Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
22/04 | 22:56 Azərbaycan parataekvondoçuları Qubada hazırlıq keçirlər
22/04 | 22:38 Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb
22/04 | 19:08 Kişi voleybolçulardan ibarət "Azərreyl" komandası ölkə çempionu olub
22/04 | 18:03 1/8 final mərhələsinin oyunları keçirilib
22/04 | 12:21 Bakıda bir sıra idman qurğularının fəaliyyəti ilə tanışlıq
22/04 | 09:51 Kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi bu gün bəlli olacaq
22/04 | 09:29 Azərbaycan paraüzgüçüsü Avropa çempionu olub
21/04 | 21:28 Azərbaycan Premyer Liqasında XXXI tura yekun vurulub
21/04 | 20:35 "İdman Paytaxtı" seçilmək üçün Bakı şəhərinin namizədliyi irəli sürülüb
21/04 | 09:23 Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 2 medal qazanıb
20/04 | 22:21 Azərbaycanın iki boksçusu Avropa çempionatında mərhələ adlayıb
20/04 | 21:38 Azərbaycanın gimnastika komandası Bakıdakı turnirdə bürünc medal qazanıb
20/04 | 14:37 Veteran stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib
20/04 | 12:26 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib
20/04 | 10:15 Basketbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olacaq
19/04 | 21:13 Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
19/04 | 20:10 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
19/04 | 14:08 Azərbaycan atıcıları Olimpiya Təsnifat Çempionatında çıxış edəcəklər
19/04 | 11:27 Premyer Liqa: XXXI turun təyinatları açıqlanıb
19/04 | 11:27 Premyer Liqa: XXXI turun təyinatları açıqlanıb
19/04 | 10:35 Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb
19/04 | 10:32 Azərbaycan Premyer Liqasında tura Tovuzda start veriləcək
18/04 | 14:22 Azərbaycan şahmatçıları Avropa çempionatında iştirak edəcəklər
18/04 | 14:21 Azərbaycanlı hakim Paralimpiadanın cüdo yarışlarına dəvət alıb
18/04 | 11:39 Azərbaycan millisinin kapitanı Macarıstan çempionu olub
18/04 | 10:47 Azərbaycanın U-17 millisi İnkişaf turnirində iştirak edəcək
18/04 | 10:16 Azərbaycan cüdo millisinin Polşa toplanışı başa çatıb
18/04 | 09:17 Azərbaycan gimnastları Dünya Kubokunda finala yüksəliblər
17/04 | 20:34 Qadın voleybolçular arasında Azərbaycan çempionatında ilk finalçı bəlli olub
17/04 | 18:32 17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək
17/04 | 16:48 Azərbaycan voleybol çempionatında ilk finalçı müəyyənləşib
17/04 | 15:36 Azərbaycanın güləş yığmaları Avropa çempionatına hazırlaşır
17/04 | 12:40 İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçiriləcək
17/04 | 11:49 Azərbaycan bilyardçısı Avropa çempionu olub
17/04 | 11:18 Azərbaycanın gənc avarçəkənləri Türkiyədə turnirə qatılacaqlar
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
“Neftçi" tarixi şans əldə etsə də, hələ də həqiqi lider deyil
Tarix: 23.02.2021 | Saat: 08:46:00 | E-mail | Çapa göndər
BATI YAR | batyyar@mail.ru

Bunu liderlərin eniş-yoxuş tarixi deyir

Futbolda bəzən elə qəribə oyunlar olur ki, ilahi ədalət prinsiplərinin tamamilə pozulmasını zənn edirsən. Əslində, bunun özündə də bir hikmət var.

Söz yox, çempionatın liderinin autsayderlərdən birinə, üstəlik, maddi və fiziki imkanlar baxımından tamamilə əks qütbdə olaraq özündən qat-qat zəif rəqibə hakimin əlavə etdiyi ən sonuncu dəqiqədə qalib gəlməsi belə şübhələr yaradır. Təbii, belə olanda, daha çox zəifin tərəfində olan məntiqlə haqq-ədalət, az qala, mühakimə obyektinə çevrilir. Amma bu həqiqətin və ədalətin özləri də çoxüzlü və ya çoxtərəflidirlər.

Elə "Turdan-tura" rubrikamıza həftəsonu turunun son oyunundan başlayaq. Bir tur əvvəl "Qarabağ" üzərində tarixi və bəlkə də mövsümdə ən vacib qələbəsini ən parlaq oyunu ilə qazanan "Neftçi" həmin görüşdən məğlubiyyətə bərabər qələbə ilə çıxmışdı. 3 qırmızı vərəqədən savayı, növbəti tur ərəfəsində daha iki üzvünü itirmişdi. Əlbəttə, bu arada əldə olunan yeni futbolçunun da meydana birbaşa buraxılması ehtimalı da yox idi. Həm də o, hücumçu olduğundan komandanın canını əlindən almış 3 müdafiəçidən heç birini əvəz edə bilməyəcəkdi.
Ədalət dediyimiz də elə bu oyunərəfəsi məqamlarda üzə çıxır. Problemləri bəlli "Qəbələ" nə qədər ovqat, vüsət, birlik və həvəs göstərsə də, oyun planında rəqibindən qat-qat geridə qaldığını və hələ çox işlər görməli olduğunu göstərdi. Qarşılaşmanı izləyəndə və "Neftçi"nin 5 oyunçu çatışmazlığını da biləndən sonra təxmini təhlil imkanları ilə anlamaq olur ki, cüzi təpərli komanda olmaq yetər ki, ev sahibinə meydan oxunsun. "Qəbələ"nin də də ən sevdiyim və onu bütün rəqiblərindən bir baş üstün edən cəhətini də deyim ki, bu da usanmadan öz oyununu oynayaraq, rəqibin gücü ilə hesablaşmamağı, meydangirlikdən çəkinməməyidir. Bu dəfə reallaşa biləcək epizodları saysaq, "Qəbələ" elə ilk hissədə "ağ-qaralar"ı üstələmişdi. Komandanın oyun quruculuğundakı kəm-kəsirləri isə daha artığına nail olmağa imkan vermir. Həm də, açığı, hətta bu qədər həvəsdə belə psixoloji amillər - komandanı özünü daha aşağıda görməsi də sözünü deyir. Bu ehkamlardan isə qurtulmaq üçün komandanın bir qədər də aqressiv olması lazımdır. "Neftçi" ilə görüşdə taktiki-strateji mənada yol verilən yeganə, lakin həlledici nöqsan da, zənnimcə, bu idi. Onun da birbaşa funksional göstəricilərə təsiri oldu və oyun əldən getdi. Bütün bunları bir yerə cəmləsək, Emin Mahmudovun rəqib futbolçular arasından təxminən 17 metrdən qəfil və sərrast zərbə ilə topu diaqonal boyunca uzaq küncdən tora salması məntiqli görünər. Bu da qələbənin ilahi həqiqətlə heç bir əlaqəsi olmadığını göstərər.

Niyə bu matçı bu qədər və xüsusi vurğuladığımı da ərz edim. Bu nəticə ilə "Neftçi" çempion və mövsümün favoriti olan "Qarabağ"dan 3 xal irəli atıldı və ötən turdakı "Azərbaycan derbisi"ndən də vacib əhəmiyyətə malik oldu. Beləliklə, yorulmadan və daha sərrast oyunlarla irəli atılsa, "Neftçi" "Qarabağ"ın hegemonluğuna son qoymaq iqtidarındadır. Lakin tələsməyək. Axı, "Neftçi"nin təsəvvür olunacaq mənəvi və xal üstünlüyü şəraitində əvvəllər çempionluğu necə asanlıqla əldən verməyinin də şahidi olmuşuq. Hələlik, bu komanda ruhən həmin tarixi yolu keçməyə yaxındır. Çünkü heyətin, oyunun skeleti, varisliyi dəyişməyib.

Sözsüz ki, liderlərin və tarixən ən prinsipial rəqiblərin əvvəlki turda baş vermis duelinə də toxunmaq lazımdır. Mövsümdə ilk dəfə ən canlı və baxılmağa layiq futbol matçı gördük. Bütün kəm-kəsirləri, texniki qüsurları ilə bərabər meydanda iki barışmaz rəqibin rəqabəti, mübarizəsi, döyüşü var idi. İlk 15 dəqiqədə haradasa nəyəsə şübhə var idisə, hətta matçın 3 fərqli parçasında (əvvəldə, ikinci hissənin ortalarında və son dəqiqələrdə) aldığı qırmızı vərəqələr "Neftçi"ni sındırmadı. Əksinə, sanki cəmi bir qırmızı vərəqəsi olan "Qarabağ" istədiyi alınmayınca, kökdən düşmüş pianino kimi, tamamilə küylü, məzmunsuz, təhərsiz oyun nümayiş etdirdi. Bütün bunlar komandanın oyunçu ehtiyatının, potensialının və buna görə də strateji hədəflərin natamamlığına görə ritminin ildən-ilə aşağı düşməsinin göstəricisidir. Bəlkə də bu, son tarixi və ya nəzəri xəbərdarlıqdır və yenə transferlərdə əsl Avrokubok iştirakçısı qismində qəbul olunmuş dünyəvi qayda ilə futbolçu bazarına çıxmasa, əsl tənəzzül başlayacaq. Doğma Ağdama qayıdış arzusunun gerçəyə çevrilməsi ərəfəsində olan bir klub üçün bu heç də arzuolunan bir mənzərə olmayacaq.

Ötən iki tur hadisələrlə çox zəngin oldu. İlk növbədə qeyd etmək lazımdır ki, "Zirə" itirdiyi xallarla liderlərdən bir az da uzaqlaşdı. Bununla izləyicilərinə də iştah verdi. Doğrudur, komanda heç də zəiflərlə üz-üzə deyildi və faktiki olaraq, özü də hazırlıq baxımından rəqiblərindən çox da öndə deyil. Yeganə fərq formalaşma imkanlarının sabitliyinin təmin olunmasıdır. Özü də hər iki görüşdə əməli cəhətdən komanda məğlubiyyət acısı dadmağa yaxın idi. Hər iki halda rəqiblərinin tək cədvəl baxımından deyil, həm də ruhən autsayder durumu köməyinə çatdı. Əslində, son iki turda "Zirə"yə qarşı matçlar "Sabah"la "Keşlə"nin çatışmayan cəhətlərinin mahiyyətini göstərdi: eynixallı autsayderlər oyun quruculuğunda tükəniblər və elitar adına yaraşmayan tərzdə kökdən düşürlər. Nə qədər qəribə olsa da, hər iki qarşılaşma autsayderlərin oyun planında, həm də irəliləyişinin göstəricisi oldu. "Keşlə" yeni məşqçisi ilə ilk əzmkar oyununu nümayiş etdirdi və yalnız taktiki səhvlər azlıqda qalan rəqibi məğlub etməyə imkan vermədi. "Sabah" isə "Zirə"yə xalı oyunun sonuna doğru verdi və bu onun artıq xarakterə çevrilmiş xaraktersizliyinin göstəricisidir. "Sabah" bunu və nəticədə dişsiz vəziyyətə düşməsini "Səbail"lə görüşdə də bir daha əyani göstərdi.

"Zirə"nin xal itkilərindən və digər rəqiblərin də uçurumda olmasından qazanan "Sumqayıt" oldu. Komanda iki tur ərzində əvvəlcə "Səbail"dən, deməli, digər autsayderlərdən də obyektiv üstünlüyünü nümayiş etdirdi. Lakin "Qarabağ"la matç "Gənclik şəhəri" kollektivinin hesabına yazılmalıdır. Bu qarşılaşmada, təbii olaraq, üstünlük qonaqlarda idi. Lakin "Sumqayıt"ın təpəri epizodik deyil, məhz oyunun bütün gedişində özünü büruzə verdi. Doğru qurulmuş taktiki planla komanda rəqibi nəinki təbdən saldı, həm də onu cırtdanla divin "xəlbirlə su gətirmək" məzəsinə çevirdi. "Neftçi"dən sonra "Qarabağ" bu görüşdən də dərsini almalıdır. Lakin hər zaman Qurban Qyrbanovlu "Qarabağ"ın yazqabağı yoldan bu sayaq sapmasını az görməmişik. Komanda cücəni daha çox yazın qızmar çağında saydırır. Hazırkı rəqibi "Neftçi" isə əksinə, yaz ərəfəsi buzları əritsə də, sonra istilərin gəlişi ilə özü də buz kimi əriməyə başlayır.

Beləliklə, iki lider istisna olmaqla, çempionatda digər komandaların qızmar dövrünün başlamasına cəmi iki tur qalıb. Buna qədər də qeyd etdiyimiz kimi, qış yuxusundan sonra 5 tur ərzində komandalar isinmə hərkətlərində əsl simalarına qovuşmağa çalışırlar. Bu dövr ta kubok finalçıları bəlli olana qədər bütün əsas suallara cavab verməlidir.

BATI YAR

Xəbər 352 dəfə oxundu



 
Müəllifin son yazıları

14.09.2021 “Qarabağ" iki-üç cəbhədə mübarizəyə hazır kimi görünür
14.09.2021 Uduzmaq ayıb deyil, amma...
07.09.2021 Hətta nağıllar reallıqla bitir: üç alma yerə düşür
07.09.2021 Avrokuboklar: Yalnız “Qarabağ"la
07.09.2021 “Araz" tarixinin 16-cı əsas yarışında
24.08.2021 “Paris-2024": əsas yarış məqamlarına aydınlıq gətirilir
24.08.2021 Avrokuboklar: Sapı iynənin gözündən keçirmək olsa
24.08.2021 Daha bir qarışıq-natamam mövsümə doğru
23.08.2021 Ya qalib, ya da ən yaxşı ikinci olmaq lazımdır
10.08.2021 Əlvida, “Tokio-2020"!


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru