“Şüa” İdman-Sağlamlıq Kompleksində stolüstü tennis üzrə Azərbaycan kuboku yarışları keçirilib.
Birincilikdə 60 idmançı komanda, şəxsi, qoşa və qarışıq qoşa yarışlarında mübarizə aparıb.
Kişilərin komanda yarışlarında “Təhsil-1”, qadınlar arasında isə “Sumqayıt-1” kollektivləri birinci olublar.
Şəxsi yarışlarda Nəzakət Qarayeva, İbrahim Ansari, qoşa yarışlarda Fatimə Cəfərova-Mərziyyə Nurmətova və Nurlan Həsənov-Xəyyam Həşimli qalib olublar. Qarışıq qoşa yarışlarda Emin Məmmədov-Nəzakət Qarayeva ilk pillədə qərarlaşıblar.
Yarışın qaliblərinə diplom, kubok və hədiyyələr təqdim edilib.
|