki, Soçidə baş tutmuş batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatında yığmamızın üzvləri komandamızın hesabına 1 gümüş və 2 bürünc, tamblinq yarışlarında Hüseyn Əsədullayev, Tofiq Əliyev, Adil Hacızadə və Bilal Qurbanov komanda hesabında bürünc medal əldə ediblər. Dünya yaş qrupları yarışlarının gümüş medalçıları Hüseyn Abbasov və Maqsud Mahsudov sinxron cütlüyü “dünya” üzrə nəticələrini təkrarlayaraq qitə birinciliyində də gümüş medala sahib çıxıblar. Daha bir medalı – “bürüncü” isə böyükyaşlı gimnastlar arasında tamblinq yarışlarında Mixail Malkin qazanıb.

Akrobatlarımız da Avropa çempionatında uğurla təmsil olunublar. İtaliyanın Pesaro şəhərində təşkil edilmiş Avropa yaş qrupları yarışlarında 12-19 yaşlılar arasında mübarizə aparmış Milana Əliyeva və Nizam Xamidulindən ibarət qarışıq cütlüyümüz qarışıq hərəkətlər proqramı üzrə final mərhələsində gümüş medala layiq görülüblər.

Yaş qrupları yarışlarının ardınca baş tutmuş Avropa çempionatında isə akrobatlarımız yığma komanda hesabına daha 3 medal əlavə ediblər. Qarışıq cütlük tərkibində çıxış edən Ağasif Rəhimov və Raziyə Seyidli komandamızın hesabına həm “gümüş”, həm də “bürünc” yazdırıblar. Gənclər arasında qadın qrupu tərkibində Mənsumə Məmmədzadə, Leyla Bəşirova və Nəzrin Fərmanova isə bürünc medala yiyələniblər.

Bu, qadın qrupumuzun 2021-ci ildə əldə etdiyi yeganə uğuru deyil. Belə ki, onlar İsveçrənin Cenevrə şəhərində keçirilmiş akrobatika gimnastikası üzrə dünya yaş qrupları yarışlarında da bürünc medal (12-19 yaş qrupu) qazanıblar.

Qeyd edək ki, 2021-ci ildə gimnastika növləri üzrə yığma komandalarımızın üzvləri beynəlxalq yarışlarda 17-si qızıl, 31-i gümüş və 36-sı bürünc olmaqla, ümumilikdə 84 medal qazanaraq ilə uğurla yekun vurublar. AGF-nin il ərzində qazanılan nəticələrə əsasən, açıqladığı reytinq siyahısında ilk üçlükdə müvafiq olaraq Mixail Malkin birinci, bədii gimnastika üzrə qrup hərəkətləri komandası ikinci, aerodans üzrə komanda isə üçüncü pillədə qərarlaşıb.

Çəkilən zəhmətin bəhrəsidir ki, idmançı karyeraları ərzində göstərdikləri nəticələrə görə Gənclər və İdman Nazirliyi tərəfindən 4 gimnastımız “Əməkdar idman ustası”, 9 gimnastımız isə “İdman ustası” adına layiq görülüb.

AGF hər zaman olduğu kimi bu il də məşqçilərin və idmançıların ixtisaslarının artırılmasını diqqətdə saxlayıb. AGF tərəfindən bu il ilk dəfə olaraq İsrail nümayəndələri ilə birgə keçirilən “Gələcəyə addım” adlı onlayn vebinar məşqçilər üçün səmərəli olub. 22 ölkə nümayəndəsinin iştirakı ilə 3 gün davam edən vebinarda aktual məsələlərə toxunulub, maraqlı mövzular ətrafında müzakirələr aparılıb. Bundan əlavə regionlarda gimnastikanın inkişafı, bu sahədə kütləviliyin təmin olunması hər il olduğu kimi, 2021-ci ildə də federasiyanın fəaliyyətinin əsas prioritet istiqamətini təşkil edib. İlboyu idmançılarımız üçün paytaxtla yanaşı, regionlarımızda fəaliyyət göstərən bölmələrdə peşəkarlar tərəfindən ustad dərsləri keçirilib.

Federasiyanın keçirdiyi silsilə tədbirlər siyahısında yer alan “Gimnastika hamı üçün” növünə həsr olunmuş vebinar, bu növ üzrə ilk milli onlayn festival, “Gimnastika hamı üçün” adlı fotomüsabiqə də gimnastika həvəskarları tərəfindən böyük maraqla qarşılanıb.

Yığma komandamızın mütəxəssisləri də səmərəli fəaliyyətləri ilə seçiliblər. Sevindirici haldır ki, gimnastika peşəkarlarımızın fəaliyyəti beynəlxalq idman qurumları tərəfindən yüksək qiymətləndirilib. Gimnastika tarixində ilk dəfə olaraq federasiyanın idman direktoru Natalya Bulanova FIG-nin bədii gimnastika üzrə Texniki Komitəsinin üzvü, yığma komandanın məşqçisi, Avropa çempionatının üçqat mükafatçısı, çoxsaylı beynəlxalq yarışların qalib və medalçısı Siyana Vasileva isə FIG-nin Atletlər Komissiyasının üzvü seçiliblər.

Bundan əlavə, gimnastika növləri üzrə ixtisaslaşmış beynəlxalq dərəcəli Azərbaycan hakimləri - Natalya Bulanova (bədii gimnastika), Rza Əliyev (kişi idman gimnastikası) və Adil Hüseynzadə (tamblinq) “Avropa Gimnastikası”nın fəxri hakimi” adına layiq görülüblər.

2021-ci ildə Milli Gimnastika Arenası beynəlxalq təlim-məşq toplanışları üçün yenidən digər ölkə nümayəndələri üçün öz qapılarını açıb. Bu il arenada yaradılmış şəraitdən Braziliya, İndoneziya, Kosta-Rika, Latviya, Çexiya, Bolqarıstan, Koreya Respublikası, Misir, Macarıstan, Qazaxıstan, Avstraliya, Özbəkistan və Malayziya nümayəndələri yararlanıblar.

Yeni il yeni başlanğıclar deməkdir. Hər kəs hər il dəyişən təqvimə böyük ümidlərlə baxır, qədəm qoyduqları ildə yüksək nailiyyətlər qazanmağı arzulayırlar.

Qarşıda gimnastikasevərləri də hər il olduğu kimi mühüm tədbirlərlə zəngin bir il gözləyir. İnanırıq ki, növbəti ildə də gimnastika ailəsinin üzvləri onlara bəslənilən etimadı doğruldacaqlar.
Xəbər 361 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
20.04.2024 Azərbaycanın gimnastika komandası Bakıdakı turnirdə bürünc medal qazanıb
15.04.2024 Azərbaycan gimnastları beynəlxalq turnirdə 7 qızıl medal qazanıblar
08.04.2024 Azərbaycanın bədii gimnastları Estoniyada qızıl medallar qazanıblar
07.04.2024 Azərbaycan gimnastı Avropa çempionatında gümüş medala sahib olub
07.04.2024 Azərbaycan gimnastika millisi beynəlxalq turnirdə bürünc medal qazanıb
31.03.2024 Azərbaycanın gimnastika millisi Fransada qızıl medal qazanıb
25.03.2024 Azərbaycanın bədii gimnastı Qazaxıstanda bürünc medal qazanıb
25.03.2024 Azərbaycanın daha bir gimnastı Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
24.03.2024 Azərbaycan gimnastları Portuqaliyada gümüş medal qazanıblar
23.03.2024 Azərbaycan gimnastları Qazaxıstanda keçirilən turnirdə 6 medal qazanıblar


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru