Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
08/10 | 22:28 Azərbaycan Prezidenti: Belarusun təcrübəsi III MDB Oyunlarının keçirilməsində bizim üçün çox faydalı olacaq
08/10 | 18:24 Azərbaycan qılıncoynadanı İsveçdəki beynəlxalq turnirdə qızıl medal qazanıb
08/10 | 17:30 Azərbaycan güləşçisi Qazaxıstanda keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıb
05/10 | 16:57 Azərbaycan cüdoçusu dünya çempionatında gümüş medal qazanıb
05/10 | 15:49 Azərbaycanın daha bir cüdoçusu dünya çempionatında bürünc medal qazanıb
05/10 | 15:47 Azərbaycan fiqurlu konkisürəni beynəlxalq yarışda gümüş medal qazanıb
05/10 | 09:44 Azərbaycan güləşçisi Qazaxıstanda beynəlxalq turnirda bürünc medal qazanıb
04/10 | 17:43 Azərbaycan boksçuları Qazaxıstandakı beynəlxalq turnirdə 4 medal qazanıblar
04/10 | 15:41 Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal qazanıb
02/10 | 20:09 Azərbaycan sərbəst güləşçiləri beynəlxalq turnirdə 2 gümüş medal qazanıb
02/10 | 13:36 Azərbaycanın güləş üzrə U-17 və U-20 milliləri bu il Avropa və dünya çempionatlarında 9 medal qazanıb
01/10 | 15:54 Azərbaycan taekvondoçusu dünya çempionatında bürünc medal qazanıb
01/10 | 08:40 Dünya çempionatının gümüş mükafatçısı olan gimnastlar vətənə qayıdıb
30/09 | 17:16 Azərbaycan millisi beynəlxalq turnirdə birinci yeri tutub
30/09 | 16:44 Azərbaycan gimnastları Sankt-Peterburqda 4 medal qazanıblar
30/09 | 15:28 Azərbaycan bilyardçısı Gürcüstanda bürünc medal qazanıb
30/09 | 11:22 Azərbaycan cüdoçuları Çexiyada üç medal qazanıblar
30/09 | 10:20 Azərbaycan qılıncoynadanı Gürcüstanda bürünc medal qazanıb
30/09 | 09:57 Azərbaycan boksçuları beynəlxalq turnirdə iki medal qazanıblar
30/09 | 09:33 Azərbaycan badmintonçuları beynəlxalq turnirdə gümüş medal qazanıb
29/09 | 18:32 Azərbaycan gimnastları dünya çempionatında gümüş medal qazanıblar
29/09 | 16:11 Azərbaycanın stolüstü tennisçiləri Gürcüstanda üç medal qazanıblar
29/09 | 13:39 İBA Çempionlar Liqası: Azərbaycanın bütün boksçuları qələbə qazanıb
29/09 | 09:27 Azərbaycanın atıcılıq millisi dünya çempionatında gümüş medal qazanıb
28/09 | 21:26 Azərbaycan qılıncoynadanları beynəlxalq turnirdə qızıl və gümüş medallar qazanıblar
28/09 | 20:23 Şuşada şahmat üzrə Vüqar Həşimov Memorialının bağlanış mərasimi keçirilib
28/09 | 12:22 Azərbaycanın daha bir gimnastı Monteneqroda qızıl medal qazanıb
28/09 | 11:21 Azərbaycan taekvondoçuları Albaniyada 14 medal qazanıblar
28/09 | 09:19 Azərbaycan gimnastı Balkan Kubokunda qızıl medal qazanıb
27/09 | 21:57 Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq yarışda mükafat qazanıblar
27/09 | 11:44 Fərid Qayıbov Zaqatala Olimpiya İdman Kompleksinə baxış keçirib
26/09 | 18:30 Şuşada Vüqar Həşimov Memorialının açılış mərasimi keçirilib
26/09 | 18:08 Azərbaycan bədii gimnastları Monteneqrodakı turnirdə 2 medal qazanıblar
25/09 | 16:44 Azərbaycanın yunan-Roma güləşçiləri Rusiyada üç medal qazanıblar
25/09 | 11:31 Azərbaycan Konqo ilə idman sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb
Digər xəbərlər 
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 36 26 5 5 97-37 83
2 Zirə 36 16 10 10 33-22 58
3 Sabah 36 17 7 12 50-40 58
4 Sumqayıt 36 15 12 9 37-38 57
5 Neftçi 36 16 8 12 51-40 56
6 Turan Tovuz 36 13 9 14 53-53 48
7 Səbail 36 11 9 16 50-60 42
8 Araz-Naxçıvan 36 9 9 18 31-50 36
9 Kəpəz 36 9 8 19 39-67 35
10 Qəbələ 36 7 5 24 30-64 26
“Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”
Tarix: 18.11.2020 | Saat: 09:04:00 | E-mail | Çapa göndər
Cəbhə döyüşçülərinin gözü ilə

30 ilə yaxındır ki, düşmən ayaqları altında inildəyən Vətən torpağı bizim hər birimizi haraya çağırırdı… Ataların, babaların məzarları mənfur erməni cəlladlarının təhqirinə məruz qalmışdır. Onların ruhu bizi köməyə səsləyirdi. Müqəddəsdən-müqəddəs olan Vətən təhlükədə idi. Artıq ölüm və ya olum vaxtı çatmışdır. Əsirlikdə minbir əzab-əziyyətlərə, məhrumiyyətlərə düçar olan həmvətənlərimiz bizdən imdad gözləyirdi. Çoxdan gözlədiyimiz bu günlər artıq gəlib çatmışdır. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev bu xalqın ürəyindən qara ləkəni sildi. Qazanılan zəfərlər təkcə silahın gücü ilə deyil, həm də Ali Baş Komandan İlham Əliyevin uzaqgörən diplomatiyasının, dünyada yüksək nüfuzunun məntiqi nəticəsidir.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev hazırda ədaləti bərpa edir və BMT Təhlükəsizlik Şurasının 29 il ərzində kağız üzərində qalan qətnamələrini icra edir.

İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının birliyini bir daha nümayiş etdirdi. Siyasi əqidəsindən, mənsubiyyətndən, mövqeyindən asılı olmayaraq bütün vətəndaşlar yumruq kimi birləşdi. Bütün bölgələrdən ordumuza dəstək gəldi. Azərbaycan xalqı hər gün dövlətimizin başçısı İlham Əliyevdən qələbə xəbərini gözləyirdi. Ötən 44 gündə 300-ə yaxın yaşayış məntəqəsi, o cümlədən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, 4 qəsəbə döyüş meydanında işğaldan azad edildi. (Ağdərə rayonu istiqamətində və Murovdağ silsiləsində hündürlüklər, Bartaz qəsəbəsini, Bartaz strateji yüksəkliyi (2300 metr), Sığırt yüksəkliyi (1370 metr), Şükürataz yüksəkliyi (2000 metr) və əlavə 5 adsız strateji yüksəklik).

2020-ci il sentyabr ayının 27-dən noyabr ayının 9-na qədər davam edən uğurlu döyüşlərdən sonra, 10 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti Rusiya Federasiyasının Prezidenti və Ermənistanın Baş Naziri tərəfindən imzalanan sənədə əsasən, əzəli yurdumuz olan Dağlıq Qarabağ və ətraf rayonları, o cümlədən, Qazax rayonunun işğal altında olan 7 kəndi tamamilə işğaldan azad edilmişdir.

Min illərdir ki, insanlar ölür, lakin xalq inamsız mövcud ola bilməz. Xalqı yaşadan və qələbəyə ruhlandıran onun inamıdır. Hazırda məhz belə bir inamı Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev ordumuzda, xalqımızda və gənclərimizdə yarada bilmişdir.

İnanıram ki, «bütün illərdə Azərbaycana sədaqətdə, məhəbbətdə, alovlu vətənpərvər kimi xidmət etməkdə müdrik siyasətçi Heydər Əliyev siyasi məktəbinin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev kimi olmalı, ona oxşamalı, ondan öyrənməli» devizi gənclərin mübarizə və həyat amalına çevriləcək.

29 illik Qarabağ həsrətimizə son qoydulduğuna görə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə sonsuz təşəkkür və minnətdarlığımızı bildiririk. Bu, bir tarixdir: Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə şanlı, qüdrətli Azərbaycan Ordusu tarix yazdı. Qarabağın işğaldan azad olunmuş hər yerində, hər bir kəndində, habelə Şuşada Azərbaycanın şanlı üçrəngli bayrağı dalğalanır.
Ön cəbhə ilə arxa cəbhənin vəhdəti, xalqın öz xilaskarına maddi və mənəvi yardımı böyük qələbənin qazanılmasında mümhüm rol oynayır. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev dediyi kimi: “Hər şey vətən üçün, hər şey cəbhə üçün, hər şey qələbə üçün”. Bu, idman akademiyasının professor-müəllim və tələbələrinin şüarına çevrilmişdir. Qələbə xalqımızın əzmkarlığı, inamı ilə qazanılmışdır.

Milli faciəmizin tarixinə bir nəzər

Min illər boyu öz dədə-baba yurdunda çıraq yandıranlarımız nə biləydilər ki, bir gün erməni faşistlərinin zavalına tuş gələcəklər. Hələ neçə oğul toyu, qız barxanası vardı qarşıda. Təzə-təzə yurd yeri də bələdlənmişdi. Arzulara ümid işığı yağırdı. Əllər zəhmətdə, ürəklər isə xoş məramların arxasınca idi. Qocalar yenicə toplaşmışdılar ocaq başına. Körpələr mışıl-mışıl yatırdılar beşiklərində. Bir azdan uzun qış gecələrinin sazlı-duzlu çağı başlanacaqdı. Amma sən demə, dünənə qədər “dost” dediyimiz erməni öz işindəymiş......doğma torpaqlarımıza və adamlarımıza xəyanət toru toxuyurmuş. Toxudu da. Müsibətlərin göynəltisi ərşə yüksəldi. Oğul atadan, ana baladan ayrı düşdü. Düşmənin əlindən yaxa qurtarıb salamat qalanların bəxtinə isə soyuq tale düşdü. Ürəklərində itkin düşən əzizlərinin məzarlarını gəzdirə-gəzdirə, oba-oba dolanıb sığınacaq axtarırdılar. Qapılarını döydükləri adamlardan xoş üz görəndə ağrıları bir azca azalsa da soyuq baxışlarla qarşılaşanda ölüb qalan ümidləri də çilik-çilik qırılıb dağılırdı.

Göz yaşı ürək ağrısıdır, dərd məlhəmi deyil. Göz yaşı sinələrə vurulan dağın sızıltısıdır, əyilmiş beli düzəldən deyil. Göz yaşı iniltidir, fəryaddır-qopur adamların içindən.

Dərdi heç kim haraylamır, dərd özü gəlir insana sarı. Sonradan qovursan da çıxıb getmir, uzaqlaşır. Dərdin bəlkə də ağırı, yüngülü olur. Amma şəhid dərdinin çəkisi eynidir. Şəhid dərdinə təskinlik vermək, onu yüngülləşdirmək mümkün deyil. Ölüm ağrısına dözmək çox çətindir. Günahsız ölümə bəlkə də dözəcəksən, yaşayacaqsan, amma sənin bircə gözlərin baxacaq, hisslərin olmayacaq, daxilin alışıb yanacaq, içəridən boğulub göynəyəcəksən.

Allah əcəli gec tapır insanı. Heç olmasa, əlliyəcən, altmışacan yaşamağa imkan verir. Zalım əcəl isə şəhidə qənim kəsilir. Ana bətnində, beşikdə, on dörd yaş, on yeddi yaş, iyirmi yaş... Ömrünün hansı çağı idi ki, qətlə yetirildi bu şəhidlər?

İki əsrdir gəldi-gedər dünyanın qəm karvanı öz yolunu “Azərbaycan” adlanan bu tənhalıq səhrasından nə üçün saldı. “Xalqın faciəsi”, “Millətin müsibəti” sözlərini qələm də qəhərlə, titrəyə-titrəyə yazır.

Xalqımızın tarixində faciələrlə dolu olan hadisələr çox olub, lakin müəyyən illər keçdikcə, necə deyərlər, ürəyi təmizlikdən kin-küdurəti yeni hadisələrə kimi unudublar. Əlbəttə, bu xalqın müsbət xüsusiyyətidir. Lakin gəlin fikirləşək, faciələr hər ay, hər həftə, hər gün təkrar olunursa, buna müsbət hal demək olarmı?

Azərbaycan xalqının milli suverenliyi təmin edildiyi vaxtdan indiyədək ağrılı-acılı yolda akademiyamızın tələbələrinin vətənpərvərlik təşəbbüsü diqqqətə layiqdir. Akademiyamızda aparılan ictimai-faydalı işlər nəticə etibarilə tələbələrdə zəhmətsevərlik, vətənpərvərlik və həyatda öz yerini tanımaq kimi keyfiyyətlər tərbiyə edir.

1990-cı il yanvarın 20-də Sovet imperiyasının respublikamıza xaincəsinə qəfil hücumu Azərbaycanın dinc əməyini pozdu. İntiqama, şəhidləri amallarını yaşatmağa, azadlığa, torpaqlarımızın bütövlüyünə and içdik. Bu vəhşiliyi heç cür, heç bir vəchlə bağışlaya bilmərik, Sonra erməni işğalçıları tərəfindən Kərgicahan dağıdıldı, Malıbəyli, Meşəli viran qoyuldu. Azərbaycan xalqı, elan olunmamış müharibəyə, Vətəni müdafiəyə qalxdı. Müharibənin ilk günlərindən akademiyamızın nəzdində yaradılmış «Qarabağ» qərargahına 300-dən artıq ərizə gəlmişdi. Akademiyamızın tələbələrinin vətənpərvərlik tərbiyəsi həmişə diqqət mərkəzində olmuşdur. Dağlıq Qarabağda, eləcə də sərhəd rayonlarında erməni quldur dəstələrinin törətdiyi cinayətlərə akademiyamızda oxuyan tələbələr dözməyib cəbhəyə yollandılar. Tələbə döyüşçülərimiz cəbhələrdə böyük igidlik və şücaət göstərmişlər. Təkcə Laçın rayonunun müdafiəsində 30-dan artıq idmançı döyüşçülərimiz vuruşurdu. Tələbələrimizin döyüş nöqtələrində göstərdikləri şücaətlərinə görə «N» saylı hərbi hissənin komandiri tərəfindən rektorluğun adına çoxlu teleqram və məktublar alınmışdır. Onlardan birini olduğu kimi oxuculara çatdırırıq. Həmin məktubda deyilir:

Azərbaycan Dövlər Bədən Tərbiyəsi İnstitutunun rektoru A.Q.Əbiyev yoldaşa

Kəlbəcər rayonunda yerləşən 809 nömrəli hərbi hissəyə Vətəni qorumaq üçün göndərdiyiniz, Sizin institutun yüngül atletika fakültəsinin II kurs tələbəsi Adil Əli oğlu Abdullayev gəldiyi gündən bu günədək öz bacarığı, intizamı, döyüş texnikasına və taktikasına yiyələnmək sahəsində yoldaşlarına nümunə olmuş, əsgərlərin hərbi qaydalara riayət etməsində, onların fiziki hazırlıqlarının yaxşılaşdırılması sahəsində, institutda əldə etdiyi biliyini əyani sürətdə göstərməklə hərbi hissənin zabitlərinin işinə çox böyük köməkdarlıq göstərmişdir.

A.Abdullayev kimi gənclərin təlim-tərbiyəsi və onların hərbi-vətənpərvər kimi yetişməsində sizin rəhbərlik etdiyiniz institut kollektivinin professor, müəllim heyətinə, ictimai təşkilatlarına öz dərin minnətdarlığımızı bildirməklə, Azərbaycan xalqına layiq gənclərin yetişdirilməsində sizə bundan sonra da müvəffəqiyyətlər arzulayırıq.

“N” saylı hərbi hissənin komandiri, kapitan Süleymanov A.Y
Cəbhə döyüşçülərin gözü ilə


ADBTİ-nin tələbələri tədris ilinin müxtəlif vaxtlarında instituta gəlir, müəllimlərdən məsləhətlər alır və cəbhədə gördüklərindən yoldaşlarına, müəllimlərə məlumat verirlər.

- Rizvan Həsənov: Şuşadakı Milli Müdafiə Batalyonunda xidmət edirdim. Dəstəmiz Hacıyurdu meşəsində ermənilərin Kərkicahan ətrafındakı postlardan hücumlarının qarşısını almalı idi. Döyüş taktikasının zəifliyindən bir gündə 8 nəfər döyüşçümüz qətlə yetirilirdi. Növbəti gün hərbi komandada mövqe düzgün seçildiyindən, 2 nəfərimiz yaralansa da, düşməni xeyli itki ilə Kərkicahanın 3 kilometrliyinə kimi geri qaytardıq...

-Hikmət Nəsirov, Mehman Quliyev: Xocavənd rayonunda Muğanlı, Qaraçux, Əmrallar kəndlərinin müdafiəsi uğrunda döyüşürdük. Ermənilərin dağın başında yerləşən Qara kəndindən hər gün üstümüzə topdan, kristal və “qrad” tipli silahlardan od ələnirdi. Bu üç kəndin isə bir ədəd zirehli maşını vardı. Ərzaq da çatışmırdı. Həkimə ehtiyacı olanlar rayon mərkəzinə getməli idilər. Dəfələrlə bizə kömək edilməsi üçün müraciət etmişdik. Səsimizi eşidən olmurdu. İmkansız kənd camaatı köçüb qaçırdı...

- Ələskər Kamalov, Adil Abdullayev, Ceyhun Bayramov, Şirin Əhmədov, Baba Babayev:Kəlbəcər rayon Milli Müdafiə Ordusunda iştirak edirdik. Bardenis rayonunun Şorca, Qaraqoyunlu, Ağkilsə kəndlərindən hücuma keçən quldurlarla vuruşurduq. Ağdaban faciəsi zamanı zirehli maşın olmadığından kəndə girə bilmədik. İkinci gün isə artıq girovlar aparılmışdı.

- Babək Kazımov, Bəykişi Atakişiyev: Qubadlı rayonunda hərəmiz bir dəstədə döyüşürdük. Düşmənə qarşı ölüm-dirim mübarizəsi gedirdi...

- Bəhruz Cabbarov: Mən doğulub, boya, başa çatdığım Gədəbəyin Şınıx bölgəsindən çətinliklə gedib çıxdım. Ermənilərin Baş kəndə topladıqları ağır texnikanı görüb dəhşətə gəldim... Lakin bu, torpağın hər qarışı uğrunda mübarizə aparan gəncləri qorxuda bilməzdi. Biz bir şeyi çox gözəl bilirdik ki, Azərbaycan bu müharibədə qələbə çalacaq. Çünki hər gecənin bir parlaq səhəri var. Biz nə qədər itki versək də qələbəmizə böyük inamımız var. Biz tələbə gəncləri yenilməz edən də bu inamdır.

Vətənin müdafiəsi yolunda yaralanan tələbə və məzunlarımızdan Allahverdi Əliyev, Şakir Əhmədov, Qafqaz Əhmədov Şünasi Babayev, Rafiq Zülfüqarov, Sərvər Mövsümov, Şahin Quliyev, Böyükkişi Atakişiyev, Baba Babayev, Şaiq Hüseynov və başqaları müalicə olunub sağladıqdan sonra yenə cəbhəyə qayıtmışlar.

Qarabağın dağlıq hissəsində qəhrəmancasına həlak olanların şərəfinə akademiyada xatirə abidəsi qoyulmuşdur.

Qarabağın dağlıq hissəsində baş verən hadisələrdə igidlik, şücaətlik və vətənpərvərlik göstərdiklərinə görə iki məzunumuz Milli Qəhrəman (Əliyar Əliyev və İlqar İsmayılov), 33 tələbə və məzunumuz torpaq uğrunda şəhid olmuşdur.

Akademiyanın Milli qəhrəmanlarının və idmançı şəhidlərin xatirəsinə həsr olunan stend

Xalqımızın ümummilli lideri Heydər Əliyev beynəlmiləlçi gənclərlə görüşdə xalqa müraciətində demişdir: "Lazımi qaydada müharibə edə bilmək üçün möhkəm və mütəşəkkil arxa lazımdır. Ön cəbhə ilə arxa cəbhənin vəhdəti, xalqın öz xilaskarına maddi və mənəvi qələbənin qazanılmasında mühüm rol oynayır".

Qarabağda və Ermənistanın həmsərhəd rayonlarında vuruşan təbələrimizlə əlaqəmiz möhkəm olsun deyə akademiyada "Qarabağ" qərərgahı yaradılmışdır. Qərargaha akademiyanın professoru Dilqəm Quliyev rəhbərlik edirdi.

Azərbaycanlıların ermənilər tərəfindən işğal olunmuş və cəbhə xəttinə yaxın olan rayonlarının başqa yerə köçürülən əhalisi üçün çox ağır vəziyyət yaranmışdır. Minlərlə adamı yeni rayonlarda yerləşdirmək, onları ərzaq, yanacaq və işlə təmin etmək lazım idi. Bakının Nərimanov rayonunun İcra hakimiyyətinin rəhbərliyi altında ADBTİA-nın kollektivi qısa müddətdə Kəlbəcər və Füzulidən qovulmuş köçkünləri qəbul edib, onlara müvəqqəti sığınacaq vermək üçün ciddi tədbirlər görürdü. Akademiyanın 9 mərtəbəli yataqxanası köçkünlərin xidmətinə verildi. Habelə akademiyamızın tələbələri M.Mirqasımov adına 1 nömrəli respublika klinik xəstəxanasından 31 nəfər kimsəsiz uşağın, göz xəstəlikləri institutundan isə 7 xəstənin müalicəsini öz üzərlərinə götürmüş (Xocalı soyqrımı sakinləri), Kəlbəcərdəki yerli batalyona 37 min manatlıq yardım etmişlər. Akademiyanın nəzdində yaradılmış "Qarabağ" qərərgahı heyətinin təşəbbüsü ilə 1990-1992-ci illərdə bir qrup tələbə üç ay ərzində Xocalı, Şuşa, Ağdam və başqa rayonların məktəblərində bədən tərbiyəsi müəllimlərinə kömək etmişlər. Tələbələrimiz Bakı şəhərinin 196 nömrəli qanköçürmə məntəqəsində və süd kombinatında yaralılar üçün qan vermişlər.

Akademiyada yaradılmış qərargahın rəhbərliyi ilə tələbə-gənclərimizdə vətənpərvərlik hisslərinin oyadılması, azərbaycançılıq ideologiyasının yüksəldilməsi, bu sahədə dəyirmi masalar, görüşlər, konfranslar, intelektual və simulyasiya oyunları təşkil olunurdu.

Qarabağın dağlıq hissəsində baş verən hadisələrdə igidlik, şücaətlik və vətənpərvərlik göstərdiklərinə görə tələbə və məzunlarımız torpaq uğrunda şəhid olmuş idmançıların adlarını əbədləşdirmək üçün ixtisaslar üzrə idman turnirləri keçirmişlər.

Qarabağa aid bir sıra tədbirlər keçirilmişdir. Məsələn, “Qarabağ harayı” adlı daimi sərgi təşkil edilmişdir; “Qarabağ uğrunda qələbəyə doğru!” devizi altında atıcılıq yarışı keçirilmişdir. "Hər birimiz Vətən üçün bir əsgərik" devizi altında kütləvi vətənpərvərlik mərasimi keçirilmişdir. Qarabağ adlı metodik və biblioqrafik vəsaitlər hazırlanmışdır və s.

Torpaqlarımızda gedən müharibə şəraitində yaralanmış və şəhid olan tələbə və məzunların ailələrinə qayğı göstərərək, şəhidlərin ruhuna hörmət əlaməti olaraq və onların adlarını əbədləşdirmək məqsədi ilə vətənpərvərlik nümunəsi göstərərək "Şəhid idmançılar" kitabını yazmaq üçün qarşıma məqsəd qoydum. "Şəhid idmançılar” kitabının yaranmasının maraqlı tarixi vardır. Xeyli götür-qoydan sonra bu qənaətə gəldim ki, Azərbaycan xalqının milli suverenliyi çiçəklənməyə başladığı vaxtdan indiyədək keçdiyi ağrılı-acılı yolda şəhid idmançılarımız haqqında kitabı yazmaqla həm tariximizin unudulmuş səhifələrinə yenidən nəzər sala bilər, həm də bu gün Respublikamızda baş verən hadisələrə öz münasibətimi daha aydın bildirə bilərəm. Bundan əlavə, Azərbaycanımızın suveren hüquqları uğrunda şəhid olmuş Vətən övladlarını heç zaman unutmayacaq, onların müqəddəs xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır. Bu qənaət mənə qarşıya qoyduğum hər üç suala cavab tapmaq imkanı yaratdı. Mənim də gücüm bu yazılara çatdı.

Akademiyanın şəhid tələbələri haqqında çoxdan yazmaq istəyirdim. Amma nəsə alınmırdı. Elə bil hansısa qüvvə mənə mane olurdu. Bilirsiniz, hər bir insanın özünütənqid və özünümühakimə formaları vardır. Bununla insan özünü görmək istədiyi hansısa bir iş üzərində kökləmiş olur. Etiraf edim ki, bu proses mənə özüm haqqında, gördüyüm iş haqqında tənqidi yanaşma etibarı ilə yazılmış məktubla başa gəlir. Gördüm ki, məndə kitabı yazmaqla bağlı heç nə alınmır, oturdum özüm-özümə tənqidi məktub yazdım. Bu məktubumla özümü hər şeydən məhrum etdim: İşlədiyim idman akademiyasında qalırdım, evə getmədim, şəhərə çıxmadım, kiminləsə görüşmədim. Mən özümü hətta çaydan-çörəkdən də məhrum etmişdim. Bax, "Şəhid idmançılar” kitabı belə yarandı. 1995-ci ildə yazılan bu kitab vətənpərvərlik mövzusunda qələmə aldığım ilk kitablardandır. Bundan başqa, "Tələbə-gənclərin hərbi vətənpərvərlik tərbiyəsi” (1996), "XX əsrin qan yaddaşı” (1998), "Tələbə-gənclərin vətənpərvərlik və hərbi-fiziki tərbiyəsinin təşkili” (2007), "İlqar İsmayılovun şəhidlik zirvəsi -50” və başqa kitabların müəllifiyəm.

Vətənpərvərlik mövzusunda yazılan "Xocalım, sağalmaz yaram mənim” (2013) kitabı Etibar Quliyev və Aytən Quliyevanın birgə müəllifliyi ilə ərsəyə gəlib. "Azərbaycan və Anadolu türklərinə qarşı soyqırım” (2013) kitabında isə mənfur qonşularımızın Azərbaycan və Anadolu türklərinə qarşı həyata keçirdikləri soyqırım siyasətindən söhbət açılır.

Bu günlərdə ön cəbhədə üçtərəfli atəşkəs müqaviləsi imzalanıb. Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Bu günləri biz həyatımızın ən mənalı, ən sevincli günləri hesab edirik. Gün o gün olsun ki, bütün Qarabağda bayrağımız dalğanansın.

Bu Vətən müharibəsində Azərbaycan ordusu qalib gəldi, Zəfər haqqın tərəfində oldu. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dediyi kimi “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

Dilqəm Quliyev,
pedaqogika üzrə elmlər doktoru, professor



Mövzuya aid fotolar:
Slayd Əvvəlki Sonrakı Son
Xəbər 902 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
10.10.2021 Astarada şəhid Arif Qeybiyevin xatirəsinə həsr olunmuş atletika üzrə birinci respublika yarışı keçirilir
30.03.2021 Vətən müharibəsində şəhid olmuş idmançıların adları açıqlanıb
17.03.2021 Şəhid Orxan Qasımovun xatirəsinə həsr olunmuş onlayn şahmat turnirinin qalibləri məlum olub
04.03.2021 Vətən müharibəsi şəhidi Emil Şamilovun xatirəsinə həsr olunan turnirin qalibləri mükafatlandırılıb
02.03.2021 Şəhid kapitan Rəşad Abdullayevin xatirəsinə həsr olunmuş onlayn şahmat turniri keçirilib
23.02.2021 Şəhid Emil Şamilovun xatirəsinə həsr olunan şahmat turniri təşkil ediləcək
23.02.2021 Bu gün şəhid idmançı Muxtar Qasımlının doğum günüdür
15.02.2021 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında olublar
10.02.2021 Şəhid idmançıların ailələri ilə görüş keçirilib
15.01.2021 Prezident İlham Əliyev Füzuli rayonunda Füzuli-Şuşa yolunun və hava limanının təməllərini qoyub, Şuşa şəhərində səfərdə olub YENİLƏNİB


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru