Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
28/03 | 11:06 Azərbaycanın daha 4 boksçusu Bakıdakı beynəlxalq turnirin finalına vəsiqə qazanıb
27/03 | 17:44 Azərbaycanın qadınlardan ibarət boks millisi Bakıdakı beynəlxalq turniri 9 medalla başa vurub
27/03 | 14:40 Azərbaycanın 5 ağırlıqqaldıranı Dünya Kubokunda çıxış edəcək
27/03 | 10:41 Minifutbol çempionatı: “Zirə” növbəti qələbəsini qazanıb
27/03 | 09:59 Azərbaycanın 2 boksçusu "Böyük İpək Yolu"nda bürünc medal qazanıb
26/03 | 22:36 Azərbaycan Kuboku: "Neftçi" qrup lideri kimi yarımfinala yüksəlib
26/03 | 16:40 Azərbaycanın iki qadın boksçusu Bakıdakı turnirdə finala vəsiqə qazanıb
26/03 | 15:39 Azərbaycan avarçəkəni İtaliyadakı turnirdə gümüş medal qazanıb
26/03 | 10:36 AVRO-2024-ə vəsiqə qazanacaq sonuncu komandalar müəyyənləşəcək
26/03 | 09:37 Azərbaycanın U-21 millisi bu gün Ukraynanı qəbul edəcək
25/03 | 22:00 Azərbaycan millisi Bolqarıstan yığması ilə heç-heçə edib
25/03 | 14:21 Azərbaycanın bədii gimnastı Qazaxıstanda bürünc medal qazanıb
25/03 | 13:32 Azərbaycanın daha bir gimnastı Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
25/03 | 11:43 Azərbaycan voleybol çempionatı: XVIII turun proqramı açıqlanıb
25/03 | 10:24 Azərbaycanın üç boksçusu Bakıdakı turnirə qələbə ilə başlayıb
24/03 | 20:25 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"ni 4 medalla başa vurublar
24/03 | 17:26 Azərbaycan gimnastları Portuqaliyada gümüş medal qazanıblar
24/03 | 15:57 Bakıda "Böyük İpək Yolu" turnirinin açılış mərasimi keçirilib
24/03 | 13:19 Azərbaycanın basketbol millisi Gürcüstanda daha iki qələbə qazanıb
24/03 | 10:31 Azərbaycanın daha bir atıcısı Almaniyada beynəlxalq turnirdə qızıl medal qazanıb
23/03 | 20:42 Azərbaycan atıcısı Almaniyada beynəlxalq turnirdə qızıl medal qazanıb
23/03 | 16:34 Bakıda 11 ölkənin iştirakı ilə “Böyük İpək Yolu” turniri keçiriləcək
23/03 | 14:55 Azərbaycan gimnastları Qazaxıstanda keçirilən turnirdə 6 medal qazanıblar
22/03 | 19:37 “Böyük Dəbilqə”: Azərbaycan cüdoçuları ilk gündə 2 medal qazanıblar
22/03 | 11:27 Azərbaycan tamblinq millisi beynəlxalq turnirdə birinci yeri tutub
22/03 | 11:15 Göygöldə həndbol üzrə Azərbaycan birinciliyinin zona yarışlarına start verilib
22/03 | 10:59 Azərbaycan paraatletika millisi Qran-pridə çıxış edəcək
22/03 | 10:11 Azərbaycanın U-21 yığması bu gün İngiltərə ilə qarşılaşacaq
22/03 | 09:37 Azərbaycan futbol millisi bu gün Monqolustanla üz-üzə gələcək
21/03 | 21:34 "Qarabağ"ın U-14 komandası Minskdə keçirilən turnirdə çempion olub
21/03 | 18:38 Fərid Fərhadzadə Madriddə Dünya Triatlon İttifaqının rəsmiləri ilə görüşüb
21/03 | 17:29 Azərbaycan stolüstü tennisçiləri Ankarada beynəlxalq toplanışa qatılıblar
21/03 | 14:31 Azərbaycan Premyer Liqasında XXIX və XXX turun proqramı açıqlanıb
21/03 | 13:30 Bədii gimnastika üzrə 29-cu Azərbaycan çempionatının açılış mərasimi keçirilib
21/03 | 13:28 Azərbaycan gimnastları beynəlxalq turnirdə finala yüksəliblər
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Mirpaşa Miriyev - 100
Tarix: 25.06.2020 | Saat: 08:38:00 | E-mail | Çapa göndər
100 yaşın mübarək, ustad!

“Bəlkə də səhv edirəm, amma mənə elə gəlir ki, Mirpaşa Miriyevin redaktorluğunun misli yoxdur. Nə beynəlxalq jurnalistikada, nə də sovet jurnalistikasında. Mən hələ Azərbaycan jurnalistikasını demirəm" - bu sözləri 1963-87-ci illərdə "İdman" qəzetinin redaktor müavini, 1991-93-cü illərdə isə baş redaktoru işləyən əməkdar jurnalist Aqşin Kazımzadə demişdi.

24 il Mirpaşa müəllimin müavini olmuş A.Kazımzadənin sözləri ustadın fəaliyyətinə verilmiş ən dəqiq qiymətdir.

Mirpaşa Miriyev 1920-ci il iyunun 24-də Bakıda, İçərişəhərdə anadan olub. Bu gün də Bakıda tanınmış təhsil ocaqlarından biri olan 132 saylı məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin qiyabi şöbəsinə daxil olub. "Azərnəşr"də fəaliyyətə başlayan M.Miriyev "Gənc işçi" qəzeti ilə də əməkdaşlıq edərək, qəzetin səhifələrində ilk qələm təcrübələrini nəşr etdirib. Tələbə jurnalistin istedadını, bacarığını görüb, onu redaksiyaya cəlb ediblər.

İkinci dünya müharibəsi dövründə Azərbaycan jurnalistləri qələmi odlu silahla əvəz edəndə redaksiyaların çoxu, o cümlədən "Gənc işçi" qəzeti də fəaliyyətini dayandırmalı olub. Redaksiyanın üç işçisi - redaktor İsrafil Nəzərov, redaktor müavini Böyükağa Həsənov və Mirpaşa Miriyev radio verilişləri komitəsinə, cəbhəyə yollanan işçiləri əvəz etməyə göndəriliblər. Radio komitəsində tanınmiş ziyalılar Adil Əfəndiyev, dramaturq İlyas Əfəndiyev, bəstəkar Səid Rüstəmovla çiyin-çiyinə çalışan M.Miriyev radionun siyasi verilişlər şöbəsinə başçılıq edib.

1947-ci ildə Mirpaşa müəllim "Azərbaycan gəncləri" qəzetinin redaktoru, onunla hələ "Gənc işçi" qəzetindən həmkar Böyükağa Həsənovun dəvəti ilə həmin qəzetdə redaktor müavini vəzifəsində çalışıb. O illər M.Miriyevin yaradıcılığında idman mövzusunda yazılar daha üstünlük təşkil edirdi. Yəqin ki, elə idman mövzusunda püxtələşməyinin, bu sahəyə daha yaxşı bələd olmasının nəticəsi idi ki, 1950-ci ildə M.Miriyev "Azərbaycan bədən tərbiyəçisi" və "Fizkulturnik Azerbaydjana" qəzetlərinə redaktor təyin olunub. Rekord müddətdə - 37 il fasiləsiz olaraq, bu qəzetlərə rəhbərlik edən M.Miriyev bu illər ərzində ölkənin idman həyatını bütün genişliyi ilə əks etdirən, çoxsaylı oxucu kütləsinə malik bir mətbu orqanın yaranmasına nail olub.

1987-ci ildə təqaüdə çıxdıqdan sonra o, "Neftçi" İdman-Sağlamlıq Mərkəzinin sədr müavini vəzifəsində çalışıb.

Müxtəlif mükafatlara, fəxri fərman və diplomlara layiq görülmüş M.Miriyev Respublikanın Əməkdar jurnalisti, Prezident təqaüdçüsü idi.

M.Miriyev "Dəmir qala" (Bakı, 1942-ci il), "Bir zavodun idmançıları" (Bakı, 1953-cü il), "Kənd idmançıları" (Bakı, 1954-cü il), "Çempionlar" (Bakı, 1954-cü il), "Birləşən yollar" (Bakı, 1965-ci il) kitablarının müəllifi olub.

Mirpaşa müəllim 2007-ci il iyunun 12-də, 87 yaşının tamam olmasına 12 gün qalmış aramızdan gedib. Lakin onun əziz xatirəsi daim bizimlədir.

Azərbaycan İdman Jurnalistləri Federasiyası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə bu il M.Miriyevin 100 illiyi ilə bağlı bir sıra tədbirlər planlaşdırsa da, məlum karantin şərtləri səbəbindən bu tədbirləri, hələ ki reallaşdırmaq mümkün olmur. Rekordçu redaktorumuzun 100 illiyi münasibətilə nəşrə hazrladığımız kitab yaxın vaxtlarda çapdan çıxacaq. Eləcə də, onunla bağlı sənədli filmin çəkilişi nəzərdə tutulub. AİJF öz üzvləri arasında, idman mediası mövzusunda yazı müsabiqəsi də elan edib. İnanırıq ki, ümumbəşəri koronavirus bəlası tezliklə aradan qalxacaq və il başa çatmamış Mirpaşa müəllimin anadan olmasının 100-cü ildönümünü təntənə ilə qeyd edə biləcəyik.

İyulun 24-də 100-cü doğum günündə AİJF İdarə Heyəti üzvlərinin iştirakı ilə məzarı üzərinə əklil qoymaq planımızı da ertələməyə məcbur olduq. Amma unutmadıq, unutmarıq, Mirpaşa müəllim! 100 yaşın mübarək ustad!

Qabil Mehdiyev
Əməkdar jurnalist


Xəbər 862 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
23.08.2020 "İdman" onlarsız "İdman" ola bilməzdi
31.07.2020 İdmana məhəbbətlə
20.07.2020 Ruhun şad olsun, qrossmeyster
15.07.2020 Azərbaycan-Kuba idman əlaqələri
11.07.2020 Azərbaycan həndbolunun əfsanələri
07.07.2020 Olimpiya rinqinin ilk azərbaycanlı hakimi
04.07.2020 Onlarsız “İdman” geniş oxucu rəğbəti qazana bilməzdi
30.06.2020 “Olimpiya dünyası”nın xeyir-duası ilə
21.06.2020 46 il əvvəl bu gün
15.06.2020 Çilingərlikdən idman jurnalistikasına


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru