Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
19/04 | 10:32 Azərbaycan Premyer Liqasında tura Tovuzda start veriləcək
18/04 | 14:22 Azərbaycan şahmatçıları Avropa çempionatında iştirak edəcəklər
18/04 | 14:21 Azərbaycanlı hakim Paralimpiadanın cüdo yarışlarına dəvət alıb
18/04 | 11:39 Azərbaycan millisinin kapitanı Macarıstan çempionu olub
18/04 | 10:47 Azərbaycanın U-17 millisi İnkişaf turnirində iştirak edəcək
18/04 | 10:16 Azərbaycan cüdo millisinin Polşa toplanışı başa çatıb
18/04 | 09:17 Azərbaycan gimnastları Dünya Kubokunda finala yüksəliblər
17/04 | 20:34 Qadın voleybolçular arasında Azərbaycan çempionatında ilk finalçı bəlli olub
17/04 | 18:32 17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək
17/04 | 16:48 Azərbaycan voleybol çempionatında ilk finalçı müəyyənləşib
17/04 | 15:36 Azərbaycanın güləş yığmaları Avropa çempionatına hazırlaşır
17/04 | 12:40 İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçiriləcək
17/04 | 11:49 Azərbaycan bilyardçısı Avropa çempionu olub
17/04 | 11:18 Azərbaycanın gənc avarçəkənləri Türkiyədə turnirə qatılacaqlar
17/04 | 10:17 Azərbaycan stolüstü tennisçiləri “Türk Dövlətləri” beynəlxalq turnirində mükafat qazanıblar
17/04 | 09:44 Fərid Qayıbov ABŞ-də azərbaycanlı idmançılar və tələbələrlə görüşüb
16/04 | 18:05 AFFA-nın təşəbbüsü ilə UEFA proqramı çərçivəsində futzal turniri keçirilir
16/04 | 17:23 Azərbaycan voleybol çempionatı: yarımfinal mərhələsinin daha bir oyunu keçirilib
16/04 | 15:29 Azərbaycan Premyer Liqası: "Qarabağ” – “Neftçi” görüşünün başlama saatı bəlli olub
16/04 | 13:42 Paytaxtın abad məhəllələrində minifutbol yarışlarına start verilib
16/04 | 12:57 Azərbaycanın 5 gimnastı Çexiyada beynəlxalq turnirdə iştirak edəcək
16/04 | 11:25 Olimpiadaya lisenziya qazanan Azərbaycanın 3x3 basketbol millisi Vətənə dönüb
16/04 | 09:23 Azərbaycanın futzal millisi bu gün növbəti yoldaşlıq oyununu keçirəcək
15/04 | 19:25 Azərbaycanlı Mərakeşin ən yüksək zirvəsini fəth edib
15/04 | 15:50 “Sabah” ardıcıl iki oyunda "Qarabağ"a üç qol vurmaqla tarixə düşüb
15/04 | 15:08 Azərbaycanın altı idman gimnastı Dünya Kubokunda iştirak edəcək
15/04 | 12:53 Azərbaycan taekvondoçuları Serbiyada iki medal qazanıblar
15/04 | 12:01 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib
15/04 | 11:49 Azərbaycan para-badmintonçuları İspaniyada beynəlxalq turnirdə iştirak edəcəklər
15/04 | 11:25 Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı keçiriləcək
15/04 | 10:37 Azərbaycan çempionatında 4-cü turun partiyaları keçirilib, vahid lider bəlli olub
15/04 | 09:49 Azərbaycan gimnastları beynəlxalq turnirdə 7 qızıl medal qazanıblar
14/04 | 22:10 Cüdo üzrə Bakı kəndləri birinciliyi keçirilib
14/04 | 21:32 Azərbaycan cüdoçuları Berlindəki Avropa Kubokunda birinci yeri tutub
14/04 | 20:14 Azərbaycan boksçuları Avropa çempionatını iki qızıl medalla başa vurub
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Cəmilə Səttarova: İdman xoşbəxtlik və mədəniyyətdir
Tarix: 27.03.2011 | Saat: 11:09:00 | E-mail | Çapa göndər
Həyat mübarizədir - ancaq bu, artıq, təbiət elmlərinin öyrətdiyi mübarizə deyil. Bəşəriyyət inkişafının elə bir dövründədir ki, təbiətlə mübarizə, sonrakı dövrlərdə Sparta həyat tərzi, quldarlıq, təhkimçilik, asılılıq anlayışlarının insan cəmiyyətindəki təsir qüvvəsi köklü surətdə dəyişib. İndi nəinki dil, din və irqindən, həm də fiziki imkanları və sosial mövqeyindən asılı olmayaraq, insanın yaşamaq və işləmək hüquqları əsas götürülür. Bu mənada artıq yaşı yüzillərlə ölçülməyə başlamış həmkarlar hərəkatının tarixi rolu və elə indi də işçilərin hüquqlarının qoruyucusu kimi öncüllüyü danılmazdır. Hərəkatın böyüyərək şaxələnməsi, müxtəlif peşə sahiblərini ətrafında cəmləməyə başlayan qollarının yaranması onun qazandığı nüfuz və cəmiyyətdəki mövqeyinin əyani nümunəsidir. Bunlar, sözsüz, hərəkatın insanların əmək, sosial və iqtisadi hüquqlarını, qanuni mənafelərini müdafiə etməsi ilə bağlıdır.

Bədən tərbiyəsi və idman ictimaiyyətinin tribunası olan "İdman" qəzeti də iki ildən artıqdır ki, Mədəniyyət İşçilərinin Müstəqil Həmkarlar İttifaqının (MİMHİ) sıralarında addımlayır. Kollektiv bu müddət ərzində təşkilatın respublika komitəsi ilə sıx əməkdaşlıq edir və əmək kollektivi bunun bəhrəsini də görür. Yeni ilə mədəniyyət işçilərinin həmkarlar hərəkatı bir sıra yeniliklərlə qədəm qoyur. Həm bu barədə, həm də geniş oxucu kütləsi, bədən tərbiyəsi və idman ictimaiyyəti üçün bu təşkilatın əhəmiyyəti, onun cəmiyyətdəki rolu və məqsədləri, eləcə də görülən işlərlə bağlı MİMHİ Respublika Komitəsinin sədri Cəmilə SƏTTAROVA ilə görüşdük. Ona ilk sualımız da elə bədən tərbiyəsi və idmanın mədəniyyətin bir qanadı kimi təmsil olunmasına münasibəti ilə bağlı oldu. Cavab da maraqlıdır:

- Bu, çox maraqlı məsələdir və kimlərəsə qəribə də gələ bilər. Söz vaxtına çəkər, bu yaxınlarda bədən tərbiyəsi və idman veteranları ilə görüş keçirmişik. Çox maraqlı fikir mübadiləmiz oldu. Söhbət əsnasında onlardan "təşkilatımızın adını bir qədər genişdləndirib, mədəniyyətlə yanaşı, ona idman və bu sıraya daxil olan digər sahələri də əlavə etsək, necə olar" deyə soruşdum. Cavab mənə çox xoş gəldi - açıq bildirdilər ki, bu fikirdən uzaq olaq: çünki idman elə mədəniyyətin bir sahəsi, bir qoludur. Həqiqətən, bu fikirlə razılaşmamaq olmur. Axı, mədəniyyət çox geniş məna yükü olan və şaxəli bir anlayışdır. Yəqin hər birimiz tez-tez məclislərdə oluruq. İnsanların bəzən rəqs etməyi bacarmaması onun məclisdə özünü rahat hiss etməməsinə səbəb olur. Amma insan yaxşı rəqs edəndə, ovqatı da yüksək olur, yaxşı dincəlir, üstəlik, məclisə də şənlik gətirir. Rəqsi söz xatirinə misal çəkmədim. Bu da bir idman növüdür. Götürək yallımızı. Onun sədaları insana şuxluq, şahanəlik gətirir, ovqat açılır, qədd-qamət düzəlir. Bu, birlik, vəhdət, mübarizlik rəqsidir. Elə bunun özü idmanla mədəniyyətin bir-birinə ayrılmaz tellərlə bağlı olmasını əyani göstərir. Fiziki sağlam olmayan insan buna qadir ola bilməz. Bədən tərbiyəsi və idman da hərtərəfli inkişaf etmiş insanın mədəniyyətinin tərkib hissəsidir. O, insanı möhkəmlədir, iradəsini gücləndirir, tərbiyəsini artırır.

- "Sağlam bədəndə sağlam ruh olar" prinsipi də elə bu fikrə qüvvət verir.

- Fiziki cəhətdən sağlam insanlar həmişə yüksək mədəniyyəti, intellekti ilə seçiliblər, ən əsası, həmişə nikbin, iradəli olublar. İdmanla məşğul olmaq sağlamlıqdır, xoşbəxtlikdir, mədəniyyətdir. O, yaşından asılı olmayaraq, hər bir insanı həm zahirən, həm də mənəvi cəhətdən gözəl edir; onun həm fiziki, həm də psixoloji cəhətdən üstün bir fərd kimi yetişməsinə, cəmiyyətdə daim seçilməsinə, şəxsiyyət kimi formalaşmasına səbəb olur. Nənəmin məşhur bir sözü yadıma düşür - atalar məsəlinə uyğun deyərdi: hərəkət insanın cövhəridir. Demirəm ki, hamımız olimpiya və dünya çempionları olmalıyıq. Əlbəttə, ölkə bayrağını yüksəldib, himnimizi səsləndirənlər fəxrlərimizdir. Lakin yaşadığımız cəmiyyətdə gözəl, sağlam insanları görmək mütləq inkişafa, nikbinlər ordusu ölkənin də rifahına səbəb olur. Əlbəttə, belə insanların da öz qayğıları olur. Ona görə də idmançılar, həvəskarlar, məşqçilər və müəllimlərlə ünsiyyətimiz çox olur və sözsüz ki, onların qayğıları da bizim gündəlik işimizin tərkib hissəsidir. Axı, hər necə olsa da, onlar Vətən üçün bəzən bir ordu qədər iş görür, onun gələcəyini təmin edirlər.

- Hərdən idmanın həmkarlar hərəkatı ilə qoşa addımlamasından da danışırlar. Bu fikirlə bağlı Siz nə deyərdiniz?

- Bədən tərbiyəsi və idman həmkarlar hərəkatı yarandığı dövrlərdən mədəniyyət sahəsinin tərkib hissəsi olub. Bu ənənə Sovet İttifaqı dövründə, sonradan ölkəmiz müstəqillik qazandığı illərdə də belə olub. Ümumiyyətlə, biz idmanla və idmançılarla bağlı hökumətin siyasətini əl-ələ verib həyata keçirməyə həmişə hazırıq. Gənclər və İdman Nazirliyi də ilk gündən bizimlə birgə işləyib və ötən dövrdə keçilən yol çox əlamətdar olub. Bu dövrdə idmanda böyük nailiyyətlər əldə olunub və ona cəlb edilən gənclərin sayı xeyli artıb, çempionlar nəsli yetişib. Ölkəmizin baryağı oimpiya oyunları kimi ən nəhəng idman bayramında daim ucalır. Azərbaycan ən mötəbər idman yarışlarının keçirildiyi məkana çevrilib. İdmanımızın çiçəklənməsini görmək, əlbəttə, çox xoşdur.

- Təşkilatın yaşı bir əsri ötüb, ikinci yüzülliyinin ilk onilliyini də yarılayıb. Ötən dövrə nəzər salanda, görülən işlər də çox olub.

- Çapçıların həmkarlar hərəkatının formalaşması ilə həyata vəsiqə
qazanmış təşkilatımız 105 ildən artıqdır ki, fəaliyyət göstərir. Bir qədər sonra mədəniyyətin başqa peşələrinin təmsilçiləri də çapçılara qoşuldular. Azərbaycan həmkarlar hərəkatı çoxşaxəlidir və bu sahələr birləşərək, konfederasiyada cəmləşir. Bu isə hər bir təşkilatın özünəmxsusluğunu qorumaqla, ümumi məsələləri birgə həll etməyə imkan verir. Konfederasiyanın nailiyyətidir ki, bu gün biz hökumətlə - Nazirlər Kabineti ilə baş saziş imzalayırıq və o, fəaliyyətimizi tənzimləyən əsas sənəddir. Sahələr üzrə, öz payımıza deyə bilərəm ki, bizim Mədəniyyət və Turizm, Gənclər və İdman nazirlikləri ilə, Televiziya və Radio Verilişləri QSC ilə ikitərəfli sazişlərimiz var. Bu sənədlərdə sosial yönümlü məsələlərə böyük önəm verilir. İlk təşikilatlarla kollektiv müqavilələr, rayonlarda, bölgələrdə ərazi müqavilələri bağlanır.

- Qanunvericilik də həmkarlar təşkilatının işinin formalaşmasında böyük rol oynayır.

- Müstəqillik dövrünün ən böyük özəlliyi ondan ibarətdir ki, bu dövrdə çox gözəl qanunvericilik bazası işlənib hazırlandı və fəaliyyətimizi qurarkən, bu möhkəm bazadan istifadə edirik. Əməklə bağlı qanunlarda həmkarlar təşkilatının rolu xüsusi vurğulanır. Fəxrlə deyə bilərəm ki, həm buna, həm də həmkarlar təşkilatının cəmiyyətdəki roluna görə Azərbaycan MDB ölkələri arasında birincilər sırasındadır. Ona görə də fəaliyyətimizin qanuni statusunun olmasını böyük uğur saymaq olar. Bu, dolayısı yolla, dövlətin əməkçiyə, onun hüquq və haqlarına, bir sözlə, insana verdiyi qiymətin göstəricisidir.
Götürək kollektiv müqaviləni. Danışıq yolu ilə qəbul edilən qərarların kollektiv müqavilə imzalandığı andan qanuna çevrilməsi qanunvericilik bazamızın mükəmməlliyidir. Kollektiv müqavilə qanunun güzgüdə görüntüsü deyil, o, sosial məsələlərdə ümumi qanunlardan da üstündür. Çünki həlledici münasibətləri müəyyənləşdirən əsas sənəddir. Məsələn, kollektiv müqavilədə qeyd olunubsa, hər hansı təşkilat və ya müəssisə əldə etdiyi gəliri və ya onun hər hansı bir hissəsini ya mükafat, ya əmək haqqı əlavəsi kimi işçilərə verə, ya da onu sosial yönümlü istiqamtələrə xərcləyə bilər. Bu təsdiqlənibsə, ona imza qoyulubsa, demək, qanun kimi qüvvədədir və heç kəs, heç bir struktur həmin vəsaitin nə üçün belə xərcləndiyinə müdaxilə edə bilməz və ya buna görə müəssisəni hər hansı məsuliyyətə cəlb edə bilməz.

- Bu gün üçün mədəniyyət sahəsində həmkarlar təşkilatının əsas qayğılarını necə xarakterizə edərdiniz?

- Sözsüz ki, bu həyatdır və sosial problemlər heç vaxt əskik olmur, onlar bu və ya digər formada tükənməzdir. Hətta rifahın ən yaxşı olduğu və problemlər gözlənilmədiyi vaxtda da qəfil insanı haqlaya bilər. Belədə həmkarlar təşkilatı onun köməyinə çatır. İstənilən an çarəsiz qalan insanların imdadına çatırıq. İndiyə qədər elə bir hal olmayıb ki, bizə müraciət etmiş hansısa insanı əliboş qaytaraq. Müraciətləri əsas götürsək, xəstəliklə bağlı olanlar çoxluq təşkil edir. Doğrudur, bədən tərbiyəsi və idmanda belə hallar az olur. Lakin onların da özünəməxsus sosial və ya digər məsələlərdə yardıma, dost köməyinə ehtiyacı olur. İmkan dairəsində bu problemlərin həllində kömək etməyə çalışırıq. Müraciətləri rəyasət heyətində müzakirə edir, yeri gəldikdə, müvafiq qurumlara müraciət edir və onun birgə həllinə çalışırıq.

- Yəqin ki, həmkarlar təşkilatının rolunun cəmiyyətə düzgün çatdırılması da vacibdir.

- Fəaliyyətimizin ilkin vacib şərti elə budur - çalışırıq, ilk həmkarlar təşkilatında üzvlər arasında, əsasən də, digər insanlar arasında həmkarlar təşkilatı haqqında düzgün təsəvvür yaradaq. Onları nizamnaməmizlə yaxından tanış edirik. Fəaliyyətmizin mahiyyətini, məzmununu, xarakterini onlara anladırıq. Belədə insanlar təşkilatın onlar üçün nə qədər vacib olduğunu anlayırlar. Devizimiz də bunu deyir - bir olmalıyıq. İnsanlarda birlik, kollektivçilik hissini öz peşələrinə bağlılıq qədər aşılamağa çalışırıq. Buna görə də bağladığımız sazişlərdə kollektiv müqavilələrə böyük önəm verilir. Bu, hüquqların qorunmasına və yarana biləcək problemlərin birgə həllinə yol açır, həm də hamını bərabərhüquqlu edir.

- Bu gün bir təhsil, bir də mədəniyyət sahəsində qadınlar üstünlük təşkil edir...

- Mədəniyyət sahəsində çalışanların əksəriyyəti qadınlardır və cəmiyyətdə onların rolunun artması çox vacibdir. Ona görə də, onlarla bağlı işimizi fəal təşkil etməyə borcluyuq. Ötən əsrin əvvəllərində Azərbaycan qadını fəal həyat tərzinə kütləvi şəkildə məhz mədəniyyət sahəsi ilə gəldi. Hər bir ilk təşkilatda komissiyalarımız fəaliyyət göstərir. Bu gün gender məsələsinə böyük önəm verilir və onun düzgün anlaşılması, təlqin olunması çox vacibdir. Hüquq bərabərliyi bir tərəfin digərindən üstünlüyünə aparmamalıdır və yaxud burada yalnız qadın hüquqları adı altında yalnız onların mənafelərini ifadə etmək doğru deyil. Cəmiyyət, cinsindən asılı olmayaraq, hər bir kəsin hüquq bərabərliyi üzərində qurulmalıdır. Konkret idmanı götürsək, daha çox qadının bədən tərbiyəsi və idmanla məşğul olmasını, müxtəlif sahələrdə kişilərlə bərabər, çiyin-çiyinə çalışmasını prioritet vəzifələrimizdən biri sayırıq. Bu mənada ilk təşkilatlarda böyük işlər görürük.

- İdmanda bu məsələ qabarıq nəzərə çarpır.

- Fikrimcə, günümüzün əsas məsələlərindən və təşkilatımızın qarşısında dayanan önəmli vəzifələrdən biri də qadınların idmana axınını təşkil etməkdir. Bu, cəmiyyətdə sosial ədalətin və genderlə bağlı məsələlərin daha mükəmməl həllinə də səbəb olar. Elə Beynəlxalq Olimpiya Komitəsinin öz yarışlarında, xüsusən olimpiadalarda yalnız kişilərin çıxış etdiyi növlərdə qadınların da bərabər təmsilçilik hüququna çalışması bu prosesin dünyada aynasıdır.

- Bəlkə idmanın Sizin öz və ya ailə həyatınızda rolu ilə bağlı deməyə nəsə sözünüz ola?

- Ailəliklə idman həvəskarıyıq. Hətta deyərdim ki, həyat yoldaşımın sayəsində idman ailəmizin bir parçasıdır. O, musiqiçi olsa da, idmana həddən ziyadə bağlı olan insandır, özü atçılıq federasiyasının vitse-prezidenti olub. İndiyə qədər bu idman növü, xüsusən konkurla məşğul olur. Bundan başqa, onun üzgüçülük və atletikaya da xüsusi meyli var. Bu, sanki irsi bir ənənəyə çevrilib və həyat yoldaşımın bu "xəstəliyi" bütün ailə üzvlərinə keçib. Elə mən özüm də atçılıq yarışlarına gedərkən, istər-istəməz, böyük azarkeşə çevrilirəm. Bir də onu hiss edirəm ki, bütün varlığımla yarış məkanında baş verənlərə aludə olmuşam. Açığı, hər dəfə yarış qurtarandan sonra bu mənə xüsusi ovqat gətirir.

- Özünüz necə, idmanla məşğul olursunuzmu?

- Uşaqlıqda, hələ birinci sinifə gedərkən, gimnastika ilə məşğul olmuşam. Bununla yanaşı, stolüstü tennis də oynamışam. Uşaqkən məhəlləmizdə futbol da oynamışıq - çox şən və mehriban bir dövr idi. Sonradan musiqiyə xüsusi marağım məni idmandan bir qədər uzaqlaşdırdı. Amma o bağlılığı bu günədək də müəyyən qədər qoruyub saxlamışam. Səhər gimnastikası həyatımın ayrılmaz hissəsidir. Elə indinin özündə də qəzet-jurnallardakı idmanla bağlı maraqlı yazılar, ən çox da məsləhətlər dərhal diqqətimi cəlb edir. Bəzən idmanla peşəkar səviyyədə məşğul olmadığıma görə təəssüflənirəm. Bəlkə uzaqlaşmasaydım, böyük nəticələrim də olardı.

- Siz elə bir zamanda böyüyüb başa çatmısınız ki, idman hər bir yeniyetmənin həyatına daxil olanda, o özünü bir neçə növdə sınayırdı.

- Həqiqətən də, Sovetlər dövrundə insanlar idmanla həm çox yaxından, həm də fərqli-fərqli növlərlə maraqlanır, dərnəklərə yazılırdılar. Ola bilər ki, indi texnikanın inkişafı, texnoloji innovasiyalar dövrü bu vərdişləri bir qədər səngidib. Lakin çox şadam ki, ölkəmizin hər yerində böyük idman qurğuları inşa olunur və hər bir uşaq, yeniyetmə, gənc bu imkanlardan istifadə edə bilər. Bəlkə də bu onların peşəkar qərar verməsinə təkan verən amilə çevriləcək. O vaxtlar idmanla məşğul olmaq üçün elə bir şəraitimiz yox idi, yalnız həvəs və istək var idi. İndi isə dövlətin yaratdığı bu fürsətdən istifadə edib, yeni nəsilləri idmana daha çox bağlamalıyıq. İdman bununla cəmiyyətin ümumi inkişafında da böyük qüvvəyə çevrilir. O, hətta ailədaxili münasibətləri də möhkəmləndirmək qüdrətinə malikdir. Bu mənada, idman nəşrlərinin, xüsusən böyük ənənələr məktəbi olan "İdman" qəzetinin də öz təsir imkanları ola bilər.

- Təkliflərinizi eşitmək maraqlı olardı?

- Çox istərdim ki, qəzetinizdə, sadəcə, idman hadisələrinin xronikası, xəbərlər deyil, insan üçün çox vacib olan bir aləmin digər sahələrini, xüsusən də idman təbabəti və maraq dünyası ilə bağlı məqalələrə də diqqət ayırasınız. Məsələn, cavanlara, qocalara, validenylərə məsələhətlər rubrikasına bu gun çox böyük ehtiyac var. Özü də, məncə, məqalələr elə sərlövhəsindən diqqəti cəlb etməlidir və bu onu yazan insanın intellektual düşüncə tərzini əyani nümayiş etdirməklə yanaşı, həm də yazını daha maraqla oxumağa sövq edər. Bir növ, jurnalist öz qələmi ilə elə ilk kəlmədən özünü tanıtmalıdır.

- Maraqlı müsahibəyə görə təşəkkür edirik.

Söhbət etdi: BATI YAR


Xəbər 5914 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
13.01.2016 Azad Rəhimov: “2015-ci ildə Azərbaycan idman tarixinin ən parlaq səhifəsi yazıldı” - MÜSAHİBƏ
22.12.2015 Pərviz Bağırov: “Hər bir idmançı sona qədər “qızıl”ı düşünməlidir”
20.11.2015 “Lisenziyanı Braziliyada qızıl medalla əvəzləmək istəyirəm” - MÜSAHİBƏ
05.11.2015 İlahə Qasımova: “Uşaqlıqda paqonlu qız olmaq istəmişəm” - MÜSAHİBƏ
17.09.2012 “Qalibin kimliyini qabaqcadan nə Platini, nə də başqa kimsə bilir”
13.12.2011 Raqif Abbasov: Bu il paytaxt idmançıları üçün məhsuldar olub
01.12.2011 Murad Fərzəliyev: "Qazanılan etimadı qoruyub saxlamalıyıq”
14.10.2011 Raqif Abbasov: “Ümumilikdə götürdükdə, nəticələr qənaətbəxşdir”
14.10.2011 Əjdər Cəfərov: «Ötən aylar ərzində güləşçilərimiz böyük nailiyyətlər əldə ediblər»
25.06.2011 Dmitri Marşin: “Bu hələ başlanğıcdır”


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru