Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
28/03 | 11:06 Azərbaycanın daha 4 boksçusu Bakıdakı beynəlxalq turnirin finalına vəsiqə qazanıb
27/03 | 17:44 Azərbaycanın qadınlardan ibarət boks millisi Bakıdakı beynəlxalq turniri 9 medalla başa vurub
27/03 | 14:40 Azərbaycanın 5 ağırlıqqaldıranı Dünya Kubokunda çıxış edəcək
27/03 | 10:41 Minifutbol çempionatı: “Zirə” növbəti qələbəsini qazanıb
27/03 | 09:59 Azərbaycanın 2 boksçusu "Böyük İpək Yolu"nda bürünc medal qazanıb
26/03 | 22:36 Azərbaycan Kuboku: "Neftçi" qrup lideri kimi yarımfinala yüksəlib
26/03 | 16:40 Azərbaycanın iki qadın boksçusu Bakıdakı turnirdə finala vəsiqə qazanıb
26/03 | 15:39 Azərbaycan avarçəkəni İtaliyadakı turnirdə gümüş medal qazanıb
26/03 | 10:36 AVRO-2024-ə vəsiqə qazanacaq sonuncu komandalar müəyyənləşəcək
26/03 | 09:37 Azərbaycanın U-21 millisi bu gün Ukraynanı qəbul edəcək
25/03 | 22:00 Azərbaycan millisi Bolqarıstan yığması ilə heç-heçə edib
25/03 | 14:21 Azərbaycanın bədii gimnastı Qazaxıstanda bürünc medal qazanıb
25/03 | 13:32 Azərbaycanın daha bir gimnastı Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
25/03 | 11:43 Azərbaycan voleybol çempionatı: XVIII turun proqramı açıqlanıb
25/03 | 10:24 Azərbaycanın üç boksçusu Bakıdakı turnirə qələbə ilə başlayıb
24/03 | 20:25 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"ni 4 medalla başa vurublar
24/03 | 17:26 Azərbaycan gimnastları Portuqaliyada gümüş medal qazanıblar
24/03 | 15:57 Bakıda "Böyük İpək Yolu" turnirinin açılış mərasimi keçirilib
24/03 | 13:19 Azərbaycanın basketbol millisi Gürcüstanda daha iki qələbə qazanıb
24/03 | 10:31 Azərbaycanın daha bir atıcısı Almaniyada beynəlxalq turnirdə qızıl medal qazanıb
23/03 | 20:42 Azərbaycan atıcısı Almaniyada beynəlxalq turnirdə qızıl medal qazanıb
23/03 | 16:34 Bakıda 11 ölkənin iştirakı ilə “Böyük İpək Yolu” turniri keçiriləcək
23/03 | 14:55 Azərbaycan gimnastları Qazaxıstanda keçirilən turnirdə 6 medal qazanıblar
22/03 | 19:37 “Böyük Dəbilqə”: Azərbaycan cüdoçuları ilk gündə 2 medal qazanıblar
22/03 | 11:27 Azərbaycan tamblinq millisi beynəlxalq turnirdə birinci yeri tutub
22/03 | 11:15 Göygöldə həndbol üzrə Azərbaycan birinciliyinin zona yarışlarına start verilib
22/03 | 10:59 Azərbaycan paraatletika millisi Qran-pridə çıxış edəcək
22/03 | 10:11 Azərbaycanın U-21 yığması bu gün İngiltərə ilə qarşılaşacaq
22/03 | 09:37 Azərbaycan futbol millisi bu gün Monqolustanla üz-üzə gələcək
21/03 | 21:34 "Qarabağ"ın U-14 komandası Minskdə keçirilən turnirdə çempion olub
21/03 | 18:38 Fərid Fərhadzadə Madriddə Dünya Triatlon İttifaqının rəsmiləri ilə görüşüb
21/03 | 17:29 Azərbaycan stolüstü tennisçiləri Ankarada beynəlxalq toplanışa qatılıblar
21/03 | 14:31 Azərbaycan Premyer Liqasında XXIX və XXX turun proqramı açıqlanıb
21/03 | 13:30 Bədii gimnastika üzrə 29-cu Azərbaycan çempionatının açılış mərasimi keçirilib
21/03 | 13:28 Azərbaycan gimnastları beynəlxalq turnirdə finala yüksəliblər
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Azərbaycan Prezidenti İlham Əliyev XV Yay Paralimpiya Oyunlarında iştirak etmiş idmançılarla görüşüb [YENİLƏNİB]
Tarix: 23.09.2016 | Saat: 11:06:00 | E-mail | Çapa göndər
Sentyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XV Yay Paralimpiya Oyunlarında iştirak etmiş idmançılarla və onların məşqçiləri ilə görüşüb.

Dövlətimizin başçısı görüşdə çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı

-Bir neçə gün bundan əvvəl Rioda Paralimpiya Oyunları başa çatıb. Bizim komandamız Vətənə qayıdıb. Bu gün mən sizi dəvət etmişəm ki, sizi təbrik edim. Komandamız çox yaxşı çıxış edib. Biz bu Oyunlarda 24 idmançı ilə təmsil olunmuşuq və 11 medal qazanmışıq. Onlardan biri qızıl, səkkizi gümüş, ikisi isə bürünc medaldır. Bu, çox yaxşı göstəricidir. Bu, bir daha onu göstərir ki, bizim paralimpiyaçılarımız güclü komandalar sırasındadır.

Bildiyiniz kimi, sizdən əvvəl bizim Olimpiya komandamız da Rioda çox yaxşı nəticələr göstərmişdir, 18 medal qazanmışdır. Olimpiya və Paralimpiya Oyunlarında Azərbaycan idmançıları 29 medal qazanmışlar. Bu, bir daha onu göstərir ki, Azərbaycan güclü idman dövlətidir. İdman Azərbaycanda sürətlə inkişaf edir və hər bir mötəbər beynəlxalq yarışda idmançılarımız bizi sevindirir.

Bildiyiniz kimi, idmanın inkişafına böyük diqqət göstərilir. Bu, bizim siyasətimizin əsas prioritetlərindən biridir. Hər bir ölkənin gücünü əks etdirən həm də onun idman potensialıdır, idman nailiyyətidir. Azərbaycanda hər sahədə olduğu kimi, idmanda da böyük inkişaf var. Şadam ki, idmanla məşğul olmaq istəyənlərin sayı artır. İdmançılar Azərbaycanda böyük hörmətə layiqdirlər və ictimaiyyət tərəfindən onların fəaliyyətinə yüksək qiymət verilir.

Dövlət idmançıları həmişə qayğı ilə əhatə edir və bizim idmançılarımız həm idman yarışlarında, eyni zamanda, məişətdə də nümunəvi davranış qaydaları göstərirlər. Çünki idman elə bir fəaliyyət növüdür ki, burada güclü qalib gəlməlidir, burada daim ədalət zəfər çalmalıdır. Bəzən biz görürük ki, bəzi yarışlarda ədalətsiz qərarlar qəbul edilir, o cümlədən bizim idmançılara qarşı. Əlbəttə ki, bu, bizi çox narahat edir və incidir. Ancaq bütün bunlara baxmayaraq, Azərbaycan artıq dəfələrlə müxtəlif beynəlxalq yarışlarda sübut edib ki, biz doğrudan da güclü idman dövlətiyik, bizim güclü idmançılarımız var və idmançılar Azərbaycanın şöhrətini daim yüksəklərdə saxlayırlar.

İdmanın inkişafı ilə bağlı kompleks tədbirlər görülür. Məhz bunun nəticəsidir ki, bu gün biz Avropa, dünya çempionatlarında, Olimpiya və Paralimpiya Oyunlarında yüksək nəticələr göstəririk. Həm təlim-məşq prosesi düzgün təşkil edilir, həm də idman infrastrukturu yaradılır. Bizim bölgələrimizdə 40-dan çox regional Olimpiya Mərkəzi fəaliyyət göstərir. Bir neçə Olimpiya Mərkəzində tikinti işləri gedir və gələn il bu işlər davam etdiriləcək. 2008-ci ildə paralimpiyaçılar üçün xüsusi Olimpiya İdman Mərkəzi yaradılmışdır və orada bizim idmançılarımız məşq edirlər. Digər infrastruktur yaradılır. Bakıda ən yüksək beynəlxalq yarışları qəbul edə biləcək idman obyektləri var. Keçən il Avropa Oyunlarının keçirilməsi zamanı bütün dünya bunu gördü. Yeri gəlmişkən, ötən il Avropa Oyunlarının keçirilməsi də bizim idman potensialımızı əks etdirir. Çünki bu qərarın qəbul edilməsində Avropa Olimpiya Komitəsi eyni zamanda bizim idman potensialımızı da nəzərə almışdır. Əlbəttə, bizim ölkəmiz də, Bakı şəhəri də bu Oyunların keçirilməsinə hazırlıqlı idi və bütün qonaqlar, Azərbaycana gələn minlərlə idmançı bunu gördülər. Əlbəttə, bu, Azərbaycanda idman sahəsində əldə edilmiş uğurların da nəticəsi idi. Bizim komandamız tarixi qələbə qazanaraq 50 milli olimpiya komandası arasında ikinci yerə layiq görülmüşdür, o cümlədən paralimpiyaçılar da bizi sevindirmişlər.

Bütövlükdə ölkəmizin inkişafı ilə bağlı lazımi addımlar atılır. Bu inkişafla bilavasitə bağlı olan əlbəttə ki, ölkəmizin dünyaya tanıdılmasıdır və burada idmanın xüsusi yeri var. Misal üçün, Avropa Oyunları bütün Avropanın diqqətini Azərbaycana cəlb etmişdir. Bu il keçirilmiş “Formula-1” yarışının auditoriyası 500 milyon insandır. Bu 500 milyon insan gördü ki, Bakı şəhəri bu yarışı keçirməyə qadirdir. Eyni zamanda, onlar Bakının gözəlliyini, abadlığını, şəhərimizin, sakinlərimizin həyatını gördü və əlbəttə ki, bu, bir çoxları üçün sürpriz idi. Təsəvvür edə bilmirdilər ki, Azərbaycan bu dərəcədə inkişaf edib, Bakı şəhəri dünya miqyasında ən gözəl şəhərlərdən birinə çevrilib.

Bu il, eyni zamanda, Ümumdünya Şahmat Olimpiadası Bakıda keçirilmişdir. İştirak edən komandaların sayına görə bu, rekord nəticə idi. Beynəlxalq Şahmat Federasiyasının rəhbərlərinin fikrinə görə, bu, ən yaxşı təşkil edilmiş Ümumdünya Şahmat Olimpiadası idi. Yəni, bizim bu sahədə gözəl təcrübəmiz var, bütün təşkilati işlər yüksək səviyyədə həll olunur və bu gün Azərbaycan dünya miqyasında güclü dövlət, güclü idman dövləti kimi tanınır. İdmançılar əldə etdikləri medallarla idman şöhrətimizi ucaldırlar. Bakıda keçirilən beynəlxalq yarışlar bütün dünyaya Azərbaycanı gözəl, inkişaf etmiş, mütərəqqi ölkə kimi təqdim edir.

Ölkəmizdə beynəlxalq yarışların keçirilməsi davam edir. Gələn il İslam Həmrəyliyi Oyunları keçiriləcək. Əgər keçən il biz Avropa idmançılarını Azərbaycana yığmışdıqsa, gələn il müsəlman idmançılarını Bakıda bir yerə toplayacağıq. Bu, ölkəmizin inkişafını, bizim niyyətimizi göstərir. Mən əminəm ki, idman xalqlararası, dinlərarası əlaqələrin inkişafına çox əhəmiyyətli töhfə verir. Bizim ölkə idman yarışlarının keçirilməsi ilə, eyni zamanda, bu məqsədi də güdür.

İdmanın cəmiyyətə çox böyük müsbət təsiri var. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması üçün idmanın çox böyük rolu var. Gənc nəslimiz - uşaqlar, yeniyetmələr sizə baxıb nümunə götürürlər ki, siz dövlətimizi necə ləyaqətlə təmsil edirsiniz, bayrağımızı yüksəklərə qaldırırsınız. Bizim paralimpiyaçılarımız Rioda bayrağımızı 11 dəfə qaldırmışlar. Gənc nəsil həm bilikli, peşəkar, eyni zamanda, mütləq vətənpərvər olmalıdır. Çünki vətənpərvərlik dövlətçiliyimizin əsasıdır.

Biz bu il müstəqilliyimizin bərpasının 25 illiyini qeyd edəcəyik. Bu illərin mütləq əksəriyyəti şanlı-şöhrətli illərdir. Fəxr edirik ki, bu gün bu səviyyəyə qalxmışıq. Gənc nəsil bu dəyərləri mütləq gələcəkdə yaşatmalıdır ki, inkişafımız dayanıqlı olsun, Azərbaycan daim müstəqil ölkə kimi yüksək zirvələrdə olsun. Ona görə, sizin Rioda gözəl çıxışınız, eyni zamanda, gənclərə də gözəl bir nümunədir. Əminəm ki, bu yarışlardan - Olimpiya, Paralimpiya Oyunlarından sonra bizim idman bölmələrimizə müşahidə olunan axın daha da güclənəcək.

Mən bu gün sizi bir daha ürəkdən təbrik edirəm, sizə öz minnətdarlığımı bildirmək istəyirəm. Oyunlarda fərqlənən idmançılar dövlət mükafatları ilə təltif olunmuşlar. İndi isə təltifetmə mərasiminə keçək.

X X X

Sonra təltifetmə mərasimi oldu.

Prezident İlham Əliyevin Azərbaycan milli paralimpiya komandasının üzvlərinin təltif olunması ilə bağlı sərəncamları elan edildi.

Dövlətimizin başçısı Azərbaycan idmanının inkişafındakı xidmətlərinə və XV Yay Paralimpiya Oyunlarında göstərdikləri yüksək nailiyyətlərə görə təltif edilmiş idmançılara və onların məşqçilərinə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nu, “Tərəqqi” medallarını, “Vətənə xidmətə görə” və “Şöhrət” ordenlərini təqdim etdi, onlara bir daha uğurlar arzuladı.

Cüdo üzrə ikiqat Paralimpiya, ikiqat dünya, beşqat Avropa çempionu, birinci Avropa Oyunlarının qalibi İlham Zəkiyev, “Rio-2016”da nizəatma yarışlarının gümüş medalçısı İradə Əliyeva, cüdo komandasının baş məşqçisi İbrahim İbrahimov, XV Yay Paralimpiya Oyunlarının qızıl medalçısı Ramil Qasımov Azərbaycanda idmanın inkişafına və idmançılara göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkür etdilər.

Paralimpiyaçıları bir daha təbrik edən Prezident İlham ƏLİYEV dedi:

- Əziz dostlar, sizi bir daha ürəkdən təbrik edirəm. Doğrudan da bu, böyük qələbədir. Siz xalqımızı bir daha sevindirmisiniz. Gələcəkdə yeni yarışlar, yeni döyüşlər olacaq. Əminəm ki, siz bütün yarışlarda xalqımızı, millətimizi, dövlətimizi ləyaqətlə təmsil edəcəksiniz, bizi sevindirəcəksiniz.

Növbəti böyük yarışlar dörd ildən sonra Tokioda keçiriləcək. Ondan əvvəl də yarışlar olacaq. Əsas odur ki, bizim komandamız həmişə belə gözəl, vətənpərvər komanda olsun. Siz həmişə çalışasınız, dövlətimizi, xalqımızı sevindirəsiniz və bir daha bütün dünyada göstərəsiniz ki, Azərbaycan qüdrətli dövlətdir. Bizim gücümüz xalqımızın gücünə əsaslanır. İdman yarışlarında, bütün digər sahələrdə Azərbaycan yalnız qabağa gedəcək. Sizi bir daha təbrik edirəm.

X X X

Sonda xatirə şəkli çəkdirildi.

Mövzuya aid fotolar:
Slayd Əvvəlki Sonrakı Son
Xəbər 4601 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
11.10.2023 Qadın həndbolçularımız Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayırlar
23.11.2022 Prezident İlham Əliyev Formula 1 Qrupunun İdarə Heyətinin sədrini və qrupun məsləhətçisini qəbul edib
10.11.2022 Prezident İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edib
22.08.2022 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşüblər
19.07.2022 İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
14.06.2022 Prezident İlham Əliyev minifutbol üzrə Avropa çempionatının qalibi olan milli komandamızın üzvlərini qəbul edib
25.12.2019 Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib
25.12.2019 Prezident İlham Əliyev Dünya Etnoidman Konfederasiyasının sədrini qəbul edib
20.07.2019 Prezident İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edib
29.05.2019 Prezident İlham Əliyev UEFA-nın prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru