Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
19/04 | 10:32 Azərbaycan Premyer Liqasında tura Tovuzda start veriləcək
18/04 | 14:22 Azərbaycan şahmatçıları Avropa çempionatında iştirak edəcəklər
18/04 | 14:21 Azərbaycanlı hakim Paralimpiadanın cüdo yarışlarına dəvət alıb
18/04 | 11:39 Azərbaycan millisinin kapitanı Macarıstan çempionu olub
18/04 | 10:47 Azərbaycanın U-17 millisi İnkişaf turnirində iştirak edəcək
18/04 | 10:16 Azərbaycan cüdo millisinin Polşa toplanışı başa çatıb
18/04 | 09:17 Azərbaycan gimnastları Dünya Kubokunda finala yüksəliblər
17/04 | 20:34 Qadın voleybolçular arasında Azərbaycan çempionatında ilk finalçı bəlli olub
17/04 | 18:32 17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək
17/04 | 16:48 Azərbaycan voleybol çempionatında ilk finalçı müəyyənləşib
17/04 | 15:36 Azərbaycanın güləş yığmaları Avropa çempionatına hazırlaşır
17/04 | 12:40 İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçiriləcək
17/04 | 11:49 Azərbaycan bilyardçısı Avropa çempionu olub
17/04 | 11:18 Azərbaycanın gənc avarçəkənləri Türkiyədə turnirə qatılacaqlar
17/04 | 10:17 Azərbaycan stolüstü tennisçiləri “Türk Dövlətləri” beynəlxalq turnirində mükafat qazanıblar
17/04 | 09:44 Fərid Qayıbov ABŞ-də azərbaycanlı idmançılar və tələbələrlə görüşüb
16/04 | 18:05 AFFA-nın təşəbbüsü ilə UEFA proqramı çərçivəsində futzal turniri keçirilir
16/04 | 17:23 Azərbaycan voleybol çempionatı: yarımfinal mərhələsinin daha bir oyunu keçirilib
16/04 | 15:29 Azərbaycan Premyer Liqası: "Qarabağ” – “Neftçi” görüşünün başlama saatı bəlli olub
16/04 | 13:42 Paytaxtın abad məhəllələrində minifutbol yarışlarına start verilib
16/04 | 12:57 Azərbaycanın 5 gimnastı Çexiyada beynəlxalq turnirdə iştirak edəcək
16/04 | 11:25 Olimpiadaya lisenziya qazanan Azərbaycanın 3x3 basketbol millisi Vətənə dönüb
16/04 | 09:23 Azərbaycanın futzal millisi bu gün növbəti yoldaşlıq oyununu keçirəcək
15/04 | 19:25 Azərbaycanlı Mərakeşin ən yüksək zirvəsini fəth edib
15/04 | 15:50 “Sabah” ardıcıl iki oyunda "Qarabağ"a üç qol vurmaqla tarixə düşüb
15/04 | 15:08 Azərbaycanın altı idman gimnastı Dünya Kubokunda iştirak edəcək
15/04 | 12:53 Azərbaycan taekvondoçuları Serbiyada iki medal qazanıblar
15/04 | 12:01 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib
15/04 | 11:49 Azərbaycan para-badmintonçuları İspaniyada beynəlxalq turnirdə iştirak edəcəklər
15/04 | 11:25 Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı keçiriləcək
15/04 | 10:37 Azərbaycan çempionatında 4-cü turun partiyaları keçirilib, vahid lider bəlli olub
15/04 | 09:49 Azərbaycan gimnastları beynəlxalq turnirdə 7 qızıl medal qazanıblar
14/04 | 22:10 Cüdo üzrə Bakı kəndləri birinciliyi keçirilib
14/04 | 21:32 Azərbaycan cüdoçuları Berlindəki Avropa Kubokunda birinci yeri tutub
14/04 | 20:14 Azərbaycan boksçuları Avropa çempionatını iki qızıl medalla başa vurub
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Bakıda Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresi işə başlayıb
Tarix: 24.11.2016 | Saat: 11:08:00 | E-mail | Çapa göndər
Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (ICF) XXXVI Konqresi işə başlayıb.

“Boulevard Hotel Baku”da təşkil olunan tədbirə 89 ölkədən 200-dən çox nümayəndə qatılıb. Daha 29 ölkə isə səsvermə hüququnu Konqres iştirakçılarına həvalə edib. Beləliklə, ICF-in növbəti illər üçün taleyini quruma üzv olan 159 ölkədən 118-nin səsi həll edəcək.

Proqrama əsasən, tədbirin ilk günündə növbədənkənar konqres keçirilib.

ICF-in prezidenti Xose Perurena Lopez Konqresi açıq elan edib.

Sonra sonuncu Konqresdən ötən müddətdə qurumun dünyasını dəyişən üzvlərinin xatirəsi yad olunub.

Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) prezidenti Elçin Zeynalov tədbirdə çıxış edərək ölkəmizin bu mötəbər tədbirə ev sahibliyi etməsindən qürur duyduğunu bildirib. O vurğulayıb ki, yaradılmasının on illiyini qeyd edən AMAF ötən müddətdə kifayət qədər uğurlar qazanıb. “Ötən müddətdə ölkəmizdə idmanın bu növünün inkişafına, nüfuzunun artırılmasına, infrastrukturun yaradılmasına diqqət yetirmişik. İdmançılarımız da kifayət qədər uğurlu nəticələr əldə ediblər. 2009-cu ildə ilk yerli avarçəkmə komandamız dünya və Avropa çempionatlarında medal qazanıb. Bu il Rio-de-Janeyroda keçirilmiş Yay Olimpiya Oyunlarında idmançılarımız bir gümüş və bir bürünc medal əldə ediblər. Ümumilikdə, on il ərzində idmançılarımız beynəlxalq arenada 17 qızıl, 24 gümüş və 13 bürünc medal qazanıblar. Ölkəmizdə idmanın bu növünün inkişafı üçün səmərəli işlər davam etdirilməkdədir”, - deyə E.Zeynalov diqqətə çatdırıb.

ICF-in prezidenti Xose Perurena Lopez Konqresdə qurumun strukturu, habelə təşkilati məsələlərlə bağlı müzakirələrin aparılacağını bildirib. Qeyd edib ki, ICF-in yeni strukturu və rəhbər orqanları üzrə müzakirələrdən sonra səsvermə keçiriləcək. Habelə nizamnamədə yeni idarəetmə strukturunun fəaliyyəti üçün lazımi dəyişikliklərlə bağlı müzakirələr aparılacaq və səsvermə olacaq.

Konqresin proqramına əsasən, ICF-in prezidenti, vitse-prezidentləri, kanoe-sprint, kanoe-slalom, kanoe-marafon və digər növlər üzrə sədrlərin, ayrı-ayrı qitələr üzrə nümayəndələrin seçkisi daxildir. Bundan başqa, ICF-in 2016-2020-ci illər üçün İnkişaf Proqramının həyata keçirilməsinə dair hesabat, həmin illərdə qarşıya qoyulmuş hədəflər, Direktorlar Şurası, İcraiyyə Komitəsi və milli federasiyaların bütün təklifləri müzakirə olunacaq. Eləcə də federasiya nümayəndələrinin görülən işlərlə bağlı məruzə və hesabatları, həmçinin 2014-2016-cı illərdə maliyyə uğurları və problemlərlə bağlı çıxışlar dinləniləcək. Eləcə də qarşıdakı iki il üçün ICF-in iş proqramı və büdcəsi müzakirə olunaraq səsə qoyulacaq, növbəti Konqresin tarixi və yeri müəyyənləşdiriləcək.

ICF-in Konqresində ölkəmizi Azərbaycan Milli Avarçəkmə Federasiyasının prezidenti Elçin Zeynalov, icraçı direktor Rövşən Kərimov və texniki direktor Leyla Əliyeva təmsil edirlər.

Tədbirə noyabrın 26-da yekun vurulacaq.
Xəbər 2364 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
04.12.2023 Azərbaycan avarçəkəni nüfuzlu yarışın qalibi olub
06.11.2023 Azərbaycan avarçəkəni beynəlxalq turnirdə ikinci yeri tutub
27.10.2023 “Mingəçevir Reqatası-2023” beynəlxalq turnirinə yekun vurulub, qaliblər mükafatlandırılıb
26.10.2023 “Mingəçevir Reqatası-2023”: Azərbaycan avarçəkənləri daha 12 medal qazanıblar
09.10.2023 Azərbaycan avarçəkəni dünya çempionatında gümüş medal qazanıb
03.10.2023 Bakıda avarçəkmə təlimi keçiriləcək
02.09.2023 Avarçəkənimiz Fransada Avropa çempionu olub
11.08.2023 Avarçəkənlərimiz beynəlxalq turnirin ilk günündə iki qızıl medal qazanıb
07.08.2023 Azərbaycanlı avarçəkən Çində keçirilən XXXI Yay Universiadasında bürünc medal qazanıb
15.07.2023 Avarçəkmə üzrə Bakı çempionatının qalibləri müəyyənləşib


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru